Elman Nəsirov: Prezident sahibkarlara tam təminat verdi ki, dövlətimiz onların arxasındadır
21.04.2017 [09:14]
Prezident İlham Əliyevin Sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu müşavirədə Azərbaycanın yerli sahibkarlarına çox ciddi tapşırıq və tövsiyələr verildi. Dövlətimizin başçısının müşavirədəki mühüm mesajlarından biri o oldu ki, artıq birmənalı şəkildə Azərbaycanda neft erası başa çatıb. Bundan sonra iqtisadi siyasətimizin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır.
Bu fikirləri Milli Məclisin deputatı, professor Elman Nəsirov AZƏRTAC-a açıqlamasında deyib.
“Atılan bütün addımlar məhz iqtisadi istiqamətdə dövlətimizin strateji maraqlarının təminatına yönəldilib. İlk növbədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru məhsullarının istehsalı və onun “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanınması, xüsusilə də qeyri-neft sektorunun ixracatının stimullaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb. Xüsusilə də qeyri-neft ixracatı ilə məşğul olan sahibkarlar ölkənin rəhbəri səviyyəsində belə bir əminlik əldə etdilər ki, dövlətimiz bu istiqamətdə bütün lazımı addımları atacaq. Sahibkarlara maliyyə dəstəyi məsələləri bundan sonra da dövlətin, xüsusilə Prezidentin diqqətində olacaq. Bu kontekstdə indiyədək atılmış addımlar artıq öz səmərəsini verməkdədir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
E.Nəsirov bildirib ki, 2017-ci ilin birinci rübündə qeyri-neft sektorunda 2,4 faizlik iqtisadi artım tempi özünü göstərib. Ümumiyyətlə, ilin birinci rübü ərzində ixracatın həcmi 50 faiz artıb və bunun 10 faizini qeyri-neft sahəsi təşkil edir ki, bu da yüksək nəticədir. Eyni zamanda, idxal 17 faiz azalıb. Bu da o deməkdir ki, yerli istehsal gücləndiyindən xaricdən idxal azalıb. Paralel şəkildə Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması prosesi də dinamik bir prosesə çevrilib və bu istiqamətdə konkret nəticələr var.
Dövlətimizin başçısı kənd təsərrüfatı məhsullarının müxtəlif ölkələrin bazarlarına çıxarılması məsələsini də hər zaman gündəmdə saxlayır. Yəni, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, ipəkçilik və digər sahələrdə əldə edilən məhsulun yekun məhsula çevrilməsi və dünya bazarına çıxarılması əsas hədəflərdən biridir. Ölkə Prezidenti bu kontekstdə turizmin inkişafı məsələlərinə də xüsusi diqqət ayırdı və qeyd etdi ki, turizmin özünü də qeyri-neft ixracatı kimi qiymətləndirmək olar. Çünki bu, ölkəmizə xarici valyuta gətirir. Azərbaycanın turizmin inkişafı üçün çox geniş imkanları var, bu proses də birbaşa Prezidentin nəzarəti altındadır və bu istiqamətdə real addımlar atılmaqdadır.
Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən birinin də hərbi məhsulların istehsalı və ixracatı məsələsinin olduğunu deyən E.Nəsirov qeyd edib ki, ölkəmiz dünyada bu sahədə də uğurlar qazanıb. Təsadüfi deyil ki, Azərbaycanın xarici dövlətlərlə 100 milyon dollardan çox həcmdə müqavilələri var. Bu da ölkəmizin yerli istehsalı olan hərbi silah-sursatın satışını özündə ehtiva edir. Eyni zamanda, Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur ki, onlar da ölkəmizin hərbi gücünün daha da artırılması və həmin məhsulların qonşu bazarlarda, digər xarici ölkələrdə satışının həyata keçirilməsi üçün çox yaxşı imkanlar yaradır.
Bu müşavirənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Prezident bütün sahibkarlara tam təminat verərək dövlətimizin onların arxasında olduğunu və bundan sonra da olacağını qeyd etdi.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37

