Forumun ikinci iş gününün ilk iclası beynəlxalq münasibətlərdə Çinin roluna həsr olunub
18.03.2017 [11:13]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumu martın 17-də işini iclaslar, panel sessiya və müzakirələrlə başa çatdırıb. Forumun ikinci iş gününün ilk iclası “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, iclasın moderatoru Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib. O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.
İclasda çıxış edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç böyük siyasi və iqtisadi güc olan Çinin yenidən qlobal arenaya qayıtdığını diqqətə çatdırıb. Bildirib ki, iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlarının sayını artıran Çin bu istiqamətdə “60+1” platformasını uğurla genişləndirir. Çin bu strategiya çərçivəsində Serbiya ilə də tərəfdaşlığa dair saziş imzalayıb. Məhz buna görə də Çinin dünyada iqtisadi çəkisi get-gedə artmaqdadır.
Çinin dünya siyasətində də fəal çıxış etdiyini vurğulayan Boris Tadiç bildirib ki, bu sahədə ABŞ ilə Çin arasında müəyyən ziddiyyətlər mövcuddur. Lakin öz maraqlarını fəal müdafiə edən Çin çoxtərəfli institutların qurulmasına çalışır. Çin mühafizəkar ölkə olduğuna görə hazırkı dünya nizamı onu qane edir. Lakin bu, o demək deyil ki, Çin hər hansı təhdidə cavabsız qalacaq. Əgər bu ölkə üçün hansısa ciddi maneə yaranarsa, Çin buna sərt reaksiya verəcək.
Sabiq Prezident bildirib ki, V Qlobal Bakı Forumunda belə bir aktual mövzunun müzakirəsi tədbirin beynəlxalq xarakter daşıdığını təsdiq edir.
Pakistanın sabiq Baş naziri Şaukat Aziz beynəlxalq aləmdə Çinin iqtisadi və siyasi nüfuzunun artdığını vurğulayaraq bildirib ki, bu təsir ilk növbədə, Çinin yerləşdiyi regionda daha çox hiss olunur. Çin öz milli maraqları əsasında siyasət yürüdərək ölkənin inkişafına, əhalinin rifah səviyyəsinin artmasına çalışır. Çinin maraq dairəsində dünyaya hegemonluq iddiası dayanmır. Məhz buna görə də Çin son illərdə sürətli inkişafına görə dünyada bütün ölkələri qabaqlayır.
Şaukat Aziz ölkələrin yalnız dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə inkişaf edə biləcəyini diqqətə çatdırıb. Bildirib ki, Çin beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində qlobal miqyasda yeni təşəbbüs və ideyalarla çıxış etməklə bu prosesdə fəal davrandığını ortaya qoyur.
İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi vurğulayıb ki, qlobal iqtisadi və siyasi proseslər qarşımızda bir çox problemlər müəyyənləşdirir. Belə bir şəraitdə Çinin davranışı və atacağı addımlar dünya siyasəti üçün çox böyük əhəmiyyət daşıyır. Son müşahidələr göstərir ki, Çin mövcud qaydalara uyğunlaşmağa çalışır. Çin ABŞ Prezidenti Donald Trampın ölkəsinin bir çox saziş və konvensiyalardan çıxması ilə əlaqədar bəyanatını olduqca təmkinlə qarşıladı. Çin azad ticarəti və əməkdaşlığı təşviq etməklə dünyada mövcud balansı öz xeyrinə dəyişməklə qlobal inteqrasiyaya çalışır.
Qırğız Respublikasının sabiq Baş naziri Apas Jumaqulov aktual məsələlərə həsr olunan V Qlobal Bakı Forumunun uğurla təşkilinə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf edərək mühüm uğurlar qazandığını vurğulayan A.Jamaqulov deyib: “Prezident İlham Əliyev XX əsrin ən nüfuzlu şəxsiyyətlərindən olan Heydər Əliyevin oğludur. Heydər Əliyev nəinki təkcə XX əsrdə, növbəti əsrlərdə də ən məşhur şəxsiyyətlərdən biri kimi tanınacaq. Heydər Əliyev təkcə Azərbaycanın deyil, Sovet İttifaqının da ən nüfuzlu siyasi rəhbərlərindən biri olub. Mən Sovet İttifaqı dövründə Heydər Əliyev ilə birliklə işləmək şərəfinə nail olmuşam. Heydər Əliyev siyasətini təkcə ölkə miqyasında deyil, qlobal səviyyədə uğurla davam etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu gün iştirak etdiyimiz və getdikcə daha geniş miqyas alan bu Forum sübut edir ki, Azərbaycan bu platformanın və xalqlar arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir”.
Qırğızıstanın son illər bir sıra ciddi çətinliklərlə qarşılaşdığını və onların öhdəsindən gəlməyə çalışdığını qeyd edən sabiq Baş nazir bildirib ki, belə bir vəziyyətdə qonşumuz Çin bizim ağır durumumuzdan sui-istifadə etməyə çalışmadı. Əksinə, biz Çin ilə əməkdaşlığı daha da dərinləşdiririk.
Macarıstanın sabiq Baş naziri Peter Medgiessi bildirib ki, hazırda dünyada olduqca maraqlı mənzərə yaranıb. Çin qlobal əməkdaşlıq, azad ticarətin genişləndirilməsi təşəbbüsü ilə çıxış etdiyi halda, ABŞ hökuməti Amerika bazarının qorunması, xarici sərmayə məsələləri ilə bağlı kəskin mövqe nümayiş etdirir. Bu, meyil olduqca təhlükəlidir və inkişafın, müasirləşmənin qarşısını alaraq ciddi gərginliyə gətirib çıxarır. Bu problemdən yeganə çıxış yolu azad rəqabətin qarşılıqlı şəkildə qəbul edilməsində və inkişafındadır.
Yeni prosesdə Çinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan P.Medgiessi diqqətə çatdırıb ki, bu baxımdan Çin özünün maliyyə və bank sektorunu gücləndirməli, iqtisadi inkişafını sabit və dayanıqlı saxlamağa çalışmalıdır.
Pekindəki Tsingua Universitetinin Sçvarzman Kollecinin dekanı David Qinqconq Pan bildirib ki, Çin kənardan nə qədər güclü görünsə də, ölkənin daxilində bəzi çətinliklər hələ də var. Çində hələ də 800 milyon nəfər yoxsulluq şəraitində yaşayır. Onların illik gəliri 800 dollar təşkil edir. Bu, olduqca aşağı göstəricidir.
Son 25 ildə Çinin sürətlə və dayanıqlı şəkildə inkişaf etdiyini vurğulayan David Qinqconq Pan bildirib ki, bunu nəinki ölkəyə gələn qonaqlar, hətta Çində yaşayan hər bir insan aydın hiss edir. Çin daxili problemlərinin həllinə nə qədər diqqət ayırsa da, beynəlxalq əməkdaşlığa da xüsusi fikir verir. Çinin üç il əvvəl irəli sürdüyü və regional iqtisadi münasibətlər modeli olan “Bir yol - bir kəmər” təşəbbüsü bunun əyani göstəricisidir. Çinin sürətli inkişafının əsasında ölkənin yürütdüyü açıq qapı siyasəti, bazar əsaslı iqtisadiyyatın qurulması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, azad ticarətin genişləndirilməsi dayanır.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən açılış nitqində qeyd etdi ki, biz əməkdaşlığımızın praktiki olmasını istəyirik. Çinin sürətli inkişafının və əldə etdiyi nailiyyətlərin əsasında da məhz bu, dayanır”, - deyən David Qınqconq Pan Çinin beynəlxalq münasibətlərin gələcək inkişafı baxımından təhsilə mühüm diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Çin təkcə bir il ərzində 3,5 milyon tələbəni xaricdə təhsil almaq üçün göndərib. Eyni zamanda, 1,8 milyon xarici tələbə ölkəmizlə yaxından tanış olmaq üçün Çinə dəvət edilib: “Bu addım Çinin dünyanı, dünyanın isə bizi daha yaxından anlamasına xidmət edir. Hesab edirəm ki, bu addım gələcəkdə öz müsbət töhfəsini verəcək”.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

