/ / Olimpiya çempionları üçün nəzərdə tutulan bir sıra güzəştlər "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsindən çıxarılıb
Olimpiya çempionları üçün nəzərdə tutulan bir sıra güzəştlər "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsindən çıxarılıb
25.06.2009 [10:00]
Olimpiya çempionları üçün nəzərdə tutulan bir sıra güzəştlər “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsindən çıxarılıb. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin dünən keçirilən iclasında komitənin sədri Hadi Rəcəbli məlumat verdi. O qeyd etdi ki, sənədin ikinci oxunuşda müzakirə olunan layihəsində olimpiya çempionlarının mənzillə təmin olunması və təhsillə bağlı güzəştlərə malik olması əksini tapırdı. Amma bu güzəştlər deputatlar tərəfindən birmənalı qarşılanmayıb. Qanun layihəsinin parlamentdəki ikinci oxunuşda müzakirələri zamanı millət vəkili Siyavuş Novruzovun iradlarından sonra həmin məsələlər son variantdan çıxarılıb. Bundan əlavə, idman totalizatorları və idman-mərc oyunları ilə bağlı məsələlərin də qanunda əksini tapması dəqiqləşdirilib. Belə ki, layihədə idman totalizatorları və idman-mərc oyunları idmanın maliyyələşmə mənbələrindən biri kimi göstərilib. Oyunların keçirilməsi qaydaları ilə bağlı maddələr isə qanun layihəsindən çıxarılıb. Qərara alınıb ki, bu məsələlər hazırda qüvvədə olan “Lotereya haqqında” Qanunla tənzimlənsin.
Qanun layihəsinə ikinci oxunuş müzakirələrindən sonra edilən digər dəyişikliklər barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Etibar Məmmədov məlumat verdi. Onun sözlərinə görə, ilkin variantda dövlət mülkiyyətində olan idman qurğularından bütün vətəndaşların pulsuz istifadəsi nəzərdə tutulurdu. Lakin müvafiq strukturlarla məsləhətləşmələrdən sonra bu bənd layihədən tamamilə çıxarılıb. çünki müzakirələr zamanı məlum olub ki, bu gün dövlət mülkiyyətində olan heç bir idman qurğusunun saxlanması üçün büdcədən vəsait ayrılmır. Bu idman qurğuları hamısı təsərrüfat hesabı ilə işləyərək özlərini maliyyələşdirirlər. Buna görə də vətəndaşların həmin idman qurğularından pulsuz istifadə etməsi mümkün deyil.
Qanun layihəsinə edilən həmin dəyişiklik birmənalı qarşılanmadı. Komitənin üzvü, millət vəkili Elmira Axundova bu dəyişikliklərin idmanın kütləviləşdirilməsi istəklərinə zidd olduğunu bildirdi. Millət vəkili dedi ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanun da idmanın kütləviləşməsinə xidmət etməlidir.
Komitənin sədri H.Rəcəbli isə qanun layihəsinə edilən dəyişikliklərin reallıqdan doğduğunu bildirdi. Onun sözlərinə görə, bu gün dövlətin balansında olan idman qurğuları müxtəlif təşkilatlar tərəfindən inşa olunub. Hətta Respublika Prokurorluğu, “Azpetrol” şirkəti tərəfindən inşa edilən idman qurğuları da var. Qurğuları tikən qurumlar indi onları təsərrüfat hesabı ilə işlədirlər. Komitə sədri onu da əlavə etdi ki, bu gün Azərbaycanda idmanın kütləviləşdirilməsi üçün lazım olan bütün addımlar atılır. Lakin nəzərdə tutulan işlərin görülməsində müəyyən problemlər var. Məsələn, bəzi orta məktəblərdə bədən tərbiyəsi dərsləri normal keçirilmir.
Komitənin üzvü, millət vəkili Rauf Əliyev əvvəlki müzakirələr zamanı qaldırdığı məsələlərin həllini tapmamasına etiraz etdi. Onun sözlərinə görə, ötən müzakirələr zamanı idman internatlarında təhsil alan uşaqların qidalanması üçün daha çox vəsaitin ayrılmalı olduğunu bildirib. çünki güclü idmançıların yetişməsi üçün onlar uşaqlıqdan yaxşı qidalandırılmalıdırlar.
Komitənin üzvü, millət vəkili İlham Məmmədov isə bədən tərbiyəsi və idman üçün büdcədən ayrılan vəsaitin yetərli olmadığını bildirdi. Onun sözlərinə görə, növbəti büdcə müzakirələri zamanı hökumətdən idmana ayrılan vəsaitlərin artırılması istənilməlidir.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Komitə üzvləri miqrasiya proseslərinin idarə olunmasında “Bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi və “Azərbaycanda daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Qanunun qüvvədən düşmüş hesab edilməsi haqqında qanun layihəsinə də müsbət rəy verdilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43

