Strasburqda Heydər Əliyev Fondunun xeyriyyəçiliyi ilə bağlı tədbir keçirilib
24.06.2009 [12:31]
Strasburqun meri senator Rolan Ris, şəhərin baş yepiskopu və dini qurumlarının nümayəndələri, Alzas regionunun prefekti, yerli özünüidarə orqanlarının məsul şəxsləri, Fransa Mədəniyyət Nazirliyinin Alzas bölgəsi üzrə Baş İdarəsinin rəhbəri və əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, Türkiyənin Avropa Şurası yanındakı nümayəndəliyinin rəhbəri və Strasburqdakı baş konsulu, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşları, universitet ziyalıları və diasporumuzun təmsilçilərinin iştirak etdiyi mərasimi açan Notr-Dam kilsəsi fondunun rəsmi nümayəndəsi Remi Bodrü xeyriyyəçilik işinin müxtəlif xalqların və ölkələrin yaxınlaşmasında mühüm rolunu qeyd edib, 1500 kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə aid qədim tarixi abidənin təmiri məqsədi ilə Heydər Əliyev Fondunun göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
Fondun departament direktoru, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropanın rəmzi paytaxtı sayılan Strasburqda belə bir tədbirin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, mərasimi Fransa ilə Azərbaycan arasında bütün sahələrdə uğurla davam edən ikitərəfli münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda Azərbaycanla bağlı bir sıra mədəni tədbirlərin keçirildiyini xatırladan xanım deputat belə layihələr çərçivəsində Azərbaycan uşaq xoru və simfonik orkestrinin ötən il mayın 28-də Respublika Günü münasibətilə bu kilsədə konsert verməsini diqqətə çatdırıb, kilsədə konsert proqramı ilə çıxışa müstəsna hallarda icazə verildiyini qeyd edib. Q.Paşayeva belə müqəddəs yerdə gənc azərbaycanlı istedadların çıxışına şərait yaradan şəhər bələdiyyə idarəsinin addımını yüksək qiymətləndirib, ilk dəfə olaraq müsəlman ölkəsinin nümayəndələrinın kilsədə konsert verməsini xüsusi vurğulayıb.
Heydər Əliyev Fondunun məqsədlərindən danışan deputat 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Fonda Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyini, Fondun Azərbaycanın inkişafı naminə, müxtəlif sahələr üzrə irimiqyaslı proqram və layihələr həyata keçirdiyini, bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini və dünyanın bir neçə ölkəsindəki nümayəndəliklərinin uğurlu fəaliyyətini xüsusi vurğulayıb.
Q.Paşayeva Fondun mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti və təcrübəsi barədə məlumat verib, Mehriban xanım Əliyevanın təkcə Azərbaycanın ictimai-siyasi həyatında deyil, həmçinin, beynəlxalq mədəni proseslərdə fəal iştirak etdiyini, mədəniyyətlərarası dialoqla bağlı təşəbbüslərə xüsusi diqqət yetirdiyini bildirib.
Mehriban xanım Əliyevanın qayğısı və təşəbbüsü ilə mədəni müxtəlifliyə, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilən mötəbər beynəlxalq konfransların təşkil edildiyini, xüsusilə qadınların belə dialoqda rolunun artırılmasına dair Bakıda keçirilmiş konfransın dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, bugünkü tədbirin də fondun mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsi olduğunu qeyd edib.
Heydər Əliyev Fondunun ölkəmizdə də dini abidələrin qorunması və bərpasına yardım etdiyini vurğulayan Qənirə Paşayeva, Fondun dəstəyi ilə Bakıdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmasından, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verməsindən söhbət açıb. Q.Paşayeva Fondun, həmçinin, Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin təmirinə kömək göstərdiyini bildirib.
Strasburq şəhərinin meri Rolan Ris Heydər Əliyev Fondunun Strasburqdakı kilsənin təmirinə yardımını Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirib. Avropa Şurasının üzvü olan Azərbaycan öz mədəni irsinə xüsusi diqqət göstərir, Avropa mədəni irsinə də qayğı ilə yanaşır. Strasburqdakı kilsə də Avropa mədəni irsinin bir abidəsidir. Mədəniyyət sahəsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına və təşviqinə ciddi diqqət göstərir. Bu, təqdirəlayiq haldır.
Azərbaycanla bağlı birgə bir sıra mədəni tədbirlərin həyata keçirildiyini xatırladan şəhər bələdiyyə idarəsinin rəhbəri azərbaycanlı uşaqların konsertinin sakinlərdə unudulmaz izlər buraxdığını bildirib və Strasburqda ənənəvi olaraq keçirilən Yeni İl yarmarkasında Azərbaycanın fəxri qonaq statusunda iştirak etmək arzusunun nəzərdən keçirildiyini və bununla bağlı layihənin gerçəkləşməsinə çalışdığını, 2010-cu ildə keçiriləcək Yeni İl yarmarkasında məsələnin baş tutacağına ümidvar olduğunu qeyd edib.
Sonda mer Heydər Əliyev Fondunun prezidentinə, Azərbaycan rəhbərliyinə və xalqımıza bu xeyirxah aksiyaya görə dərin təşəkkür edib.
Alzas regionunun prefekti Pyer-Etyen Biş, Strasburqun baş yepiskopu Jan-Pyer Orale Heydər Əliyev Fondunun kilsənin təmirinə göstərdiyi qayğını yüksək qiymətləndirib və Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə ediblər. Regionun prefekti Fransanın mədəniyyət və kommunikasiya naziri xanım Kristin Albanelin adından Fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov bu tədbirin Heydər Əliyev Fondunun mədəniyyətlər və dinlərarası dialoqa, eləcə də, dünya mədəni irsinə layiqli töhfəsi olduğunu vurğulayıb. Strasburqun Azərbaycanla bağlı bir sıra tədbirlərə ev sahibliyi etdiyini xatırladan səfir, şəhərin meri Rolan Risə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Mərasimin sonunda Q.Paşayeva və Arif Məmmədov Heydər Əliyev Fondu adından kilsənin təmiri üçün nəzərdə tutulan hədiyyə çekini, habelə Fond tərəfindən nəşr edilən “Qarabağ xanəndələri” və qurumun beşillik fəaliyyətinə dair kitabları merə təqdim ediblər.
Hədiyyələrin təqdimatı zamanı mer Rolan Ris beş il əvvəl Fransa Senatının nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı ölkəmizin qədim tarixi, zəngin mədəni irsi ilə yaxından tanışlığın onda böyük təəssürat yaratdığını qeyd edib.
Səfir Arif Məmmədov və şəhər meri Rolan Ris tədbirlə bağlı nüfuzlu “Frans-3” televiziya kanalına, “Frans Blö” radiosuna, “Alzasın son xəbərləri”, “Alzas” və “20 dəqiqə” qəzetlərinə müsahibə veriblər. Bu müsahibələrdə Heydər Əliyev Fondunun fəaliyyətindən, Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və bərpası sahəsində xidmətlərindən söhbət açılıb.
Tədbir barədə Parisdə nəşr olunan “L’Express” qəzetinin 22 iyun tarixli nömrəsində yazı dərc edilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

