/ / MSK Birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib
MSK Birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib
07.03.2017 [11:27]
Martın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iclasın gündəliyi barədə məlumat verib.
İclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələyə baxılıb. Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair məsələ müzakirə olunub və cari məsələlərə baxılıb.
Komissiya sədri Məzahir Pənahov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin fevralın 21-də imzaladığı Sərəncamla Mehriban Əliyeva Birinci vitse-prezident təyin edilib. Bu təyinat münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanı Mərkəzi Seçki Komissiyası adından təbrik edən Məzahir Pənahov deyib: “Mehriban xanım Əliyeva 2005-ci ildən Xəzər rayonu 14 saylı seçki dairəsindən Milli Məclisə ardıcıl üç dəfə deputat seçilib. Deputatlıq fəaliyyəti dövründə Mehriban Əliyeva böyük uğurlar qazanıb. Bu dövr ərzində onun fəaliyyəti hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradıb. Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün formada çatdırılmasında, mədəniyyətimizin, incəsənətimizin beynəlxalq miqyasda təbliğində böyük xidmətləri var. Onun fəaliyyəti seçicilər tərəfindən də daim yüksək qiymətləndirilib. Azərbaycan xalqının hər zaman Mehriban Əliyevanı ən fəal deputat kimi görməsinin şahidi olmuşuq”.
Məzahir Pənahov vurğulayıb ki, Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin dünyada təbliği, tariximizin qorunub saxlanılması istiqamətində misilsiz xidmətlər göstərib. Fond Azərbaycanda və ölkəmizdən kənarda böyük işlər görür. “Hər birimiz müstəqil, demokratik ölkə olan Azərbaycanın dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərin şahidiyik. Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi olan Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır”, - deyə MSK sədri qeyd edib.
Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən, əgər Milli Məclisin deputatı dövlət orqanlarında vəzifəyə təyin olunarsa, onun Milli Məclisin deputatı kimi səlahiyyətlərinə xitam verilir. Seçki Məcəlləsinin 175.3-cü maddəsinə görə, Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 4-cü bəndində göstərilən əsaslar olduqda Mərkəzi Seçki Komissiyası deputatın mandatına xitam verilməsi ilə bağlı qərar qəbul edir. Beləliklə, qanunvericiliyə əsasən Mehriban Əliyevanın deputatlıq səlahiyyətlərinə xitam verilməsi ilə bağlı əsaslar yaranıb.
Diqqətə çatdırılıb ki, xanım Mehriban Əliyeva Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar deputatlıq fəaliyyətinə xitam verilməsinə dair martın 3-də Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edib.
Sonra Mərkəzi Seçki Komissiyasının Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 4-cü bəndinə və Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü və 176.3-cü maddələrinə uyğun olaraq, V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərarı səsə qoyularaq qəbul edilib.
MSK sədri əminliklə bildirib ki, xanım Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətində də ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqincə xidmət edəcək.
Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilib və səsə qoyularaq qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

