Moldovada Xocalı faciəsinin qurbanlarının xatirəsi yad olunub
22.02.2017 [09:56]
Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Moldova Azərbaycanlılar Konqresi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Moldova İctimai Palatasının dəstəyi ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Moldovanın dövlət rəsmiləri, parlament deputatları, ölkədə akkreditə olunmuş xarici diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, alimlər, politoloqlar, jurnalistlər, tələbə və gənclər iştirak ediblər.
Öncə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.
Tədbiri Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov açaraq Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov bildirib ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyon insan doğma torpaqlarından didərgin düşüb: “Ədalətin bərqərar olacağına inanırıq və bu istiqamətdə mübarizəni davam etdirəcəyik. İlk növbədə bu faciəni törədənlər cəzalandırılmalı, Xocalı qətliamına siyasi-hüquqi qiymət verilməlidir ki, belə faciələr gələcəkdə təkrarlanmasın”.
Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko qeyd edib ki, belə faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır.
Tədbirdə çıxış edən Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç deyib: “Qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsi Türkiyənin də ağrısıdır. Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaq”.
Eyni zamanda, səfir Birinci Dünya müharibəsində olmayan soyqırımı axtaranlara öncə yaxın tarixdə baş vermiş Xocalı faciəsinə diqqət yetirməyi tövsiyə edib.
Moldova Parlamentinin deputatı, parlamentin Xarici siyasət və Avropa inteqrasiyası komissiyasının sədr müavini Sergey Stati bildirib ki, Xocalı faciəsi dünya ictimaiyyəti üçün siyasi, millətçi ambisiyaların və işğalçı əməllərin əsl qiymətinin göstəricisidir: “Bizim ölkələri indiyədək həll olunmayan ərazi münaqişələrinin mövcudluğu və yaşanmış müharibələrin dəhşətləri birləşdirir. Və bu hadisələrin nəticəsi hər iki dövlət üçün eynidir: çoxsaylı günahsız qurbanlar”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə səbəbkarların məsuliyyətə cəlb olunmağının vacibliyini qeyd edib. Eyni zamanda, o, Azərbaycanın multikulturalizm modelinin dünyanın ayrı-ayrı yerlərində gedən müharibələr və terrorizmə qarşı yeganə alternativ nümunə olduğunu vurğulayıb.
BBMM-in İsrail filialının sədri, Beynəlxalq əlaqələr üzrə ekspert, politoloq və “Ağrı” kitabının həmmüəllifi Arye Qut isə çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yəhudi Azərbaycanda nəinki sığınacaq, Vətən tapıblar. Buna görə Xocalı faciəsinin onun üçün şəxsi faciə olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15

