Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır
17.02.2017 [10:13]
Ölkə başçısının fevralın 14-də imzaladığı Fərman məcburi köçkünlərə diqqət və qayğının növbəti təzahürüdür
Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan məcburi köçkünlərin sosial müdafiəsinin təşkili istiqamətində dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçısının fevralın 14-də imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərmanı Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Belə ki, Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Qeyd edək ki, həmin kontingent 01.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.
Fərmanda o da qeyd edilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Bununla yanaşı, Nazirlər Kabinetinə 3 gün ərzində limitləri müəyyən etmək, 15 gün ərzində isə qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün ölkə başçısına təqdim etmək tapşırılıb.
Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etməlidir. Eləcə də adıçəkilən Dövlət Komitəsi imzalanan Fərmanın müvafiq bəndinə əsasən nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin edəcək.
Qeyd edək ki, bu Fərman ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində növbəti uğurlu addım kimi qiymətləndirilir. Ölkə ictimaiyyəti məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin yenə də müəyyən olunmuş limit əsasında həyata keçirilməsinin bu kateqoriyadan olan vətəndaşlarımızın maraqlarına xidmət göstərdiyi fikrindədir.
Öz növbəsində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub. Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti çox ciddi tədbirlər həyata keçirib. Eyni zamanda, məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir: “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman mühüm əhəmiyyətə malikdir. Fevralın 14-də imzalanan Fərmana əsasən məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda ayda 20 manat çörək pulu saxlanılmaqla, kommunal xərclərin ödənilməsi yenə də dövlət hesabına həyata keçiriləcək”.
A.Hüseynov onu da deyib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində yaxın gələcəkdə məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qovuşacaqlar: “Hər bir vətəndaşımız buna inanır. Prezidentimizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı imzaladığı Sərəncam “Böyük qayıdış”ımızın ilkin addımıdır”.
Milli Məclisin üzvü Rauf Əliyev isə bildirib ki, Prezidentin məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Fərmanı dövlətimizin həssas təbəqədən olan şəxslərə göstərdiyi diqqətin bariz nümunəsidir. Millət vəkilinin sözlərinə görə, tətbiq ediləcək güzəştlər yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərə şamil ediləcək: “Çünki həmin binalarda qazlaşdırma problemi var. Həmin yerlərə yeni layihə çəkib qazla təmin etmək hazırda çox çətin prosesdir. Bu baxımdan Azərbaycan Prezidenti bütün bunları nəzərə alaraq, yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərin kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Fərman imzaladı. Bu, qaçqın və məcburi köçkünlərin daim Prezidentin diqqət və nəzarətində olduğunu bir daha göstərdi”.
R.Əliyev əlavə edib ki, ölkə başçısının tapşırığı əsasında sözügedən şəraitdə yaşayan məcburi köçkünlərə evlərin tikilməsi üçün Mərdəkan və Sabunçuda torpaq sahəsi ayrılıb: “Bu addımların hər biri göstərir ki, dövlət başçısı həssas təbəqədən olan şəxslərə xüsusi nəzarət edir, onların problemlərinin həll istiqamətində lazımi addımlar atılır. Təbii ki, vaxt gələcək, torpaqlarımız geri qaytarılacaq və həmin insanlar öz dədə-baba yurdlarına qayıdıb yüksək səviyyədə yaşayacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

