Aleksandr Lapşinin ekstradisiyası ölkə qanunlarına və beynəlxalq hüquqa əsaslanır
15.02.2017 [10:01]
Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən Aleksandr Lapşinin fevralın 7-də ölkəmizə ekstradisiyası beynəlxalq hüququn təmini ilə yanaşı, ölkəmizin ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini bir daha ortaya qoymuş oldu. Bu, birmənalı şəkildə Azərbaycan dövlətinin, ölkə Prezidentinin yürütdüyü xarici siyasət kursunun uğuru kimi dəyərləndirilməlidir. Aleksandr Lapşinin ekstradisiyası, ən əsası, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin, siyasi iradəsinin, eləcə də şəxsi nüfuzunun göstəricisidir. Hər zaman milli maraqlarımızın qorunması istiqamətində iradə nümayiş etdirən ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməzliyini mühüm şərt olaraq irəli sürüb. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, işğal altında olan torpaqlarımıza qeyri-qanuni səfərlər edən, Dağlıq Qarabağda olan qondarma separatçı rejimi təbliğ edən A.Lapşinin cəzalandırılmasının kökündə birmənalı şəkildə hüquqi məsələ dayanır. Və A.Lapşinin ölkəmizə təhvil verilməsi ədalətin, hüququn bərpası kimi dəyərləndirilməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Nizami Cəfərov qeyd edib ki, yeni dövrə uyğun olaraq imkanlar genişləndikcə, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri möhkəmləndikcə ərazi bütövlüyümüzün qorunması istiqamətində də daha ardıcıl effektiv addımlar atılır. Bu həm də xarici müdaxilələrin və təxribatların qarşısını alır: “Bu imkanlardan ölkə Prezidenti cənab İlham Əliyev çox uğurla istifadə edir. Dövlət başçımız bildirmişdi ki, biz artıq hücum diplomatiyası həyata keçiririk. Azərbaycan dövləti hücum diplomatiyası sayəsində mühüm uğurlar əldə edib. Digər tərəfdən, bu siyasi kurs Azərbaycan xalqının maraqlarını geniş şəkildə özündə əks etdirir. Lapşinin Dağlıq Qarabağa səfəri icazəsiz həyata keçirilib. Burada söhbət həm də fərdi olaraq Lapşindən getmir. Ümumiyyətlə, Lapşinin axtarışa verilməsi, Azərbaycan qanunları qarşısında cavab verməsi bu tipli qanun, sərhəd pozuntularına Azərbaycan dövlətinin münasibətidir. Prosesin ümumi gedişi isə qanunlara, beynəlxalq konvensiyalara əsaslanır. Bu, birmənalı olaraq hüquqi məsələdir. Yəni kimsə Azərbaycan sərhədlərinə dövlətimizin icazəsi olmadan daxil ola bilməz. Bu həm də ümumi olaraq dövlətimizin beynəlxalq nüfuzunun ildən-ilə artmasının bariz sübutudur. Eyni zamanda, işğal altında olan torpaqlarımızın həm maddi, həm də mənəvi baxımdan müdafiə olunmasında xalqımızın, dövlətimizin çox ciddi fəaliyyətinin nəticəsidir. Bu addımlar beynəlxalq aləmdə bizi tanıyan, bizə münasibətində obyektiv olan hər bir qurumu, ictimai təşkilatı, eləcə də hər bir şəxsi təmin edir. Düşünürəm ki, Lapşinin ekstradisiyası Azərbaycanın dövlət siyasətinin uğurudur, müvəffəqiyyətidir. Xalqımız belə presedentləri gördükcə qürurlanır”.
Milli Məclisin üzvü Sahib Alıyev isə Aleksandr Lapşinin Azərbaycana gətirilməsini dövlətimizin gücü, Prezident İlham Əliyevin nüfuzunun böyüklüyü və yürütdüyü xarici siyasət kursunun düzgün istiqamətlənməsi kimi dəyərləndirib. Millət vəkili bildirib ki, bu, həm də dost Belarusun, xüsusilə də onun Prezidenti cənab Lukaşenkonun beynəlxalq hüquqa verdiyi yüksək qiymətin göstəricisidir: “Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin qanunlarını pozan bu şəxsin ekstradisiyası beynəlxalq hüququn tələbidir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu ərazilərə giriş-çıxış məhz Azərbaycan dövlətinin icazəsi ilə reallaşmalıdır. Birmənalı şəkildə qeyd etməliyəm ki, yaranan situasiya bir daha münaqişənin tənzimlənməsi istiqamətində üstünlüyümüzü ortaya qoyur. Ölkə Prezidentinin qətiyyətlə həyata keçirdiyi hücum diplomatiyası artıq Ermənistanı tərk-silah edib. Onların öz təbliğatlarına çevirmək istədikləri məsələlər Azərbaycanın üstünlüyünün sübutuna çevrilir. Bu, olduqca qürurvericidir. Ermənilər özləri də etiraf edirlər ki, Azərbaycan Lapşini gətirməklə onları darmadağın edib və bundan sonra rəsmi Bakının izni olmadan heç kim Dağlıq Qarabağa gəlməyəcək. Ancaq Azərbaycan bununla təkcə Ermənistanı darmadağın etmədi, həm də onların bəzi havadarlarına Lapşini gətirdiyi kimi, onların Dağlıq Qarabağ problemini necə məsələ adlandırmalarından və bu haqda nə fikirləşmələrindən asılı olmayaraq, işğal altındakı torpaqlarını da o cür təmizləyəcəyini göstərdi”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

