/ / Piter Teyz: Azərbaycanın işğal altındakı ərazilərinə getmək qanunsuzdur və bu, neqativ nəticələr doğurur
Piter Teyz: Azərbaycanın işğal altındakı ərazilərinə getmək qanunsuzdur və bu, neqativ nəticələr doğurur
11.02.2017 [10:23]
ABŞ-ın beynəlxalq münasibətlər sahəsində eksperti Piter Teyz Aleksandr Lapşinin saxlanılması və ekstradisiyası ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Azərbaycan qanunlarını davamlı olaraq pozan Aleksandr Lapşin Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya edilib. Siz onun hərəkətlərinə və ekstradisiya olunmasına necə baxırsınız?
- Bildiyiniz kimi, Lapşin Azərbaycanın işğal altındakı ərazilərinə uzun illər ərzində davamlı olaraq gedirdi. Lakin beynəlxalq sərhədi Azərbaycanın razılığı olmadan keçmək istənilən halda qanun pozuntusudur. Lapşinin işi bu cür hərəkət edən digər şəxslərdən onunla fərqlənir ki, o, nəinki Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna gedib, həm də açıq-aşkar separatçılığa, dövlət sərhədini pozmağa çağırışlar edib. Hətta sosial şəbəkədəki səhifəsində Azərbaycanın onu “qara siyahıya” salmasını və hökumət orqanlarının onu saxlaya bilməməsini lağa qoyub. Üstəlik, Lapşin görünür, Azərbaycan hakimiyyətini və xalqını daha çox hiddətləndirmək məqsədilə növbəti səfərləri üçün həm də maliyyə vəsaiti yığmağa (güman ki, erməni auditoriyasında) cəhd edib.
Bildiyimə görə, Lapşin dövlət əleyhinə ictimai çağırışlar və dövlət sərhədini qeyri-qanuni keçmək kimi cinayət əməllərinə görə beynəlxalq axtarışa verilmişdi. O, nəinki Azərbaycana giriş üçün hər hansı hüquqi sənəd olmadığı halda Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə sərhədi keçib, həm də Bakıya, görünür ki, saxta Ukrayna pasportu ilə gəlib və orada onun adı başqa cür yazılıb. Görünür, onun fikrincə, bu cür hərəkətlər, yəni işğal altında olan Qarabağa getməsi, adının “qara siyahıda” olduğu halda başqa adla Bakıya gəlməsi digər qanunpozanları da ruhlandırmalıdır. Tamamilə aydın olan səbəblərdən bu cür hərəkətlər istənilən dövlətdə müvafiq orqanlar tərəfindən məhkəmə təqibinə gətirib çıxarır.
- Bəzi tərəflər Lapşinin ekstradisiyası ilə bağlı narazılıqlarını bildiriblər. Bu cür mülahizələr nə dərəcədə əsaslıdır?
- Nə etmək olar, hər kəsin öz narahatlığını ifadə etmək hüququ var, lakin Lapşin işğal altındakı Qarabağa sərbəst şəkildə gedəndə və bununla da Azərbaycan qanunlarını pozanda həmin tərəflər narahat olduqlarını bildiriblərmi? Hər zaman Lapşindən öz təbliğatında alət kimi istifadə edən təcavüzkar Ermənistan tərəfindən 750 min etnik azərbaycanlının Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan qovulması faktını nəzərə alsaq, o, açıq şəkildə separatçılığa və Azərbaycan sərhədlərini pozmağa çağırışlar edəndə həmin tərəflər narahatlıqlarını bildiriblərmi? Fikrimcə, cinayətkar əməllərinə görə İnterpolun axtarışında olan Lapşinin Azərbaycana təhvil verilməsində Belarus tərəfi bütün beynəlxalq və ikitərəfli sazişlərə tam uyğun hərəkət edib. Güman edirəm ki, Rusiya da, İsrail də Lapşinin əməlləri ilə bağlı vəziyyətin ciddiliyini gözəl başa düşürlər. Onun hərəkətləri həbs və ekstradisiya üçün əsas verir.
- Azərbaycan tərəfindən Lapşinin işi ilə bağlı təcili tədbir görülməsi barədə nə deyə bilərsiniz?
- Lapşinin məsuliyyətə cəlb olunmasına dair Azərbaycanın fəaliyyəti və göstərdiyi qətiyyət yüksək qiymətə layiqdir. Azərbaycan onun qanunlarını nümayişkaranə şəkildə pozan və onu saxlamaq iqtidarında olmamasına görə bu ölkəyə istehza edən cinayətkarı nəinki saxladı, həm də adları “qara siyahıda” olan bütün şəxslərə, habelə işğal altındakı Dağlıq Qarabağa getmək istəyən potensial qanunpozanlara başa saldı ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək qeyri-qanunidir və bu hərəkətlər neqativ nəticələr doğurur.
Təqdirəlayiqdir ki, Azərbaycanın hakimiyyət orqanları Lapşinin qeyri-qanuni fəaliyyəti ilə bağlı ardıcıl tədbirlər görüblər. Onlar Lapşinin işi ilə bağlı məsələlərin digər ölkələrlə birgə həllində diplomatik səylərə görə də hörmətə layiqdirlər. Əslində, hamını başqa ölkədən kiminsə Azərbaycanın işğal altındakı ərazisinə getməsi və ədalət mühakiməsindən qaçması deyil, Azərbaycan vətəndaşlarının öz torpaqlarına getmək imkanından məhrum olması narahat etməlidir. Azərbaycanın iki vətəndaşının doğma torpağına getməsi üstündə erməni rejiminin nəzarətində olan Xankəndində əsir götürülməsi ədalət mühakiməsinin olmamasının təsdiqidir. Məhz burada biz ədalətsizliyi görürük və məhz burada ədalət bərpa olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

