Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AXCP və “Müsavat” kimi partiyalar xarici ermənipərəst dairələrin dəyənəyi rolunda çıxış edirlər

AXCP və “Müsavat” kimi partiyalar xarici ermənipərəst dairələrin dəyənəyi rolunda çıxış edirlər

04.02.2017 [12:04]

Xəyanətkar fəaliyyəti ilə bilinən İsa Qəmbər kimi “siyasətbazlar” öz xalqının lənətini qazanıblar
Öz fəaliyyətini Azərbaycan xalqı və dövlətinə - ölkəmizin milli maraqlarına xəyanət üzərində quran radikal müxalifət ermənipərəst dairələrdən aldığı direktivləri yerinə yetirməyə davam edir. Azərbaycanın çoxsaylı uğurlar əldə etməsindən, xüsusilə də beynəlxalq arenada mövqeyinin möhkəmlənməsindən dərin narahatlıq keçirən AXCP və “Müsavat” kimi “beşinci kolon” üzvləri dövləti, xalqı hədəfə alır, ictimaiyyəti çaşdırmağa cəhd edirlər. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı kimi ermənipərəst dairələrin sevimli “siyasi alət”i qismində çıxış edən antimilli ünsürlər nə qədər çırpınmağa, ictimai rəylə siyasi manipulyasiya etməyə çalışsalar da, Azərbaycan cəmiyyəti bu şəxslərin gerçək simasını yaxşı bilir və onlara layiqli cavab verir.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbaycan cəmiyyətinə radikal müxalifət başçılarının gerçək simaları yaxşı məlumdur: “Bu gün Azərbaycan xalqına, dövlətinə qarşı çıxış edən İsa Qəmbər, Əli Kərimli kimi antimilli ünsürlər hər zaman milli maraqlara xəyanət mövqeyində durublar. Yəni bu cür radikal siyasi ünsürlərin mövqeyini xalqa, dövlətə xəyanət təşkil edir. Hələ müstəqilliyin ilk illərində ölkəni çoxsaylı mürəkkəb problemlərlə - xaos və anarxiya ilə qarşı-qarşıya qoyan AXC-”Müsavat” hakimiyyətinin təmsilçilərinin xəyanətkar mövqeyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur. Onlar hakimiyyətdə olduqları zaman ölkəmizə düşmən mövqedə olan xarici dairələrin sifarişlərini yerinə yetirərək Azərbaycan xalqına qarşı - ölkəmizin milli maraqlarına qarşı çıxış edirdilər. Ölkədə vətəndaş qarşıdurması, hərc-mərclik yaradan bu antimilli ünsürlərin hərəkətləri sırf şəxsi siyasi ambisiyalara əsaslanırdı. İndiyə qədər bu şəxslər ermənipərəst, anti-Azərbaycan dairələrlə, erməni lobbisi ilə ölkəmizə qarşı birlikdə hərəkət ediblər, Azərbaycanın Suriyaya, Liviyaya və xaosun, anarxiyanın hökm sürdüyü digər ölkələrə çevrilməsi niyyətlərini gizlətməyiblər. Belə olan halda, İsa Qəmbər kimi antimilli ünsürlərin Azərbaycan cəmiyyəti qarşısında hansısa bir fikirlə çıxış etməyə mənəvi haqqı yoxdur”.
Eldar İbrahimov əlavə edib ki, radikal müxalifətin keçmişi utanc dolu anlarla zəngindir: “Ötən əsrin 90-cı illərinin əvvəli bu antimilli ünsürlərin xalqımıza yaşatdığı dərin böhran və xaosla yadda qalıb. İsa Qəmbər, Əli Kərimli kimi antimilli ünsürlər ermənipərəst dairələrin direktivlərini icra etməklə Vətənə, xalqa xəyanət ediblər. Hətta onlar Azərbaycanın torpaqlarının işğalına şərait yaradıblar. Ona görə də bu gün Azərbaycan cəmiyyəti bu şəxslərin mənfur əməllərini böyük hiddətlə qınayır, onları dövlətə, xalqa qarşı çıxan antimilli ünsür, satqın qüvvə kimi səciyyələndirir. Hesab edirəm ki, radikal müxalifətin bu cür antimilli əməllərinə ən yaxşı cavabı Azərbaycan xalqı verib. Onlar Azərbaycan siyasi həyatından siliniblər və cəmiyyət tərəfindən qəbul edilmirlər”.
Milli Məclisin deputatı Zahid Oruc İsa Qəmbərin vaxtilə rəhbərlik etdiyi partiyanın rəhbərliyindən getməsinin və ardından da “təqaüdə çıxması”nın Azərbaycan cəmiyyəti tərəfindən verilən hökm kimi qəbul edilməli olduğunu deyib. Onun sözlərinə görə, 1993-cü ildən sonrakı dövrdə Azərbaycan xalqı bu müxalif fəsadları birmənalı şəkildə inkar etdi və onların yanında yer almadı, hər hansı bir formada dəstək vermədi: “2003-cü ildən sonrakı dövrdə isə həm Müsavat Partiyasının, həm də AXCP-nin missiyası tam bəlli oldu. Belə ki, onlar faktiki olaraq Azərbaycanın inkişafı və ya siyasi həyatı üçün hər hansı bir proqram və ya konsepsiya irəli sürən qüvvə kimi yox, dağıdıcılığa, daha açıq şəkildə sosial toqquşmalara xidmət edən ünvanlar kimi tanındılar. Həmin partiyaların rəhbərləri pul almaq üçün ünvanı ölkə xaricində, qərb zonasının mərkəzlərində axtardılar. Bu mərkəzlərin məqsədləri isə məhz bu “mübarizə aləti” sayılanların əli ilə ölkəmizdə öz maraqlarını təmin etməkdən, geosiyasi mövqelərini möhkəmləndirməkdən ibarət idi. “Eyzenhauer dəyənəyi” anlayışı var ki, AXCP və “Müsavat” kimi qüvvələr məhz həmin rolu ifa edirlər. Radikal müxalifətin alət missiyasından kənarda fəaliyyətləri olmayıb. Bu baxımdan həmin qüvvələrin epizodik şəkildə mediaya çıxması, sonradan bunun sosial şəbəkələrdə tirajlandırılması xüsusi bir siyasi əhəmiyyət kəsb etmir”.
Z.Oruc İ.Qəmbər və digərlərinin siyasi leksikonunun ötən əsrin 90-cı illərindən heç nə ilə fərqlənmədiyini də önə çəkib. Onun sözlərinə görə, eyni epitetləri ifadə edən bu şəxslər sanki zamanın sürətindən, ictimai ruhdan, beynəlxalq proseslərin təhlilindən xeyli kənarda qalıblar: “Bu adamlar hələ də 90-cı illərə ilişiblər, elə orada da mövqe tutublar. Reallıq isə ondan ibarətdir ki, onlar cəmiyyətin yaddaşından çoxdan silinib gediblər. Bu gün dünyada, eləcə də ölkəmizdə mühüm hadisələr baş verir, yeni iqtisadi mənzərə yaranıb və yeni iqtisadi münasibətlər formalaşır. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu səbəbdən də kimlərinsə məhəlli ünvanlardan nələrisə söyləməsi heç bir effekt kəsb etmir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31