İsa Qəmbər, Əli Kərimli kimi ünsürlərin yeri tarixin tozlu arxividir
03.02.2017 [09:53]
Yaxud erməni lobbisi və anti-Azərbaycan dairələrlə sinxron hərəkət edən dağıdıcı müxalifətin antimilli fəaliyyəti xalqımız tərəfindən ciddi etirazla qarşılanır
Daim anti-Azərbaycan və ermənipərəst dairələrin siyasi sifarişləri əsasında hərəkət edən radikal müxalifət düşərgəsi ənənəvi ampluasındadır. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı kimi antimilli ünsürlər yenə də Azərbaycan xalqını və dövlətini hədəfə alır, ermənipərəst dairələrlə sinxron hərəkət edərək milli maraqlara qarşı çıxırlar. Belə olan halda, həmin radikal siyasi ünsürlər cəmiyyətimiz tərəfindən ciddi etirazla qarşılanırlar. Təsadüfi deyil ki, məhz bu zamana qədər həmin dağıdıcı ünsürlər cəmiyyətimiz tərəfindən tanınmayıb, Azərbaycan xalqı radikallara layiqli yerini göstərib. Azərbaycan xalqının radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə xalqımız etimad etmir.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə də qəzetimizə açıqlamasında deyib ki, radikal müxalifət düşərgəsində cəmləşənlər özlərini gündəmə gətirmək üçün Azərbaycan dövləti və iqtidarını ittiham etməyə çalışır, normal düşüncəyə və reallıqlara zidd olan fikirlərlə çıxış edirlər: “Məlumdur ki, həmin radikal müxalifət nümayəndələri vaxtilə hakimiyyətdə olduqları zaman Azərbaycanın milli maraqlarına uyğun olmayan addım və qərarlarla çıxış ediblər, müəyyən anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstəriblər, “beşinci kolon” funksiyasını böyük həvəslə yerinə yetiriblər. AXC-”Müsavat” cütlüyünün hakimiyyəti dövründə baş verənlər və ortaya çıxan mənzərə xalqımıza yaxşı məlumdur. Məhz həmin dövrün siyasi fiqurları olan bugünkü radikal müxalifət nümayəndələrinin indi sivil, demokratik dəyərlərə zidd olan dağıdıcı fikirlərlə çıxış etməsi təəccüblü deyil”.
Azərbaycan iqtidarı tərəfindən həyata keçirilən siyasətin inkişaf və sabitliyə xidmət etdiyini deyən Aydın Mirzəzadə diqqətə çatdırıb ki, ötən müddət ərzində Azərbaycan böyük nailiyyətlər qazanıb: “1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə sabitlik təmin edildi, ardınca milli tərəqqinin əsası qoyuldu. Bu gün Azərbaycan öz müstəqil mövqeyi ilə seçilən ölkələr sırasındadır. Azərbaycanda sabitlik və təhlükəsizlik təmin edilib, ölkəmiz əhəmiyyətli uğurlar əldə edib. İndi dövlətini və iqtidarı hədəfə alan həmin radikal müxalifət nümayəndələri də anlamalıdırlar ki, onlar indiki hakimiyyətin uğurlu siyasəti sayəsində təhlükəsiz, sabit və demokratik ölkədə yaşayırlar. Amma onların məqsədi ötən əsrin 90-cı illərinin əvvəlinə qayıtmaq, ölkədə sabitliyin, təhlükəsizliyin pozulmasına nail olmaqdır”.
“Bir müddət əvvəl İsa Qəmbər xaricdə səfərdə olarkən Qərb ölkələrindən birini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. Onun Azərbaycan xalqı və dövləti əleyhinə olan, milli maraqlara zidd bir çağırışla çıxış etməsi onu göstərir ki, bu şəxs üçün əsas olan özünün siyasi ambisiyalarıdır. Digər tərəfdən, İsa Qəmbər həm də o şəxsdir ki, 1993-cü ildə qisa bir müddətdə dövlət başçısı vəzifəsini yerinə yetirərkən yeni prezident seçkilərini gözləmədən, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq etmişdi. Bu gün də İsa Qəmbər milli maraqlara zidd olan fikirlərlə çıxış etməyə davam edir. Amma Azərbaycan xalqı radikal düşərgə nümayəndələrini qəbul etmir, hətta ciddi cəhdlə onlara etiraz edir. Azərbaycan cəmiyyəti vaxtilə İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı kimilərin ölkəmizə və xalqımıza yaşatdıqlarını yaxşı xatırlayır və onları qəbul etmir. Bu şəxslər Azərbaycanın dünənidir, ölkəmizin problemli günlər yaşadığı günlərin simalarıdır”, - deyə millət vəkili əlavə edib.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə deyib ki, dağıdıcı müxalifətin istəyi Azərbaycanda sabitliyin pozulması, xaosun yaranmasıdır: “İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı kimi radikal müxalifət düşərgəsində cəmləşmiş antimilli ünsürlər hər zaman Azərbaycan xalqı və dövlətinə qarşı çıxış ediblər. Bu şəxslərin ermənipərəst dairələrlə sinxron fəaliyyət göstərməsi heç kimə sirr deyil. Azərbaycan xalqı radikal müxalifətin gerçək simasının nədən ibarət olduğunu yaxşı bilir, ona görə də onları ciddi siyasi qüvvə qəbul etmir, onların dövlətimizə qarşı xəyanətkar mövqelərini qınayır”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyin sərgilənməsi ermənipərəst və anti-Azərbaycan dairələrdə, eləcə də radikal müxalifət düşərgəsində ciddi narahatlıqla qarşılanır. Xüsusilə də, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ermənilər və onların xaricdəki havadarları tərəfindən təşvişlə qarşılanır. Görünür bu narahatlığın, təşvişin nəticəsidir ki, həmin ermənipərəst mərkəzlərin ölkəmizdəki qulluqçuları təlimatla fəallaşırlar. Bu isə onu göstərir ki, İsa Qəmbər, Əli Kərimli kimi ünsürlərin hərəkətlərinin əsasında şəxsi ambisiyalar, o cümlədən ermənilərlə ortaq maraqlar dayanır”, - deyə Aydın Hüseynov diqqətə çatdırıb.
A.Hüseynovun sözlərinə görə, bu günə qədər nə elmdə, nə də siyasətdə heç bir uğur qazanmayan, bütün fəaliyyətini Azərbaycana qarşı olan bəlli dairələrin təlimatları əsasında həyata keçirən İ.Qəmbər heç öz ətrafında belə ciddi bir insan kimi qəbul olunmur: “Tam məsuliyyətimizlə deyə bilərik ki, İsa Qəmbər, Əli Kərimli və digər bu kimi ünsürlər cəmiyyətimiz tərəfindən qəbul olunmurlar. Onlar siyasi ömürlərini çoxdan başa vurublar, Azərbaycanın siyasi həyatından siliniblər. Onların yeri tarixin tozlu arxividir”.
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, AXCP-”Müsavat” cütlüyünün hakimiyyətinə xalqımız cəmi 1 il dözdü və onların hakimiyyətdə olduğu müddət insanların yaddaşında xaos illəri kimi qaldı: “Çünki bu insanlar idarəçilikdən uzaq, təsadüfi insanlar idilər və təsadüfən hakimiyyətə gəlmişdilər. Ona görə də bu gün onların Azərbaycan iqtidarını ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Hələ mən bir dəfə görməmişəm ki, bizim radikal müxalifət Azərbaycan dövlətinin qazandığı hər hansı bir uğura, nailiyyətə sevinsin. Mən çox gözləyirdim ki, nəhayət, Cocuq Mərcanlı kəndinə qayıdışdan sonra radikal müxalifət özündə bir güc, təpər tapacaq və deyəcək ki, “bəli, biz bugünkü iqtidarla mübarizə aparırıq, amma elə faktlar, elə hadisələr var ki, biz onu qəbul edirik, dəstəkləyirik”. Elə fundamental məsələlər var ki, orada iqtidar-müxalifət yanaşması olmamalıdır. İndi təsəvvür edin, AXCP sədri Əli Kərimli deyir ki, “görək Cocuq Mərcanlı kəndinə kim qayıdacaq və qayıtsa da, nə qədər qalacaq?!” Heç ermənilər bunu demirlər. Sosial şəbəkələrdə ermənilər deyirdilər ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev kəndləri, Ermənistan prezidenti isə tabutları geri qaytarır. Amma “sapı özümüzdən olan baltalar” və radikal müxalifət deyilən bu kəsim iqtidarın qazandığı heç bir nailiyyəti həzm edə bilmir. Dövlət üçün yaxşı olan şey onlar üçün pisdir, dövlət üçün pis olan şey onlar üçün yaxşıdır. Onlar bu məntiqlə işləyirlər”.
Millət vəkili əlavə edib ki, xalqımız müdrikdir və çox gözəl bilir ki, radikal müxalifətin məqsədi nədir: “Prezident İlham Əliyev hədəflər seçib, biz inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəyirik, bizim hədəflərimiz və məqsədlərimiz var, dövlətin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahı dayanır. Amma bu insanlar üçün belə məsələlər yoxdur. Təki xalqın vəziyyəti acınacaqlı olsun, xalqın güzəranı pisləşsin və belə olan halda onların hakimiyyətə gəlməsi üçün münbit şərait yarana bilər. Lakin bu cür fikirləri xalqımız artıq qəbul etmir. Əgər xalq bir hakimiyyətin mövcudluğuna bir il dözməyibsə, onlar necə yenidən hakimiyyətə gələ bilər?! Onlar xarici qüvvələrin əlində bir alətə çevriliblər. Ona görə də insanlar onları dəstəkləmir və heç bir sosial bazaları yoxdur”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

