/ / Rufiz Qonaqov: “İslam Həmrəyliyi İli”ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq
Rufiz Qonaqov: “İslam Həmrəyliyi İli”ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq
14.01.2017 [10:00]
“Prezident İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bəzi Qərb ölkələrində islamofobiya meyillərinin gücləndiyi, müsəlman ölkələrində çaxnaşmaların şiddətləndiyi bir dönəmdə Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi olduqca müsbət addımdır”.
Bunu KİV-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib. O, qeyd edib ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var: “Bununla bağlı Prezidentin imzaladığı Sərəncamda da qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir olunub. Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi məhz Bakıda inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvüdür. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi də məhz bu Sərəncamın nə qədər yerində imzalandığını göstərir”.
Rufiz Qonaqova bildirib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün dünyada barışdıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir: “Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Azərbaycandakı multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. Buna görə də, hesab edirəm ki, Azərbaycan “İslam Həmrəyliyi İli”ndə barışdırıcı qüvvə olduğunu bir daha sübut edəcək. Digər tərəfdən, islam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər”.
Rufiz Qonaqov deyib ki, Azərbaycanda ötən il “Multikulturalizm İli” elan edilmişdi və bir çox layihələr həyata keçirildi: “Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini dünyaya nümayiş etdirdi. Düşünürəm ki, “İslam Həmrəyliyi İli”ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

