2017-ci il Azərbaycanda sabitlik və inkişaf ili olacaq
06.01.2017 [09:24]
Prezident İlham Əliyev: Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik
Geridə qoyduğumuz 2016-cı il bütün dünya üçün heç də asan keçmədi. Siyasi manipulyasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin ucuzlaşması fonunda qlobal iqtisadiyyat arzuolunmaz çətinliklərlə üzləşdi, ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşdü, bir sıra hallarda sosial proqramlar ixtisara salındı.
Təbii ki, dünyada müşahidə olunan proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycana da təsirsiz ötüşmədi. Xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün güclü iqtisadi və maliyyə potensialını səfərbər etməyə nail oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir sıra çətinliklərlə yadda qalan 2016-cı ildə respublikamızda iqtisadi sabitliyin təmin olunmasından məmnunluq ifadə edərək vurğulayıb: “Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir”.
Azərbaycan iqtidarı dövlətin, xalqın maraqlarını bundan sonra da layiqincə qoruyacaq
Məlumdur ki, hazırda sabitlik və təhlükəsizlik kimi məsələlər qlobal miqyasda böyük aktuallıq daşıyır. Bu da təsadüfi deyil. Çünki son illərdə ayrı-ayrı ölkələr məhz daxili sabitliyin pozulmasının çox ciddi fəsadları ilə üzləşib. Belə ölkələrdə, aydın məsələdir ki, inkişafdan, quruculuqdan, insanların firavan həyatından söhbət gedə bilməz.
Qlobal miqyasda yaşanan gərginliklərin fonunda Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda möhkəm xalq-iqtidar birliyi hökm sürür. Son 13 ildə ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ilk növbədə xəlqiliyi ilə yadda qalıb. Azərbaycan iqtidarı ölkənin perspektiv siyasətini müəyyənləşdirərkən, bir qayda olaraq, cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür. Dövlət və cəmiyyət maraqlarının üzvi şəkildə əlaqələndirilməsi son nəticədə ölkədə daxili sabitliyin qorunması, inkişafın ardıcıllığının təmin olunması üçün əsas amillərdən biri qismində çıxış edir.
Ölkədə möhkəm daxili sabitliyin təmin olunması öz növbəsində beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirir, respublikamıza inamı daha da artırır. Məhz bunun nəticəsidir ki, son illərdə respublikamız bir sıra beynəlxalq tədbirlərin, humanitar forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Təkcə 2016-cı ildə Azərbaycan 80-dən çox ölkənin təmsil olunduğu V Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 500 milyon auditoriyası olan “Formula-1” yarışına, 200 ölkənin idmançılarının qatıldığı Ümumdünya Şahmat Olimpiadasına və digər belə tədbirlərə uğurla ev sahibliyi edib.
Ötən il Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələri respublikamızda iqtidar-xalq həmrəyliyinin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Məlumdur ki, referendumda Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz razılığını ifadə etdi. Bu isə onun əlamətidir ki, Azərbaycan iqtidarının cəmiyyətdə nüfuzu kifayət qədər yüksəkdir və dövlət siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.
Azərbaycanda məqsədyönlü siyasət sayəsində bərqərar olan və bütün uğurların əsasında dayanan sabitlik gələcəkdə də təmin ediləcək. Prezident İlham Əliyev dövlətimizin, xalqımızın maraqlarının təmin olunmasına yönələn siyasətini bundan sonra da davam etdirəcəyini diqqətə çatdıraraq deyib: “Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun”.
Azərbaycan inkişaf yolunu 2017-ci ildə də davam etdirəcək
Respublikamızın zəngin iqtisadi potensialı və Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən prevantiv tədbirlər bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də Azərbaycanın inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Yeni iqtisadi şəraitdə Azərbaycanın uğurlu inkişafının təməlində məhz düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası amili dayanır. Hazırda ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. Əlamətdar haldır ki, başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda sağlamlaşdırma tədbirləri görülür. Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb, “Made in Azerbaijan” brendinin yaradılmasına başlanılıb. Respublikada biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır.
Ötən il dövlət başçısı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir.
Ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. 2016-cı ildə əldə olunan nəticələr aparılan islahatların səmərəliliyini bir daha təsdiqləyir. Çətin keçən 2016-cı ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlayıb və müəyyən inkişaf dinamikasına nail olub. Ötən il ölkəmizin qeyri-neft sənayesinin 5 faiz, kənd təsərrüfatının 2 faizdən çox artması çox yaxşı göstəricidir. Eyni zamanda, 2016-cı ildə respublikamızda bütün sosial proqramlar icra edilib. Respublikanın ayrı-ayrı bölgələrində qaçqın və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınıb. Ötən il əhalinin pul gəlirləri 7 faiz, orta əməkhaqqı 9 faiz artıb.
İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə, o cümlədən də 2017-ci ildə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğulayıb ki, biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik. Prezident İlham Əliyev respublikamızda 2017-ci ilin uğurlu olacağına əminliyini ifadə edərək deyib: “2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var”.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar yaxın gələcəkdə öz nəticəsini verəcək
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər ilk növbədə iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Yeni şəraitdə Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Ölkəmiz qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasına diqqəti artırmaqla, bir tərəfdən, müxtəlif mallara olan daxili istehlakı tam şəkildə yerli istehsal hesabına təmin etmək, digər tərəfdən isə, xarici bazarlarda Azərbaycan brendi olan məhsullarla təmsil olunmaq və bu yolla neft daxilolmalarının azalmasını kompensasiya etmək məqsədi güdür. Müəyyənləşdirilən strateji kursa uyğun olaraq respublikamızda böyük əmək və investisiya tutumuna malik sənaye quruculuğuna güclü siyasi iradə nümayiş etdirilir ki, bu da ölkəmizin reallıqları ilə bağlıdır.
Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma, neft emalı və neft maşınqayırması sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında qeyri-neft sənayesinin inkişafı üçün fundamental əsaslar yaradılıb və artıq sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Son illərdə ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi nəticəsində ölkə sənayesinin strukturu təkmilləşib, regional əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Alüminium Zavodunun, o cümlədən Gəncə Alüminium Yarımfabrikatı Zavodunun, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının, Qaradağ Sement Zavodunun, Sumqayıt Karbamid Zavodunun, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodlarının, Naxçıvan Avtomobil Zavodunun, ATEF şirkətlər qrupunun İriqabaritli Transformatorlar Zavodunun, “Norm” Sement Zavodunun, Sumqayıt Plastik Emal Zavodunun, Mingəçevir Elektron Avadanlıqlar Zavodunun, polad boru, günəş panellər və metal konstruksiyalar müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisələrdir.
Hazırda ölkəmizdə sənaye sektorunda bir sıra yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu layihələrin önəmindən bəhs edərək vurğulayıb ki, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək.
Yeni şəraitdə qeyri-neft sektorunun üstün inkişafını hədəfləyən Azərbaycan həmçinin aqrar sektorda istehsal və ixrac imkanlarının artırılmasına böyük diqqət göstərir. Qeyd edək ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri, ölkənin əmək qabiliyyətli əhalisinin 40 faizdən çoxunun bölgələrdə yaşaması, son 13 ildə regionlarda yaradılan müasir infrastruktur obyektləri, intensiv təsərrüfatçılıq metodlarının, qabaqcıl dünya təcrübəsinin tətbiqinə yaşıl işıq yandırılması və bu kimi digər amillər respublikamızda kənd təsərrüfatının dinamik inkişafına münbit zəmin yaradıb.
Azərbaycanda geniş ixrac potensialına malik sahələrdən biri məhz aqrar sektordur. Ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Ötən ilin əvvəlindən etibarən həmçinin respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır.
Şübhə yoxdur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər növbəti illərdə də Azərbaycanın uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində buna əminliyini ifadə edərək bildirib ki, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir.
Sosial mənzillərin inşasına start verilməsi ilə 2017-ci ildə inşaat sektorunda ciddi canlanma yaranacaq
Ölkəmizdə sosial siyasətin əhatə dairəsinin genişlənməsinə nail olmaq üçün dövlət başçısı tərəfindən daim yeni təşəbbüslər irəli sürülür. Xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına yönəlmiş siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Prezident İlham Əliyev 2016-cı ildə bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn yeni təşəbbüslə çıxış edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir. Prezident İlham Əliyev Yasamal yaşayış kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır.
Müstəqil Azərbaycanda indiyədək sosial mənzillərin tikintisi praktikası olmayıb. Bu, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan tamamilə yeni bir ideyadır. Ölkəmizdə Prezident İlham Əliyevin bəyan etdiyi yeni sosial proqram dünya təcrübəsinə istinad edilərək həyata keçiriləcək. Xatırladaq ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada, qardaş Türkiyədə sosial mənzillərin tikintisi ilə aztəminatlı əhalinin mənzil probleminin həllinə dəstək verilməsi praktikasından geniş istifadə olunur. Təbii ki, sosial mənzillər inşa olunarkən müxtəlif ölkələrin təcrübəsi Azərbaycanda olduğu kimi tətbiq edilməyəcək. Sosial mənzillər tikilərkən respublikamızın iqtisadi inkişafı ilə bağlı fərqli cəhətlər mütləq nəzərə alınacaq.
Respublikamızda ilk sosial mənzillər Bakıda “Qanlı göl” adlanan ərazinin şimal və şimal-qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil Yolunun kənarında inşa olunacaq. Bəhs olunan ərazidə 11,6 hektar sahə Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli sosial evlərin tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib. Sosial evlər üçün ərazi seçilərkən gələcək sakinlərin maksimum rahatlıqlarının təmin olunması üçün bütün amillər nəzərə alınıb. İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin hər cəhətdən əlverişli hissəsində yerləşir.
Sosial mənzillərin inşası pilot layihə kimi əvvəlcə Bakının ayrı-ayrı rayonlarında həyata keçiriləcək. Məlumdur ki, hazırda Bakı şəhərində qəzalı vəziyyətdə olan binalar kifayət qədər çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 25 fevral 2016-cı il tarixli müvafiq qərar qəbul edib. Sözügedən qərara əsasən, Bakıda irimiqyaslı yenidənqurma işlərinə, o cümlədən də sosial evlərin inşası ilə bağlı pilot layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilib.
Yeni təşəbbüs olan sosial mənzillərin tikintisi, eyni zamanda, ölkənin bütün bölgələrinin tarazlı inkişaf konsepsiyasına uyğun surətdə həyata keçiriləcək. Belə ki, sosial mənzillərin tikintisinin əhatə dairəsi yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmayacaq. Belə mənzillər Bakı da daxil olmaqla, ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində inşa olunacaq.
Yeni sosial proqramın reallaşdırılması, eyni zamanda, ölkədə iqtisadi aktivliyin artırılması nöqteyi-nəzərindən də böyük önəm daşıyır. İqtisadi sektorun müxtəlif sahələri bir-birləri ilə sıx əlaqəlidir. Qəzalı vəziyyətdəki evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahəsinin də inkişafına səbəb olacaq. Mənzillərin əhaliyə təqdim olunması nəticəsində yeni istehlak ehtiyacları yaranacaq. Prezident İlham Əliyev sosial mənzillərin tikintisinin əlaqəli sahələrin, o cümlədən də inşaat sektorunun işinə böyük təkan verəcəyini xüsusi vurğulayaraq deyib: “Biz 2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
27 May 07:33
Siyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09

