/ / Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərini 150-dən çox xəbər agentliyi işıqlandırıb
Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərini 150-dən çox xəbər agentliyi işıqlandırıb
25.11.2016 [09:27]
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünyanın 150-dən çox xəbər agentliyi tərəfindən işıqlandırılıb.
Bernama (Malayziya), Ukrinform (Ukrayna), MIA (Makedoniya), SANA (Suriya), Anadolu, İhlas (Türkiyə), Sinxua (Çin), TASS (Rusiya), Kyodo (Yaponiya) və digər xəbər agentliklərinin, “Entretenimento” (Braziliya) portalının, Ərəb Xəbər Agentlikləri Federasiyasının saytının, Beynəlxalq İslam Xəbərlər Agentliyinin, eləcə də “Al-Riyad” (Səudiyyə Ərəbistanı) və “Əl-Bayan” (Birləşmiş Ərəb Əmirlikləri) qəzetlərinin, TRT Haber kanalının (Türkiyə), “Foxnews” kanalının Latın Amerikası və Rumıniya bürolarının yaydıqları xəbərlərdə V Konqresin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasiminə, beynəlxalq tədbirlərin sessiyalarında aparılan müzakirələrə yer verilib.
Dünya KİV-lərinin yaydıqları xəbərlərdə Prezident İlham Əliyevin açılış mərasimindəki nitqində bu mötəbər tədbirlərin Bakıda keçirilməsinin müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi olduğu barədə fikri xüsusi vurğulanır. Bakı Konqresində müasir medianın gələcəyi baxımından mühüm məsələlərin müzakirə olunduğu qeyd edilir. Bildirilir ki, Konqresdə dünyanın 130-dan çox nüfuzlu xəbər agentliyinin təmsilçiləri jurnalistikanın əsas hədəflərini müəyyənləşdirməyə çalışdılar. Burada xəbər agentliklərinin gələcəyi ilə bağlı məsələlər, xüsusən multimedianın perspektivləri və ümumiyyətlə, jurnalistikanın aktual problemləri diqqət mərkəzində olub. Konqresdə dünya mediasında yeri və nüfuzu olan media peşəkarları öz layihələrini təqdim edib, yeni təkliflər irəli sürüblər.
Xəbərlərdə qeyd edilir ki, texnologiyaların inkişafı və onların çoxsaylı istifadəçiləri jurnalistlər qarşısında yeni çağırışlar irəli sürür. Texnoloji yeniliklərin tətbiqi, müxtəlif sistemlərdən istifadə olunması, medianın müasir dövrə adaptasiyası məsələləri xüsusi maraq doğurur. İnformasiya məkanının qloballaşması nəticəsində xəbər agentliklərinin rolu xüsusilə artıb. Eyni zamanda, düzgün, dürüst və qərəzsiz informasiyalara da daha çox ehtiyac yaranıb. Multikulturalizmin təbliği, radikal düşüncələrə qarşı mübarizə, dinc yanaşı yaşamaq, xalqlar arasında əlaqələri gücləndirmək məsələlərində medianın dəstəyi bəşəriyyətin xeyrinədir. Bütün bu mövzular V Konqresin gündəliyində əsas yer tutub.
Xarici KİV-lər, həmçinin Dünya Xəbər Agentlikləri Konqresinin medianın aktual problemlərinin müzakirəsi üçün nadir platforma olduğunu vurğulayır. Bakı Konqresi çərçivəsində xəbər istehlakının gələcəyi, yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları, xəbər agentliklərinin innovasiyası, multimedianın gələcəyi üçün jurnalistlərin təlimi, jurnalistlərin missiyasının qorunması, müasir dövrün tələblərindən irəli gələn digər aktual məsələlərə həsr olunmuş müzakirələrin əhəmiyyəti qeyd edilir. Konqresin Bakı Bəyannaməsində informasiya agentliklərinin üzləşdiyi müasir çağırışlara və problemlərə münasibətin əks olunduğu diqqətə çatdırılır.
Xəbərlərdə AZƏRTAC-ın eyni vaxtda həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik edəcəyi bildirilir, BMT-nin baş katibi Pan Gi Munun V Konqresə ünvanladığı müraciətindən bəhs olunur.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35

