Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı Konqresinin və OANA Baş Assambleyasının iştirakçıları üçün rəsmi qəbul

Bakı Konqresinin və OANA Baş Assambleyasının iştirakçıları üçün rəsmi qəbul

17.11.2016 [09:53]

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) iştirakçıları üçün noyabrın 16-da Gülüstan sarayında rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu beynəlxalq tədbirlərin önəmini vurğulayıb.
Prezidentin köməkçisi mötəbər tədbirlərin dünya mediasını düşündürən aktual məsələlərlə bağlı səmərəli müzakirələrlə yadda qalacağına, qonaqların Azərbaycandan zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini ifadə edib.
Bakı Konqresinin və OANA-nın Baş Assambleyasının medianı narahat edən çağırışların həlli yollarının tapılmasında səmərəli platforma olduğunu vurğulayan Əli Həsənov bu beynəlxalq tədbirlərin xəbər agentliklərinin işinə layiqli töhfə verəcəyini söyləyib.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31