/ / İstanbulda keçirilən konfransda Azərbaycanın gənclər və idman sahələrində nailiyyətləri yüksək qiymətləndirilib
İstanbulda keçirilən konfransda Azərbaycanın gənclər və idman sahələrində nailiyyətləri yüksək qiymətləndirilib
07.10.2016 [10:06]
Oktyabrın 6-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclər və idman nazirlərinin üçüncü konfransı işə başlayıb.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra “İstanbul-İslam Əməkdaşlıq Təşkilatı gənclərinin paytaxtı” və “Bakı-İslam Həmrəyliyi Oyunları” filmləri nümayiş olunub.
“Bakı-İslam Həmrəyliyi Oyunları” filmində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafını, Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq layihələr, “Bakı-2015” birinci Avropa Oyunlarını əks etdirən kadrlar konfrans iştirakçılarında ölkəmiz haqqında real təəssürat yaradıb.
“Sülh, inkişaf və həmrəylik yolunda gənclərin fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən konfransa 50-dək ölkədən nümayəndələr qatılıb. Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov daxildir.
Konfransın rəsmi açılışında Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri Abdullah bin Musaid bin Əbdüləziz Əl Səud, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç və digər rəsmi şəxslərin çıxışları dinlənilib. İslam ölkələri və müsəlman xalqları arasında həmrəyliyin vacibliyini qeyd edən natiqlər diqqətə çatdırıblar ki, bu prosesdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Əminliklə ifadə olunub ki, “Bakı-2015” Birinci Avropa Oyunlarının peşəkarlıqla başa vuraraq böyük nailiyyətlər qazanan Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil etməklə dünya idman ictimaiyyətinə, o cümlədən İslam dünyasına əlamətdar töhfə verəcək. Qeyd olunub ki, İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlər, o cümlədən İslam ölkələrinin yaxınlaşması üçün tarixi fürsət yaradacaq.
Açılışdan sonra konfrans işini Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın sədrliyi ilə davam etdirib.
Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman siyasətinin nəticələri, bu sahədə əldə olunan böyük nailiyyətlər, elm, təhsil, idman və s. sahələrdə gənclərə göstərilən dövlət qayğısı barədə geniş məlumat verib. Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan gənclər və idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanın idman ölkəsinə çevrilməsinin başlıca səbəbi dövlətin gənclər siyasətinin uğurla reallaşdırılmasıdır.
Ölkəmizdə 320 gənclər təşkilatının, eləcə də 39 Gənclər evinin fəaliyyət göstərdiyini bildirən A.Rəhimov Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərdən danışıb. Azərbaycanın idman sahəsində uğurlarından danışan nazir idmançılarımızın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq, bu göstəriciyə görə Avropada yeddinci, İslam ölkələri arasında birinci, MDB məkanından ikinci olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan daim beynəlxalq səviyyəli idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək dünyada idman ölkəsi kimi böyük nüfuz qazanıb. Azərbaycanda ötən il “Bakı-2015” birinci Avropa Oyunlarının, bu ilin iyununda Formula-1 Avropa Qran-prisinin keçirilməsi, ölkəmizin gələn il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bu uğurların bariz nümunəsidir.
Konfrans işini oktyabrın 7-də davam etdirəcək. Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF), o cümlədən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) fəaliyyəti haqqında hesabat veriləcək, İƏT-in gənclər və idman strategiyaları ilə bağlı təqdimatların keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

