Vüqar Rəhimzadə: Bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz
06.10.2016 [09:42]
Artıq uzun illərdir ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir. Lakin işğalçı Ermənistan isə hər dəfə bu danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışır. Sözügedən proses bu ilin aprelin əvvəlində cəbhə xəttində baş verən məlum hadisələrə qədər davam edirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistana, eyni zamanda, dünya ictimaiyyətinə agah oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad etməyə qadirdir və bu onun tam haqqıdır. Ancaq 4 günlük döyüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri erməni qoşunlarının Azərbaycan Ordusu qarşısında acizliyini görərək, təcili şəkildə atəşkəsin vacibliyini önə çəkdilər və hərbi əməliyyatların dayandırılmasına nail oldular. Münaqişənin “dondurulmuş” olmadığını görən həmsədrlər problemin həllində xüsusi aktivlik göstərməyə başladılar. Belə ki, danışıqlar prosesi daha da sürətləndirildi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edildi.
Artıq hər kəsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ciddi irəliləyişin əldə olunacağını gözlədiyi bir vaxtda okeanın o tayından gələn bəyanatlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Bu gün ölkəmizdə ABŞ-ın dövlət katibi Con Kerrinin “liderlər buna hazır deyillər” açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir.
Məsələyə münasibət bildirən YAP Siyası Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Con Kerrinin belə bir bəyanatla çıxış etməsi Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasına tam ziddir: “Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də “sadiq qalır”. ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri “liderlər buna hazır deyillər” açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Bəs, hər zaman insan hüquq və azadlıqlarından danışan ABŞ rəsmisini 25 ildir hüquqları pozulan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi narahat etmirmi? Və ya BMT Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri ABŞ nə üçün elə bu qurumun Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi 4 qətmanənin şərtlərinin indiyə kimi yerinə yetirilməməsinə etiraz etmir? Bəlkə bu, ABŞ-ın maraqlarına uyğun gəlmir? Bəs, hanı o məşhur demokratiya, beynəlxalq hüquq? Görəsən, bu anlayışlar nə zamana kimi yalnız bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək? Təbii ki, bu və digər suallar ölkə ictimaiyyətini narahat edir”.
Vüqar Rəhimzadə bildirib ki, Con Kerrinin erməni sevgisi, xüsusilə də bunu təsdiq edən tarixi faktlar onun bəyanatındakı gizli məqamlara aydınlıq gətirir: “Xatırladım ki, Kerrinin də daxil olduğu bir qrup senator 1990-cı il 20 yanvar hadisələri zamanı Qorbaçova müraciət edərək “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” qeyd edib. Bununla yanaşı, Kerrinin 2013-cü ildə Edvard Nalbandyanla görüşündə səsləndirdiyi “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik” fikirləri məsələnin əsl mahiyyətini ortaya qoyur. ABŞ dövlət katibinin ermənilərə simpatiyasını açıq şəkildə büruzə verən bu cür onlarla fakt sadalamaq olar. Ancaq cənab Kerri tutduğu vəzifənin məsuliyyətini, daşıdığı missiyanın əhəmiyyətini başa düşməlidir. Cənab Kerriyə xatırlatmaq lazımdır ki, onun işi işğalçıya güzəşt etmək, işğal faktına göz yummaq deyil, haqq-ədaləti bərpa etməkdir. Beynəlxalq aləmdə dövlətlər arasındakı bu cür qərəzli yanaşmalar qəbuledilməzdir. Əgər ABŞ digər dövlətlərdən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, özü ilk növbədə bu prinsiplərə əməl etməlidir”.
“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, bütün təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycan sona kimi haqlı mövqeyini müdafiə edəcək, torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: “Bütün dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Təbii ki, status-kvo qəbuledilməzdir. Şübhəsiz ki, gec-tez ədalət öz yerini tapacaq. Ancaq yaxşı olar ki, aidiyyəti beynəlxalq qurumlar və bəzi rəsmi şəxslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli, ikili yanaşmaları kənara qoyub problemin nizamlanması istiqamətində səylərini artırsınlar. Çünki bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz”.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18

