Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
01.10.2016 [12:46]
Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fransalı deputatların Bakıya səfərindən məmnunluğunu bildirən sədr son vaxtlar belə görüşlərin sayının artmasını yüksək qiymətləndirib. Bir neçə gün əvvəl Azərbaycanda mühüm siyasi tədbirin - Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun keçirildiyini deyən O.Əsədov ümumxalq səsverməsində müşahidəçi kimi iştirak edən Fransa nümayəndə heyətinin səsvermə prosesini yüksək dəyərləndirdiyini, siyasi hadisəyə obyektiv qiymət verildiyini vurğulayıb.
Milli Məclisin sədri ölkələrimiz arasında yüksək səviyyədə olan siyasi münasibətlərin həyatın digər sahələrinə də müsbət təsir göstərdiyini qeyd edərək deyib: “Ümidvaram ki, səfər çərçivəsində keçirdiyiniz görüşlər qanunverici orqanlarımız arasında da ikitərəfli əməkdaşlığın daha da inkişafına öz dəyərli töhfəsini verəcək”.
O.Əsədov bildirib ki, son illər Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə mövcud sabitliyin və təhlükəsizliyin, eləcə də iqtisadi inkişafın göstəricisidir. Dünyanın əksər hissələrində xaos, vətəndaş müharibələri getdiyi bir halda, bu gün Azərbaycanda müşahidə olunan bu təhlükəsizliyin qarantı, əlbəttə ki, Prezident İlham Əliyevdir. Heç də təsadüfi deyildir ki, sentyabrın 26-da keçirilmiş referendumda xalq öz Prezidentinə inamını bir daha təsdiqlədi.
Azərbaycan ilə Fransa arasında iqtisadi münasibətlərin inkişaf etdiyini deyən Azərbaycan parlamentinin sədri qeyd edib ki, dünyada davam edən qlobal böhrana baxmayaraq, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dollarından artıq olub. Biz Azərbaycanda fəaliyyət göstərən Fransız şirkətlərinin fəaliyyətlərini yüksək dəyərləndiririk.
“Humanitar sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi bu istiqamətdə qısa zamanda müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu yaxınlarda Fransada Azərbaycan şəhərciyi açılıb. Hər iki ölkənin 12 şəhəri arasında qardaşlaşma prosesi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir”, - deyə O.Əsədov bildirib.
O qeyd edib ki, Fransa parlamentinin bəzi deputatlarının Azərbaycan üçün həssas olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində qeyri-obyektiv mövqe tutması ölkə ictimaiyyətində müəyyən suallar doğurub. “Bütün bunlara rəğmən, xoşagəlməz hallar artıq arxada qalıb. Sevindirici haldır ki, Fransada Azərbaycanın dostlarının sayı gündən-günə artmaqdadır. Biz ədalətin gec-tez zəfər çalacağına inanırıq”, - deyə Milli Məclisin sədri əlavə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel ölkəmizə səfər çərçivəsində burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını deyib. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək dəyərləndirərək, tədbirdə müzakirə olunan məsələlərin bütün dünya siyasətçilərini düşündürdüyünü qeyd edib. Bildirib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir.
Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Cavanşir Feyziyev, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Milli Assambleyasının deputatları Fransua Seliye, Mişel Tero, Jan-Mari Tetar və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30

