/ / İlyas Umaxanov: Azərbaycan MDB-də yeni dövlət quruculuğu elementlərinin tətbiqinin ön sıralarındadır
İlyas Umaxanov: Azərbaycan MDB-də yeni dövlət quruculuğu elementlərinin tətbiqinin ön sıralarındadır
27.09.2016 [11:35]
“Bu gün Azərbaycanda ümumxalq səsverməsi (referendum) keçirilir. Referenduma hazırlığın yüksək səviyyədə olduğunu deyə bilərəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı şəhəri 29 saylı Səbail seçki dairəsinin 2 nömrəli seçki məntəqəsində səsvermənin gedişini müşahidə edən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PAA) nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.
MDB PAA missiyasının rəhbəri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov qeyd edib ki, hazırda Azərbaycanda səfərdə olan nümayəndə heyətində Şura ilə yanaşı, Dövlət Duması, habelə MDB-nin altı ölkəsi təmsil olunur. İ.Umaxanov bildirib ki, başçılıq etdiyi missiya Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparır.
İlyas Umaxanov deyib: “Referendumun yekunları barədə fikirlərimizi keçirəcəyimiz mətbuat konfransında bildirəcəyik. Lakin tam aşkardır ki, Azərbaycanda xalqın öz iradəsini ifadə etməsinin ali formasını həyata keçirmək üçün demokratiyanın və demokratik prosedurların yüksək standartları təmin edilib. Ən başlıcası, insanların öz konstitusiya hüquqlarından istifadə edə bilmələri üçün yaxşı şərait yaradılıb. İnsanların öz dövlətinə mənsub olduqlarını hiss etməsi və öz fikirlərini birbaşa, mütləq mənada azad ifadə etməsi üçün seçkilər günü qeyri-iş günü elan edilib. Səsvermənin şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Mən bunu həmkarlarımla birlikdə 29 saylı Səbail seçki dairəsinin 2 nömrəli məntəqəsində ilk saatlardan səsvermənin gedişini müşahidə edərkən gəldiyimiz qənaətə əsasən söyləyirəm. Vətəndaşların buraya gəlməsi və cəmiyyətin demokratik əsaslarının möhkəmlənməsinə yönələn dəyişikliklərə səs verməsi üçün məntəqədə hər cür şərait var.
Tam əminəm ki, Konstitusiyaya təklif olunan əlavə və düzəlişlər assosiativ xarakter daşıyır. Qərbli həmkarlar bu məqama diqqət yetirirlər. MDB ölkələri, keçmiş müttəfiq respublikalar novatorluq, demokratik inkişafın tamamilə yeni normalarını nümayiş etdirir. Bu mənada Azərbaycan Prezidenti ölkənin dövlət quruculuğuna yeni elementlər daxil edilməsinin avanqardıdır.
Müstəqilliyin 25 ili həm də fəal inkişaf deməkdir. Gənclər ölkənin siyasi həyatına fəal qoşulurlar. Bu gün gənclərə təkcə səsvermə hüququ deyil, həm də seçilmək hüququ verilməsi buna parlaq sübutdur.
Azərbaycan xalqına uğurlar diləyirəm. Mən müşahidəçi olduğum üçün referendumun yekunları barədə əvvəlcədən fikir söyləyə bilmərəm. Lakin əminəm ki, bu yekunlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış güclü bünövrəyə əsaslanaraq cəmiyyətin firavanlığına və sıx birləşməsinə xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

