Siyavuş Novruzov: Əli Kərimli növbəti mitinqdə təxribat, qarşıdurma yaratmağa cəhd edəcək
17.09.2016 [10:40]
“Cənab Prezident İlham Əliyevin də həmişə qeyd etdiyi kimi, Azərbaycan müstəqil dövlətdir və Ümummilli liderin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət xəttini ardıcıl olaraq davam etdirir. Heç şübhəsiz, ölkəmizdə gedən iqtisadi inkişaf, xalq-iqtidar birliyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin Prezidenti dəstəkləməsi bəzi xarici qüvvələri narahat edir”.
Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycanın müstəqil addımlar atdığını gördükdə isə bu xarici qüvvələr daha da aqressivləşirlər və müxtəlif təzyiq metodları seçməyə çalışırlar.
O vurğulayıb ki, Azərbaycanda böyük dövlətlərin başçılarının iştirakı ilə beynəlxalq miqyaslı tədbirlər keçirilir, regionun simasını dəyişən ciddi qərarlar qəbul edilir, müxtəlif müqavilələr imzalanır: “Bu müqavilələrin qəbul olunması, imzalanması və ümumilikdə, bütün bu işlərin təşkilatçılığını Azərbaycan öz üzərinə götürür. Təbii ki, bəzi dövlətlər, bir sıra beynəlxalq təşkilatlar onlardan soruşulmadan dünya üçün belə mühüm qərarların qəbul olunmasından narahatlıq keçirirlər və ayrı-ayrı üsullarla, xüsusilə erməni lobbisinin vasitəsilə, həm Azərbaycanın daxilində, həm də xaricdə olan satqınların, vətən xainlərinin əli ilə Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyaları həyata keçirməklə məşğuldurlar”.
S.Novruzov qeyd edib: “Elə götürək vaxtilə Azərbaycanda səfir işləmiş və ölkədə güzəştli şərtlərlə neft biznesi ilə məşğul olmaq istəyən Riçard Kozlariçi. Erməni lobbisinin quyruğu olan bu şəxs institut müəllimi işlədiyi halda, gecə-gündüz ancaq Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olur və bir dəfə də olsun Azərbaycanda qaçqınlar, məcburi köçkünlər, Xocalı faciəsi ilə bağlı məsələlərə toxunmur. O, ancaq Azərbaycana qara yaxmaqla məşğuldur və onun buradakı əlaltısı Əli Kərimli və onun dəstəsidir. Təsadüfi deyil ki, ikisi də eyni vaxtda, eyni məqsədlə hərəkətə başlayıb. Yəni erməni lobbisinin göstərişi və ayırdığı pulla Əli Kərimli burada mitinq keçirir, oğlu Vaşinqtonda çıxış edir və heç bir hüquqi əsası olmayan bir dinləmə keçirib Azərbaycanda insan hüquqları ilə və referendumla bağlı fikir söyləməyə çalışır. Əvvəla, referendum Azərbaycan xalqının iradəsidir və Azərbaycan vətəndaşları 26 sentyabrda məntəqələrə gəlib ona münasibət bildirəcək. Əli Kərimlinin hərbi xidmətdən yayınmış oğlu isə gedib Amerikada Azərbaycan xalqı adından danışır ki, xalq referenduma gəlməyəcək və yaxud xalqın səsləri saxtalaşdırılacaq. Adama deyərlər ki, sən əvvəlcə gəl vətən qarşısında borcunu yerinə yetir, sonra hər hansı siyasi proseslərə münasibət bildir. Sən başqa “vətən” qarşısında borcunu yerinə yetirirsən, erməni lobbisi qarşısında borcunu yerinə yetirirsən. Həm özün, həm atan Əli Kərimli məhz bu funksiyanı yerinə yetirirsiniz. Siz Azərbaycan xalqının problemlərinin hansı birini beynəlxalq ictimaiyyət qarşısında qaldırmısınız?! Siz hansı mənəvi haqla Azərbaycan xalqı adından fikir söyləyirsiniz?!”.
Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, bu cür dəstələrdən hər biri xarici qurumların əlində alətə çevriliblər və onlardan istifadə edərək Azərbaycana qarşı imkan düşdükcə bu və ya digər formada təzyiq göstərməyə çalışırlar: “Gücləri çatmayanda da Avropa strukturlarını və orada erməni lobbisinə xidmət edən deputatları və təbii ki, Azərbaycanın daxilində olan vətən xainlərini işə salmağa çalışırlar. Hətta belə məlumatlar var ki, “Milli şura”nın sentyabrın 17-də keçiriləcək mitinqində bunlar təxribata getməyə, qarşıdurma yaratmağa cəhd göstərəcəklər. Əli Kərimlinin tapşırığı bundan ibarətdir ki, mitinqdə mütləq qarşıdurma olmalıdır ki, bu, gələcəkdə Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilsin. Halbuki sərbəst toplaşmaq azadlığı tanınır, kütləvi aksiyaların keçirilməsi üçün hər cür şərait yaradılır, təhlükəsizlikləri təmin olunur, ancaq belə vəziyyət bunlara sərf etmir. Çünki birincisi, sosial baza, elektoratları yoxdur, ora gələn insanların böyük hissəsi pul ilə tutulmuş insanlardır, bir qrupu terrorçuların nümayəndələri, bir qrupu isə dini ekstremizmlə məşğul olan insanların qohum-əqrəbasıdır, hansılarında ki Azərbaycanın dövlət quruluşunun zorla dəyişdirilməsinə cəhd fikirləri hələ də var.
Təsadüfi deyil ki, Əli Kərimlinin müavini Nardarandakı radikal islamçılarla, köməkçisi isə terrorçu FETÖ qruplaşması ilə əlaqələrinə görə istintaqa cəlb olunur. Digər bir yaxın qohumu isə Avropadan İŞİD-i dəstəkləyən bəyanatlar verir. Bu amil bir daha sübut edir ki, siyasi səbatsız və prinsipsiz Əli Kərimli hakimiyyətə qarşı hər cür destruktiv dairələrlə əməkdaşlığa hazırdır və xaricdəki havadarları ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağı bir vəzifə kimi onun qarşısına qoyublar. 17 sentyabr mitinqi də məhz ölkədə qarışıqlıq yaratmağa xidmət edir. Bu baxımdan vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırıram”.
S.Novruzov əlavə edib ki, Azərbaycanda kim həbs olunur, kim həbsdən azad olunursa, bunlar Azərbaycanın qanunları ilə tənzimlənir: “Azərbaycanın iki vətəndaşı öz doğma torpaqlarında ermənilər tərəfindən saxlanılıb və onlarla bağlı Azərbaycan ərazisində məhkəmə şousu düzəldilib, ancaq bununla bağlı heç kimin səsi çıxmır, bir bəyanat vermirlər. Necə olur, Azərbaycanda cinayət törətmiş bir şəxsin dərhal azadlığa buraxılması tələb olunur və yaxud da hansısa qeyri-hökumət təşkilatının nümayəndəsi qrantları oğurladığına görə həbs olunanda onun azadlığa buraxılması tələb olunur. Bax budur bunların ədalətsizliyi. Azərbaycan xalqı bunu gözəl bilir və öz Prezidentinin ətrafındadır”.
S.Novruzov bildirib ki, bunların hamısı eyni mərkəzdən idarə olunur: “Cənab Prezidentin qaldırdığı məsələ düzdür, bizi haqq-ədalət yolundan heç bir şey döndərməyəcək, çünki cənab Prezident öz xalqını təmsil edir, öz xalqını müdafiə edir və imkan vermir ki, kimsə “böyük qardaş” funksiyasını həyata keçirsin və yaxud da hansısa beynəlxalq təşkilat Azərbaycana göstərişlər versin. Bizim bu amalımız dəyişməzdir, möhkəmdir”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14

