Xalq yekdilliklə “HƏ” deyəcəkdir
17.09.2016 [10:34]
Qabaqcıl dünya dövlətlərinin təcrübəsi dəqiqliklə sübut edir ki, Konstitusiya və ona dəyişikliklər bir qayda olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi reallıqlarından və gələcək davamlı inkişaf perspektivlərindən çıxış olunaraq qəbul edilir. 1995-ci ildə Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması ilə ölkədə konstitusionalizmin əsası qoyulmuşdur. İstənilən müasir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da Konstitusiya ali dəyərdir və Konstitusiya prinsipləri ictimai münasibətləri müəyyənləşdirən mərkəzi element rolunda çıxış edir. 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra ölkəmizdə ictimai-siyasi münasibətlərin real tənzimlənməsi imkanı meydana gəlmişdir. Ulu öndərin yaxından diqqəti və gərgin əməyi sayəsində Azərbaycan Respublikasının Konstitusiyası tariximizin ən yaxşı elementlərini əks etdirmişdir və müasir dövlətin ən səmərəli fəaliyyət mexanizmlərini əhatə etmişdir. Yeni Konstitusiyanın qəbulu Ulu öndərin Azərbaycan xalqı, dövlətçiliyimiz qarşısında tarixi xidmətlərindən biri idi. Belə ki, qəbul olunmuş yeni Konstitusiya Azərbaycan dövlətinin qarşısında duran bütün siyasi, iqtisadi və sosial prioritetlərə ardıcıl çatılmasını şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu məqama toxunaraq qeyd etmişdir: “Azərbaycan bu gün dinamik inkişaf edən, tələbatlarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıq və aydındır. Güclü iqtisadi əsaslar üzərində müasir siyasi sistemi formalaşdırmaq, dövlətçiliyin əsaslarını möhkəmləndirmək, azərbaycançılıq ideologiyasını genişləndirmək”.
Təbii ki, bütün bu qeyd olunanların həyata keçirilməsində işlək konstitusiyanın həlledici rolu vardır. Bildiyimiz kimi, cəmiyyətdə, qlobal miqyasda davamlı olaraq siyasi, iqtisadi, mədəni xarakterli dəyişikliklər baş verməkdədir. Belə dəyişikliklər fonunda dövlətin qarşısında duran müxtəlif xarakterli vəzifələrin səmərəli yerinə yetirilməsi üçün, təbii ki, qanunvericilik səviyyəsində də ciddi zəmin olmalıdır. Yəni dövlət orqanlarının səmərəli fəaliyyətini tənzimləyən qanunlar davamlı olaraq təkmilləşdirilməlidir. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsaslarının təkmilləşdirilməsi problemi daim diqqət mərkəzində olmuşdur. Dövlət hakimiyyətinin fəaliyyətinin səmərəliliyinin davamlı olaraq yüksəldilməsi bunu sübut edir. Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişaf etməsi, təminatlı ictimai sabitlik ölkəmizdə davamlı olaraq həyata keçirilən konstitusiya-hüquq islahatları ilə birbaşa bağlı olmuşdur. Nəzərə almaq lazımdır ki, dövlətin hərtərəfli inkişafı həm də xarici amillərdən asılıdır. Bu baxımdan, dövlətin dinamik dəyişən xarici şəraitə uyğunlaşması müvafiq hüquqi islahatların həyata keçirilməsini tələb edir. Dövlət idarəçiliyi sahəsində münasibətləri tənzimləyən əsas qanunvericilik aktları Konstitusiyada ifadə olunur. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikası kimi gənc bir dövlətdə davamı konstitusiya islahatlarının həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Zaman keçdikcə ictimai şüurda keyfiyyətcə yeni dəyərlər meydana gəlir. Bu yeni dəyərlər və cəmiyyətin siyasi və sosial-iqtisadi həyatında müşahidə olunan dərin keyfiyyət dəyişiklikləri konstitusiya islahatlarının həyata keçirilməsini zamanın tələbi kimi ortaya qoyur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, müasir cəmiyyətlərdə konstitusiyada yeni elementlərin yer alması səmərəli konstitusionalizmin əsas göstəricisi kimi qəbul olunur. Konstitusiyanın cəmiyyətin müxtəlif sahələrində baş verən dəyişikliklərə adekvatlılığı istənilən cəmiyyətin stabil və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, konstitusiya islahatları cəmiyyətin inkişafına müvafiq olaraq vacib və davamlı xarakter alır. Keyfiyyətli və müasir konstitusiya islahatları ictimai münasibətləri səmərəli tənzimləməyə imkan verir və demokratik və hüquqi dövlətin etibarlı hüquqi mexanizmlərinin formalaşmasını şərtləndirir.
Azərbaycan Respublikasında 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi - referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkəmizin siyasi və sosial-iqtisadi həyatında keyfiyyətcə yeni bir səhifənin açılmasını şərtləndirmişdir. Bu Konstitusiya islahatlarından sonra ölkəmizdə çoxsaylı yeni demokratik institutlar meydana gəldi və dinamik inkişaf etməyə başladılar. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində daha işlək və səmərəli mexanizmlərin tətbiqi üçün imkanlar əhəmiyyətli dərəcədə genişlənmişdir. Həyata keçirilən Konstitusiya islahatlarından sonra yaranmış yeni reallıqlar aydın şəkildə göstərdi ki, Azərbaycan Respublikasında Konstitusiya islahatları ölkənin proqressiv inkişafına müvafiq şəkildə aparılır və ölkənin siyasi və sosial-iqtisadi prioritetlərinə cavab verir. Mövcud vəziyyət həm də sübut edir ki, həyata keçirilmiş Konstitusiya islahatları Azərbaycanın dünya ictimaiyyətinə daha səmərəli inteqrasiyasını şərtləndirmişdir. Həyata keçirilmiş Konstitusiya islahatları dövlət idarəçiliyinin daha səmərəli olmasını təmin edəcək qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirilməsi üçün real zəmin və imkanlar yaratmışdır.
Yuxarıda nəzərdən keçirdiyimiz məqamlar və bu günümüzün reallıqları aydın göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı il iyulun 18-də imzaladığı Sərəncamla Azərbaycan Konstitusiyasına dəyişiklik təşəbbüsü ilə çıxış etməsi ölkənin daha dinamik inkişafı, sosial-iqtisadi rifahın təminatlı yüksəlişi, insan hüquqlarına hörmət prinsipinin möhkəmlənməsi istiqamətində atılmış növbəti addımlardandır. Ölkə başçısının təşəbbüslərinin təhlili göstərir ki, onlar dövlət idarəçiliyinin çevikliyini əhəmiyyətli dərəcədə artıracaqdır və ölkə qarşısında duran siyasi, iqtisadi və sosial prioritetlərə daha səmərəli çatılmasını təmin edəcəkdir. Belə ki, dünya təcrübəsi aydın sübut edir ki, vitse-prezidentlik institutu dövlət idarəçiliyinin səmərəliliyinə və çevikliyinə xidmət edən əsas amillərdən biridir. Prezidentin səlahiyyət müddətinin yeddi ilədək artırılması təcrübəsi hazırda dünya miqyasında geniş tətbiq edilməkdədir. Hesab edirik ki, ölkə Prezidentinin bu təşəbbüsü də kifayət qədər məntiqli və mütərəqqidir. Belə ki, müasir reallıq çərçivəsində, ölkəmizin hazırkı dinamik inkişafı mərhələsində qarşıda duran böyük ideyaların reallaşdırılması üçün Prezidentin səlahiyyət müddətinin artırılması zamanın tələbi kimi nəzərdən keçirilməlidir. Qeyd etdiklərimiz və Konstitusiyaya edilməsi nəzərdə tutulmuş bütün digər dəyişikliklər ölkəmizin inkişaf dinamikasının və həyata keçirilməsi planlaşdırılan müxtəlif xarakterli miqyaslı islahatların tələblərindən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin əvvəlində 2016-cı ildə dərin islahatların həyata keçiriləcəyinin anonsunu vermişdir. Təbii ki, ölkə Prezidenti hər şeydən öncə xalqın sosial-iqtisadi rifahının daha da yüksəldilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını, ümumiyyətlə, ölkənin hərtərəfli dinamik inkişafını şərtləndirəcək islahatların həyata keçirilməsini nəzərdə tuturdu. Ötən 6 ay müddətində bu istiqamətdə təsirli addımların atıldığı göz önündədir. Ölkədəki dayanıqlı inkişafı saxlamaq, cəmiyyətdə gedən müxtəlif xarakterli dəyişikliklərə dinamik uyğunlaşacaq dövlət idarəetmə modelinin mövcudluğunu təmin etmək üçün Konstitusiya islahatlarını həyata keçirmək olduqca vacibdir. Ümumiyyətlə, əminliklə söyləmək olar ki, Azərbaycan Konstitusiyasına bundan əvvəl də edilmiş dəyişikliklər dövlətçiliyimizin möhkəmləndirilməsi, əldə olunmuş sosial-iqtisadi uğurların arealının əhəmiyyətli dərəcədə genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində təsirli addımların atılmasını şərtləndirmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə Konstitusiya islahatları həyata keçirilən zaman mütərəqqi beynəlxalq təcrübədən çıxış olunur. Yeni islahatlar hər şeydən öncə Azərbaycan Respublikasında icra hakimiyyəti strukturunda zamanın və ölkənin dinamik inkişafının tələblərinə cavab verəcək institusional dəyişiklikləri təmin edəcəkdir.
Dünyanın qabaqcıl təcrübəsi sübut edir ki, vitse-prezidentlik institutu daha çevik dövlət idarəçiliyi sisteminin yaradılması, dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi baxımından olduqca səmərəli və zəruridir. Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar vitse-prezidentlik institutunun yaradılmasını zamanın tələbi kimi qoymuşdur. Ölkə Prezidenti İlham Əliyev cənabları davamlı olaraq ciddi iqtisadi islahatlar təşəbbüsləri ilə çıxış edir və onların reallaşdırılmasına birbaşa rəhbərlik edir. Hesab edirik ki, vitse-prezidentlik institutunun yaradılması bu istiqamətdə yeni bir səhifənin açılmasını şərtləndirəcəkdir. Belə ki, ölkədə dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Prezidentin müvafiq qərarlarının dəqiqliklə yerinə yetirilməsi, qoyulan vəzifələrə və tapşırıqlara daha peşəkar yanaşmanın təmin edilməsi baxımından vitse-prezidentlik institutunun kifayət qədər təsirli rolu olacaqdır. Vitse-prezidentlik institutunun təsis edilməsində başlıca məqsəd ölkədə daha təkmil, dinamik idarəetmənin təmin edilməsindən ibarətdir. Bu institutun təsis edilməsindən sonra Azərbaycan Respublikası dünya iqtisadiyyatında öz ciddi yerini və rolunu daha qətiyyətlə qorumaq imkanları əldə edəcəkdir. İcra hakimiyyəti sisteminin funksionallığı nəzərəçarpacaq dərəcədə artacaqdır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan bütün dəyişikliklər mütərəqqi dünya təcrübəsi ilə tam uzlaşır və ölkədə yeni hərtərəfli inkişaf səhifəsinin açılmasına xidmət edəcəkdir. Məsələn, bildiyimiz kimi, dünyanın əksər inkişaf etmiş ölkələrində prezidentin parlamenti buraxmaq səlahiyyəti dəqiq təsbit olunmuşdur. Yaxud Azərbaycan Respublikasının Prezidentinin silahlı birləşmələrin də Ali Baş Komandanı olması NATO standartlarına tam cavab verir. Prezidentin səlahiyyət müddətinin uzadılması son dövrlər dünya təcrübəsində geniş tətbiq olunmaqdadır. Azərbaycan Respublikasında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması digər pozitiv tərəfləri ilə yanaşı, milli iqtisadiyyatın daha yüksək templə inkişafını təmin edəcək uzunmüddətli dərin islahatların həyata keçirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bütün bunlar aydın şəkildə sübut edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklər kifayət qədər mütərəqqidir və ölkənin daha dinamik və davamlı inkişafına xidmət edəcəkdir.
Xüsusi vurğulamaq lazımdır ki, təklif olunan dəyişikliklərin əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlıdır. Diqqəti cəlb edən əsas məqamlardan biri də ondan ibarətdir ki, təklif olunan dəyişikliklər dövlət orqanlarının vətəndaşlarla münasibətdə daha həssas olmalarını təmin edəcəkdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinə aşağıdakı hissələrin əlavə edilməsi nəzərdə tutulur:
- Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır;
- Dövlət, dövlət qulluqçuları ilə birlikdə dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
Yuxarıda qeyd etdiyimiz müddəanın bələdiyyələrə də şamil olunmasını təmin edəcək müvafiq maddənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Bu məqamlar bir daha sübut edir ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması sisteminin davamlı olaraq təkmilləşdirilməsi dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Həqiqətən də, dəyişikliklərin əsas bloku insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə hesablanmışdır.
Göründüyü kimi, ölkənin hərtərəfli davamlı inkişafı istiqamətində daha səmərəli addımların atılması və daha ciddi keyfiyyət nəticələrinin əldə edilməsi üçün müvafiq konstitusiya islahatlarının aparılması bir zərurətdir və bu zərurət zamanın tələbindən irəli gəlir. Bütün bu qeyd etdiklərimizə söykənərək əminliklə vurğulaya bilərik ki, 2016-cı il sentyabr ayının 26-da xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə yekdilliklə “HƏ” deyəcəkdir.
Elşad Mirbəşir oğlu
AMEA-nın Hüquq və İnsan Haqları
İnstitutunun AR Prezidentinin Sərəncamlarının icrası üzrə analitik
söbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında
DİA-nın dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

