Azərbaycan ilə Almaniya arasında iki saziş imzalanıb
08.09.2016 [10:00]
Sentyabrın 7-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə maliyyələşdirmə sazişi və xüsusi razılaşma sazışi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişləri Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Almaniya tərəfdən isə KfW Bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vittin imzalayıblar.
Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökumətinin Almaniya ilə əməkdaşlığa önəm verdiyini deyib. Baş nazirin müavini Almaniya hökuməti və KfW Bankı tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, bu layihənin əsas məqsədi regionda ilk biosfer rezervatın yaradılması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi, Zaqatala qoruğunun infrastrukturunun gücləndirilməsi, təbiətin mühafizə tədbirlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasıdır. Qrant 2013-cü il noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında 2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə Maliyyə Əməkdaşlığı haqqında Saziş”ə əsasən ayrılıb. Bu il başlanması, 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan layihənin ümumi dəyəri 4,5 milyon avro, qrantın məbləği isə 4 milyon avrodur.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkələrimiz arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və əməkdaşlığın uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb. Birgə həyata keçirilən layihələrin vacibliyini qeyd edən səfir çirkab suların təmizlənməsinin ən vacib və aktual məsələ olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində zonalaşma aparılması və burada müvafiq zonaların, o cümlədən turizm zonalarının müəyyən olunması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi ilə bölgəyə olan turizm axını dəfələrlə artacaq, yeni iş yerləri açılacaq, kənd yaşıl turizmi inkişaf edəcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun ətraf ərazilərində yerləşən kəndlərə ayrılacaq maliyyə yardımı bölgənin iqtisadi cəhətdən inkişafına təkan verəcək.
Tədbirdə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin vəziyyəti və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər, eləcə də maliyyələşmə məsələləri müzakirə edilib.
“II Açıq kommunal infrastruktur proqramı” layihəsi üzrə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Layihənin birinci mərhələsində Gəncə və Şəki şəhərlərində su mənbələrinin bərpası, magistral xətlərin və su anbarlarının tikintisi həyata keçirilib.
Layihənin icrası tam başa çatdıqdan sonra hər iki şəhərdə ümumilikdə 500 min sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

