Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Küveytin “Əl-Nahar” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc olunub

Küveytin “Əl-Nahar” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc olunub

27.08.2016 [10:17]

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində və bu qəzetin elektron səhifəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, jurnalist Samira Frimeçenin müəllifi olduğu məqalədə Mehriban Əliyevanın həyatı, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdən söhbət açılır. Müəllif, həmçinin birinci xanım Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanılmasında və dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.
Bununla yanaşı, məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Küveyt Dövləti Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən Fəxri diplomla təltif edildiyi də vurğulanıb.

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30