Əli Kərimlinin Fətullah Gülən şəbəkəsi ilə əlaqələrinə dair yeni faktlar
18.08.2016 [11:28]
FETÖ üzvləri Azərbaycanda dini-ekstremist planlarını həyata keçirmək məqsədilə radikal müxalifət düşərgəsində yer alan qüvvələrin, o cümlədən də AXCP-nin xidmətlərindən geniş istifadə edib
İyulun 15-də Türkiyədəki hərbi çevriliş cəhdinin üstündən zaman ötdükcə sular daha da durulur. Artıq xaricdəki və daxildəki müəyyən qüvvələrin Türkiyənin xalq tərəfindən dəstəklənən konstitusion hakimiyyətini Fətullah Gülənin rəhbərliyi altında silahlı yolla devirmək planını reallaşdırmaq istədikləri təkzibolunmaz faktlarla təsdiqini tapıb. Məlum olub ki, əlbir şəkildə fəaliyyət göstərən bu şəbəkənin əsas məqsədi qardaş ölkədə milli maraqlardan uzaq, yalnız qanuni hakimiyyətin devrilməsini dəstəkləyən daxili və xarici qüvvələrin korporativ maraqlarına xidmət edən marionet hakimiyyət yaratmaq olub.
15 iyul hadisələrindən zaman ötdükcə, bir sıra digər məqamlara da aydınlıq gəlməyə başlayıb. Məlum olub ki, xaricdəki bir sıra ekstremist-terrorçu qruplaşmalar, bundan başqa Azərbaycanın siyasi düşərgəsinin autsayderləri sırasında yer alan radikal müxalifət düşərgəsinin bəzi təmsilçiləri də Fətullah Gülən şəbəkəsi ilə bu və ya digər şəkildə əlaqədə olublar. Bu sırada AXCP-nin sədri Əli Kərimlinin adı xüsusilə hallanır. Qeyd edək ki, bəhs olunan xüsusda, yəni xarici qüvvələrin, o cümlədən də Azərbaycanın radikal müxalifət düşərgəsinin bəlli siması Əli Kərimlinin qarşılıqlı maraqlar müqabilində fətullahçılara rəğbət nümayiş etdirmələrinə, onlara əl uzatmalarına aid mətbuatda yetərincə məlumatlar yayılıb.
Maraqlıdır ki, gülənçi şəbəkə nəzarətlərində olan dövri nəşrləri Ə.Kərimlinin və onun yandaşlarının “ixtiyarına” vermişdi. Ə.Kərimlinin fətullahçıların nəzarətində olan “Kurultay” nəşrinin baş redaktoru, F.Gülənin yaxın adamlarından sayılan Aydın Taşla xüsusi əlaqələri var. Ə.Kərimlinin yaxın tərəfdaşı Qənimət Zahid məhz “Kurultay” nəşrinin səhifələrində xalqı itaətsizliyə, eləcə də çevrilişə səsləyirdi. Nəşrdə yer alan məqalələrin əksəriyyəti isə Ə.Kərimlinin başqa bir adamı - Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxırdı. Bu dərgi Ə.Kərimliyə də tez-tez tribuna verirdi. Bütün bunlar Fətullah Gülən-Aydın Taş-Əli Kərimli üçbucağı barədə konkret təsəvvür yaradır.
Aydın Taş fətullahçı telekanallarla əlaqələrini etiraf etdi
Düzdür, Aydın Taş cidd-cəhdlə iz azdırmağa və özünün Fətullah Gülən şəbəkəsindən uzaqda olduğunu təlqin etməyə çalışır. Lakin Aydın Taşın “Kurultay” nəşrinə son açıqlamalarını onun fətullahçı şəbəkə ilə əlaqələrinin etirafı kimi dəyərləndirmək mümkündür. Belə ki, nəşrə verdiyi açıqlamasında Aydın Taş AXCP-nin nəzarətində olan “Azadlıq” qəzetinin Türkiyə təmsilçisi olduğunu və Əli Kərimlinin yaxın tərəfdarlarından biri olan Qənimət Zahidin “Azərbaycan saatı” verilişinin Türkiyə telekanallarında koordinatorluğunu həyata keçirdiyini bildirib. Xatırladaq ki, Qənimət Zahidin şər-böhtan üzərində qurulan “Azərbaycan saatı” verilişi əsasən Türkiyənin Fətullah Gülənə yaxınlığı ilə tanınan “Barış TV” və “Can Ərzincan” kanallarında yayımlanıb. Və bəhs olunan telekanallar qardaş ölkədəki məlum hadisələrdən sonra Türkiyə hakimiyyəti tərəfindən qapadılıb. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Yəni Aydın Taşın Fətullah Gülən şəbəkəsinin nəzarətində olan telekanallarda “Azərbaycan saatı”nın koordinatorluğunu həyata keçirməsi bütün suallara və bu şəxsin kimlərlə əlaqədə olduğuna tam mənada aydınlıq gətirir.
Əsl millətçi kimdir və yaxud Əli Kərimlinin gerçək siması
Bundan başqa bəhs olunan açıqlamada Aydın Taş özünü millətçi qiyafəsində təqdim etməyə çalışıb. Lakin Aydın Taşın MHP-dən qovulanlara dəstək verməsi, həmçinin Əli Kərimliyə dəstək ifadə etməsi və sonuncunu “Elçibəy yolu ilə gedən müxalifətçi” kimi təqdim etməsi onun necə bir “milliyyətçi” olduğuna aydınlıq gətirir. Əvvəla Aydın Taşın mərhum Elçibəyin kölgəsində böyütməyə çalışdığı Əli Kərimlinin xisləti Azərbaycanda hər kəsə yaxşı məlumdur. Təkcə belə bir faktı xatırlatmaq yerinə düşər ki, Əli Kərimli ilk olaraq məhz öz müəllimi Elçibəyə xəyanət edib, onun yaratdığı AXC-ni parçalayıb. Eyni zamanda, AXCP-nin indi özünü müdafiə etmək üçün MHP-nin adını hallandırması da blefdən başqa bir şey deyil. Çünki Türkiyənin həqiqi MHP-çi-ülküçü qrupları Ə.Kərimlini Əbülfəz Elçibəyə xəyanət etmiş şəxs kimi tanıyır. Digər tərəfdən, “Ərgənəkon” əməliyyatı zamanı Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-nin nəzarətindəki ənənəvi və yeni media vasitələrində Gülənə dəstək verilməsi, Azərbaycan iqtidarının ayrı-ayrı aparıcı simalarını ərgənəkonçu kimi təqdim edilməsi də MHP-çilər tərəfindən unudulmayıb. Bütün bunların müqabilində Aydın Taşın belə xislətə malik birisini milliyyətçilərlə eyni cərgədə tutması hansı mətləblərdən xəbər verir?
Digər tərəfdən Aydın Taşın ciddi-cəhdlə müdafiə etdiyi Əli Kərimlinin Fətullah Gülən şəbəkəsi ilə əlaqələrinə dair çoxlu məlumatlar var. Məlumdur ki, FETÖ üzvləri yayıldıqları ölkələrdə hər zaman müxalfəti öz təsir dairələrinə salmağa maraqlı olublar və bu sırada ölkəmizdəki radikal müxalifət düşərgəsində yer alan Əli Kərimli də olub. Müstəqil araşdırmaçılar qeyd edirlər ki, Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. FETÖ Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb. 2005-ci ildə Azərbaycanda hazırlanan çevriliş cəhdinin müəlliflərindən biri FETÖ olub. Bu məqsədlə də Rəsul Quliyev-Əli Kərimli-Fərhad Əliyev qruplaşmasına dəstək verib, “narıncı inqilab”ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynayıb. Eyni zamanda, Azərbaycan hökuməti hələ 2005-ci ildə Gülən məktəblərinin bağlanmasına təşəbbüs göstərib, lakin Türkiyənin ozamankı siyasi rəhbərliyindəki müəyyən şəxslər bu təşəbbüsə qarşı çıxmışlar. Maraqlıdır ki, həm 2005, həm də 2014-cü ildə FETÖ-yə aid məktəblərin bağlanması məsələsinə Əli Kərimli və tərəfdarları ciddi etiraz ediblər.
Bir sözlə, Aydın Taşın milliyyətçi qiyafəsində təqdim etməyə çalışdığı Əli Kərimlinin FETÖ ilə əlaqələrini təsdiqləyən belə faktların siyahısı kifayət qədər uzundur. Və burada Azərbaycanın məşhur bir atalar məsəlini Aydın Taşa xatırlatmaq istərdik: Dostunu mənə göstər, deyim, sən kimsən.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

