Əli Kərimli gülənçi şəbəkə ilə işbirliyindədir
17.08.2016 [16:58]
Fətullah Gülənin yaxın adamları tərəfindən maliyyələşdirilən AXCP sədri “Azadlıq” qəzetində gülənçi təbliğatla məşğul olub
İyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdinin baş tutmaması bir sıra qaranlıqların üzərinə işıq salmış oldu. Fətullah Gülənin rəhbərliyi altında fəaliyyət göstərən terrorçu qruplaşma axır ki, əsl simasını ortaya qoydu. Məlum oldu ki, şəbəkələşmiş şəkildə fəaliyyət göstərən bu qruplaşmanın əsas məqsədi Türkiyə dövlətinin xalqın iradəsi əsasında seçilmiş konstitusion hakimiyyətini devirmək, yerində məhz bu çevrilişi dəstəkləyənlərin şəxsi maraqlarına xidmət göstərən oyuncaq hakimiyyət qurmaq olub. Bu çevriliş cəhdinin boşa çıxması, daha dəqiq desək, Türkiyə xalqının öz dövlətinə, dövlət maraqlarını qoruyan hakimiyyətinə sahib çıxması terrorçuların arzularını puça çıxardı.
Türkiyədə hərbi çevriliş cəhdinə ilk etiraz edən Azərbaycan dövləti oldu
Təbii ki, qardaş ölkədə baş verənlər Azərbaycanda da diqqətlə və narahatlıqla izlənilməkdəydi. Türkiyədə hərbi çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət məhz Azərbaycan Respublikası oldu. Azərbaycan Xarici İşlər Nazirliyi çevriliş cəhdindən dərhal sonra bəyanat verərək rəsmi Bakının Türkiyə xalqı və dövlətinin yanında olduğunu bildirmişdi.
Çevriliş cəhdinin ertəsi günü - iyulun 16-da KİV-ə açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirmişdi.
Eləcə də, Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etmişdi. Azərbaycan dövlətinin başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayaraq, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirmişdi.
İyulun 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdi. Dövlətimizin başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirmişdi ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident Rəcəb Tayyib Ərdoğan isə Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirmişdi.
Vurğulayaq ki, Azərbaycan iqtidarının qəti və birmənalı mövqeyi Türkiyənin hökumət və dövlət rəsmiləri, eləcə də Türkiyənin Bakıdakı səfiri tərəfindən dəfələrlə təqdir edilib.
Əslində, Türkiyədəki hərbi çevriliş cəhdi zamanı Azərbaycan iqtidarının nümayiş etdirdiyi mövqeyi təsadüfən xatırlatmadıq. Təəssüfləndirici haldır ki, ölkə iqtidarının birmənalı mövqeyi, siyasi palitramızın bütün seqmentləri tərəfindən bölüşülmədi. Yəni bir sıra partiyalar həmin dövrdə gözləmə mövqeyi tutmağa və ya “ikibaşlı” sözlərlə özlərini prosesdən kənarda saxlamağa üstünlük verdilər. Əslində, onlar həmin dövrdə yaşanan qarışıqlığın hansı nəticələrlə sonuclanacağını gözləyirdi və hətta ürəklərində terrorçuların qələbəsinə hələ də ümid edirdilər. Sevindirici haldır ki, Türkiyə xalqı öz qətiyyəti ilə belələrinin də arzularını puça çevirdi.
Sirr deyil ki, qiyamçılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirmək planlarını həyata keçirə bilsəydilər, adıçəkilən gülənçi terror şəbəkəsi Azərbaycana qarşı geniş mübarizə cəbhəsi açacaqdı. Hətta Türkiyənin Baş naziri və xarici işlər naziri də açıq mətnlə bildirirlər ki, gülənçilər Azərbaycanda da çevriliş hazırlayırmışlar. Belə demək mümkündürsə, Gülən və onun terror şəbəkəsinin Türkiyədəki iflası Azərbaycandakı Fətullah Gülən yaxınlarını da qəmə-qüssəyə düçar etdi...
Əli Kərimlinin fətullahçı terror şəbəkəsi ilə əlaqələri haqqındakı faktlar bir daha göstərir ki, o, terrorçularla işbirliyindədir
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda gülənçiliyin sosial bazası olmadığından bu rolu ənənəvi radikal müxalifət, daha dəqiq desək, AXCP yerinə yetirməyə “üstlənibmiş”. Əli Kərimlinin rəhbərliyi altında fəaliyyət göstərən bu partiya ilə fətullahçılar arasındakı əlaqələrə dair isə kifayət qədər faktlar mövcuddur. Əslində, Ə.Kərimlinin radikal dini qruplaşmalar, terror dəstələri ilə gizli əlaqələrinin olması ilə bağlı vaxtaşırı informasiyalar səslənir və AXCP sədrinin özü də “imkan düşdükcə” ifşa olunan həmin radikal birliklərə bağlılığını, onlarla işbirliyində olmasını təsdiqləyir. Bu dəfə də analoji mənzərə ilə qarşı-qarşıyayıq. Ə.Kərimlinin fətullahçı terror şəbəkəsi ilə əlaqələri haqqındakı faktlar bir daha göstərir ki, özünü “demokrat” kimi tanıtmağa çalışan Ə.Kərimli birmənalı şəkildə terroru dəstəkləyən, terrorçularla işbirliyində olan birisidir...
Fətullah Gülən Əli Kərimliyə “Barış TV”də “yaşıl işıq” yandırdı...
Əli Kərimli-Fətullah Gülən işbirliyinin ən əsas sübutlarından biri AXCP sədrinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin onlarla əməkdaşlığıdır. Belə ki, Q.Zahidin “Azərbaycan saatı” adlı şər-böhtan kapaniyası aparan verlişi Türkiyənin “Barış TV” kanalının tezliyindən yayımlanırdı. Dövlət çevrilişi cəhdindən dərhal sonra isə Türkiyə hakimiyyəti “Barış TV”ni Fətullah Gülənin qruplaşmasının nəzarətində olan bir çox KİV-lərlə birlikdə bağladı. Ə.Kərimlinin, eləcə də onun yaxın tərəfdaşı Q.Zahidin məhz gülənçi qruplaşmanın nəzarətində olan televiziyada “peyda” olması isə təsadüfi sayıla bilməzdi. Çünki F.Gülən yaxından tanımadığı, onunla işbirliyində olmayan birisinə nəzarətində olan televiziyada “təsadüfən” “yaşıl işıq” yandırmazdı...
Ə.Kərimli Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıclının vasitəsilə maddi yardım əldə edirmiş
Maraqlıdır ki, gülənçi şəbəkə nəzarətlərində olan televiziyalarla yanaşı, dövri nəşrləri də Ə.Kərimlinin və onun yandaşlarının “ixtiyarına” vermişdi. Belə ki, “Barış TV” ilə yanaşı, Ə.Kərimliyə fətullahçıların nəzarətində olan “Kurultay” nəşrindən də istifadə etməyə ixtiyar verilmişdi. Nəşrin baş redaktoru, F.Gülənin yaxın adamlarından sayılan Aydın Taşla isə Ə.Kərimlinin xüsusi əlaqələri var idi. Təsadüfi deyildi ki, məhz bu nəşrin az qala hər nömrəsində Azərbaycan iqtidarının ünvanına yalan, böhtan xarakterli çirkin cızma-qaralar yer alırdı. Ə.Kərimlinin yandaşı Qənimət Zahid məhz “Kurultay” nəşrinin səhifələrində xalqı itaətsizliyə, eləcə də çevrilişə səsləyirdi. Nəşrdə yer alan məqalələrin əksəriyyəti isə Ə.Kərimlinin başqa bir adamı - Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxırdı. Bu dərgi Ə.Kərimliyə də tez-tez tribuna verirdi. Digər tərəfdən, Ə.Kərimlinin yaxın əlaqəsi olduğu A.Taş isə bunun qarşılığında həm də “Azadlıq” qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini yerinə yetirir.
Fətullahçılarla Ə.Kərimli arasındakı maddi bağlar da olduqca böyük maraq doğurur. Belə ki, mediada yer almış məlumatlara görə, Ə.Kərimli Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıclının vasitəsilə pul yardımlarını əldə edirmiş.
AXCP sədri “NİDA” təşkilatını gizli gülənçiliyə yönləndirdi
Bütün bunların qarşılığında Ə.Kərimli və onun ətrafındakılar da gülənçi şəbəkəyə xidmət göstəriblər. Məsələn, 2013-cü ildə “NİDA” adlı təşkilatın rəhbərlərinin həbsindən sonra bu qruplaşma AXCP-nin təsiri altına keçib. Qəribədir ki, bundan sonra qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib. Bütün bunlar isə məhz Ə.Kərimlinin göstərişi və istəyi ilə həyata keçirdi. Belə demək mümkündürsə, Ə.Kərimli Türkiyədə ona yardımlar göstərən, eləcə də maddi dəstək verən gülənçi şəbəkəyə Azərbaycanda tərəfdar yığmaq üçün bütün gücünü səfərbər edir, hətta nəzarətindəki gəncləri də bu istiqamətə yönləndirirdi.
“Azadlıq” qəzeti gülənçilərin əsas təbliğat ruporuna çevrilib
Qeyd etmək lazımdır ki, Ə.Kərimli ilə gülənçi şəbəkə arasındakı işbirliyinin əsas komponentlərindən biri də məhz AXCP sədrinin nəzarətində olan “Azadlıq” qəzetidir. “Azadlıq” qəzetinin son aylar çıxmış nüsxələrinin monitorinqi və Əli Kərimlinin tərəfdarlarının sosial şəbəkələrdəki fəaliyyətinin təhlili göstərir ki, bu şəbəkə Türkiyədəki çevrilişə hazırlıq üçün müəyyən sifarişləri belə yerinə yetirirmişlər. Belə ki, bu ilin əvvəllərində ABŞ mediasında Fətullah Gülənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirməyə çağıran yazıları, fikirləri işıq üzü görəndən sonra “kərimovçu şəbəkə” də analoji fəaliyyətə başlayıb. Ərdoğan əleyhinə kampaniyaya başlayaraq onun barəsində ictimai rəyin mənfiyə doğru dəyişməsinə “töhfə” verməyə çalışıblar. Bundan başqa, Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov, Vüqar Niftiyev və digərləri Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər. Ə.Kərimlinin mətbuat katibi Natiq Ədilov sosial şəbəkələrdə “gülənçi qardaşlarına” dəstək belə nümayiş etdirib: “Məxməri islam”ın iki mükəmməl modeli - Misirdə “Müsəlman qardaşları”, Türkiyədə - Gülən camaatı. Təəssüf ki, hər iki müsəlman qardaşlarımızı terrorçu elan etdilər”.
N.Ədilovun digər qeydində isə Bakıda gülənçilərə qarşı mübarizə və terrorçu şəbəkənin nəzarətində olan bir sıra yerlərin ifşası pislənir: “Fətullah Gülən məktəblərini üç ölkə bağlayıb: Somali, İordaniya və Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!”.
Əli Kərimli hər zaman terror qruplaşmaları ilə işbirliyində maraqlı olub
Qeyd edək ki, 2003-cü il prezident seçkiləri və 2005-ci il parlament seçkilərindən sonra “Yaşasın Bin Laden” manşeti ilə qəzet çıxaran, Azərbaycanda siyasi İslamın təbliği üçün rupora çevrilmiş “Azadlıq” qəzetinin sahibi olan AXCP 1 il əvvəl Nardaranda mənzillənmiş bir qrup radikal dindarın silahlı üsyan cəhdini də dəstəkləmişdi. Belə ki, ötən il Nardaran qəsəbəsində polisə silahlı müqavimət göstərən “Müsəlman Birliyi Hərəkatı” adlı terrorçu dəstənin əməllərinə haqq qazandırmağa çalışan Əli Kərimli bir daha öz siyasi kimliyini, şəxsi mənfəətləri uğruna terrorçularla da əlbir olmağa müntəzir dayandığını ortaya qoymuşdu. Əli Kərimli, eləcə də onun nəzarətində olan media vasitələri terrorçuları müdafiə etməklə yetinmədi, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə də “bəraət qazandırmağa” çalışdı. Bu isə həmin şəxslərin hansı mənəviyyata sahib olduqlarının bariz nümunəsidir.
Bəli, bütün bu faktlar bir daha göstərir ki, AXCP artıq ideoloji simasını itirmiş, milli mənafeləri düşünməyən, sədrinin merkantil məqsədlərinə çatmaq üçün hamı ilə müttəfiqliyə hazır olan antimilli qüvvəyə çevrilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

