Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Biz istənilən mövzuda istənilən siyasi təşkilatla dialoq aparmağa hazırıq"

"Biz istənilən mövzuda istənilən siyasi təşkilatla dialoq aparmağa hazırıq"

15.05.2009 [14:10]

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində dialoq mühiti var və siyasi partiyalar arasında da dialoq təcrübəsi mövcuddur: “Qondarma “erməni soyqırımı” məsələsi ərəfəsində - aprelin 23-də YAP-ın təşəbbüsü ilə Quba şəhərində konfrans keçirildi və burada YAP-la birlikdə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri, rəhbərləri iştirak etdilər. Bunun özü Azərbaycanda siyasi partiyalar arasında dialoq mühitinin olmasının ən bariz göstəricisidir. Eyni zamanda vaxtaşırı televiziyalarda, mətbuatda, radioda mükalimələr keçirilir və bu da dialoqdur. Yəni dialoq nədir? Dialoq bu və ya digər mövzu ətrafında fikir mübadiləsinin aparılması, müzakirələrin açılmasıdır. Hazırda belə müzakirələr var. Ona görə də xüsusi olaraq dialoq adı altında hansısa məsələlərin ictimai rəyə, ictimai-siyasi dövriyyəyə gətirilməsi bir qədər məntiqsizdir”.

Paylaş:
Baxılıb: 1244 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31