Konstitusiyaya təklif edilən dəyişikliklər mütərəqqi xarakter daşıyır
26.07.2016 [09:50]
Ekspertlər bu dəyişikliklərin ölkəmizdə siyasi, iqtisadi islahatların daha da dərinləşməsinə, hüquq və azadlıqların möhkəmlənməsinə töhfə verəcəyini bildirirlər
Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib.
İyulun 25-də isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün iyulun 18-də təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib.
Qəzetimizə açıqlamasında təklif olunan dəyişikliklərə münasibət bildirən millət vəkili Azər Badamov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul olunan zaman o dövrün çox mühüm bir nailiyyəti idi: “Onun normativ müddəaları, bir tərəfdən, keçmiş cəmiyyətin, totalitar quruluşun ayrı-ayrı mənfi tendensiyalarını inkar edərək yerində yeni müstəqil dövləti qurmağa imkan verirdisə, digər tərəfdən, zaman keçdikcə bəzi təkmilləşdirmələrə ehtiyac yaranır. Təklif olunan əlavə və dəyişikliklər müasir zamanın qlobal çağırışları ilə səsləşir. Bu gün dünyada gedən iqtisadi, siyasi proseslərdə mühüm yeniliklər müşahidə olunur. Azərbaycan artıq dünyanın aparıcı aktorları ilə eyni sırada durur və yerləşdiyi regionun əsas dövlətinə çevrilib. Bu gün müəyyən yeni tələblər meydana çıxır ki, bunlar öz həllini tapmalıdır”.
Digər tərəfdən, idarəetmədə yeni dövrün tələblərinin, çağırışlarının olduğunu önə çəkən A.Badamov operativliyin, çevikliyin daha da artırılmasının idarəetmədə daha müsbət çalarlar yarada biləcəyini söyləyib. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, irəli sürülən təkliflərin mühüm əksəriyyəti hüquqi xarakterlidir və idarəçiliklə bağlıdır: “Bu əlavə və dəyişikliklər Konstitusiyanın təkmilləşdirilməsinə, dövlət quruculuğunun əsaslarının möhkəmləndirilməsinə, vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsinə, onun ən ali sənəddə nəzərə alınmasına, həmçinin idarəetmənin effektivliyinin daha da artırılmasına xidmət edir. Nəzərə almaq gərəkdir ki, zaman dəyişdikcə bir sıra qanunlarda, müddəalarda yeniliklərin edilməsi vacib xarakter daşıyır”.
Millət vəkili Dilarə Cəbrayılova isə bildirib ki, hazırkı Konstitusiya 1995-ci ildə qəbul olunub və iki dəfə referendum yolu ilə əsas qanuna bir sıra dəyişikliklər edilib. Onun sözlərinə görə, 2002-ci və 2009-cu ildə Konstitusiyaya mühüm dəyişikliklər olunub: “Həmin vaxtlarda Azərbaycan xalqı bu dəyişiklikləri birmənalı olaraq dəstəklədi. Amma inkişaf davam etdikcə yeni dəyişikliklər üçün də zərurət yaranır. Bu dövr ərzində Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunub, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib”.
Millət vəkili deyib ki, zaman keçdikcə ölkənin hərtərəfli inkişafı üçün aparılan islahatların daha da dərinləşdirilməsinə ehtiyac yaranır. Onun sözlərinə görə, Referendum Aktı layihəsində dövlətin idarə olunmasının təkmilləşdirilməsini, ölkədə demokratiyanın daha da inkişaf etdirilməsini nəzərdə tutan dəyişikliklər əks olunub: “İnanırıq ki, Azərbaycan xalqı referendumda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktını dəstəkləyəcək, dövlətin daha da müasirləşməsi, ölkənin sürətli inkişafı üçün islahatlar aparılmasına geniş şərait yaranacaq və Azərbaycan bütün sahələrdə daha sürətli inkişafa nail olacaq. Azərbaycan xalqı dövlətimizin möhkəmlənməsi üçün atılan addımları hər zaman dəstəkləyir və bu dəfə də belə olacaq”.
Millət vəkili Tahir Mirkişili bildirib ki, iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığımız uğurların əsasında Prezident İlham Əliyevin apardığı siyasi kurs dayanır. İstər iqtisadi, istərsə də siyasi sahədə aparılan islahatların daim inkişafa xidmət göstərdiyini qeyd edən T.Mirkişili həyata keçirilən islahatların ardıcıl və kompleks xarakter daşıdığını önə çəkib: “İlk növbədə, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər ölkəmizdə demokratik inkişaf yolunda atılan mühüm addımlardan biridir. Ölkəmizdə təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını şərtləndirir. Həyata keçirilməsi nəzərdə tutulan bu islahatlar Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacaq. Çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verəcək. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, bu cür islahatlar həm də Azərbaycanın siyasi hüquqi sisteminin inkişafı baxımından spesifik əhəmiyyət kəsb edəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17

