Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nitsada törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi Fransanın Azərbaycandakı səfirliyində anılıb

Nitsada törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi Fransanın Azərbaycandakı səfirliyində anılıb

19.07.2016 [10:01]

Fransanın Nitsa şəhərində törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
İyulun 18-də Azərbaycanın maliyyə naziri Samir Şərifov səfirliyə gələrək Fransa xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.
Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Azərbaycan dövlətinə və xalqına dəstəyə və həmrəyliyə görə minnətdarlıq edib, bunu xalqlarımız arasında dostluğun daha bir göstəricisi kimi dəyərləndirib.
Nazir Samir Şərifov Azərbaycan xalqının Fransanın dərdinə şərik olduğunu bildirib. O vurğulayıb ki, bu hadisə terrorizmə qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyini göstərir.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31