Prezident İlham Əliyev: Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var
22.06.2016 [10:15]
Qarşımıza yeni çağırışlar çıxır və biz onlara hazır olmalıyıq ki, ilk növbədə, ölkəmizin təhlükəsizlik məsələlərini həll edək, davamlı inkişafını təmin edək, iqtisadi inkişafını və sosial məsələlərin həllini təmin edək.
Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.
İlk növbədə, düşünülmüş siyasət, iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə inteqrasiya edilməsi prosesi və xalqla iqtidar arasında birlik. Bu amillər olduğu halda, ölkə istənilən məsələni həll edə bilər. Başqa ölkələrin təcrübəsinə fikir versək görərik ki, bu amillər olmadığı təqdirdə ölkədə inkişaf o qədər də sürətlə getmir, bəzi hallarda isə geriləmə də müşahidə olunur.
Azərbaycan isə çox böyük sürətlə inkişaf edir, çox uğurla irəliyə addımlayır. Azərbaycanda bütün regionlarda inkişaf göz qabağındadır.
Azərbaycan o ölkədir ki, həm bizim bölgədə, həm Avropa qitəsində, həm də dünya miqyasında onunla hesablaşırlar. Regional əməkdaşlıq işlərində Azərbaycandan çox şey asılıdır. Yəqin ki, Azərbaycan ictimaiyyəti bizim son illər ərzində apardığımız xarici siyasətə də diqqət yetirir və görür ki, xarici siyasətimiz Azərbaycanın milli maraqlarına söykənir, bu maraqların təmin edilməsi üçün aparılır. Digər tərəfdən, bizim dünyadakı rolumuz, önəmimiz, nüfuzumuz artmaqdadır.
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı sürətlə artır.
İqtisadi uğurlar, siyasi müstəvidə aparılan çox düzgün siyasət gərək bizim başımızı gicəlləndirməsin. Biz gərək həmişə ayıq olaq, diqqətli olaq, həmişə işləyək, çalışaq. Bu, daimi prosesdir. Hansı ölkədə arxayınçılıq yaranırsa, ölkənin inkişafı da dayanır, yaxud da durğunluq dövrü başlanır. Azərbaycan dinamik şəkildə inkişaf edir. Bu inkişafda bütün cəmiyyət iştirak edir. Əlbəttə ki, siyasi məsələlərlə məşğul olanlar, iqtisadi məsələlərlə məşğul olanlar, yəni bütün cəmiyyət bu işlərdə fəal iştirak edir. Yəni, bizim uğurlarımızın da əsas səbəbi məhz bundadır: birlik, vətəndaş həmrəyliyi, milli maraqlara, milli adət-ənənələrə bağlılığımız və eyni zamanda, müasirlik.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 27-ci cildində yer alan bu fikirlər Naxçıvan Dövlət Universiteti konservatoriyasının binasının açılış mərasimində dövlətimizin başçısının nitqindən götürülüb.
Yenicə çapdan çıxmış çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin oktyabrından dekabradək olan dövrü əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərinə dair materiallarla başlanan bu cilddə dövlətimizin başçısının Naxçıvan Olimpiya İdman Kompleksi ilə tanışlıq, şəhər və kənd məktəblərinin, Naxçıvan Dövlət Universiteti konservatoriyasının binasının açılış mərasimlərində nitqi verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi İlə Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasa, respublikamızın Qobustan, Yevlax, Dəvəçi rayonlarında böyük infrastruktur layihələrinə, tikinti-abadlıq işlərinə, sosial-iqtisadi sahələrin inkişafına, aqrar sektora böyük diqqət göstərilməsinə dair materiallar öz əksini tapıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri çərçivəsində Türkiyə-Yunanıstan qaz xəttinin çəkilişi mərasimində iştirakı və nitqi verilib. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri, Prezident Nikola Sarkozi ilə görüşü və bütün görüşlərdə Azərbaycan ilə Fransa arasında əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu əməkdaşlıqdan bəhs edən materiallar verilib.
Cilddə, həmçinin Prezidentin müxtəlif dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində, çıxış və nitqlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həll edilməsinin prinsipial məsələ olduğuna dair sənədlər, eləcə də mətbuat konfransında çıxışı, beynəlxalq tədbirlərin iştirakçılarına müraciəti, müxtəlif məktubları da yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 27-ci cildin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

