/ / Bakıda “Müasir dövrdə konstitusionalizmin inkişaf məsələləri: Azərbaycan-Türkiyə” mövzusunda konfrans keçirilib
Bakıda “Müasir dövrdə konstitusionalizmin inkişaf məsələləri: Azərbaycan-Türkiyə” mövzusunda konfrans keçirilib
26.05.2016 [10:23]
Mayın 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Türkiyə Beynəlxalq Hüquqşünaslar Birliyi ilə birgə “Müasir dövrdə konstitusionalizmin inkişaf məsələləri: Azərbaycan və Türkiyə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransda çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrinin dərin tarixi köklərə söykəndiyini vurğulayıb. F.Abdullayev deyib ki, ölkələrimiz arasında sürətlə inkişaf edən münasibətlər məhkəmə-hüquq istiqamətində daha da genişlənir. Bu yaxınlarda Ankarada Türkiyə Konstitusiya Məhkəməsinin 54-cü ildönümünə həsr olunmuş konfransda iştirak etdiyini və orada səmərəli görüşlər keçirdiyini deyən F.Abdullayev Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətinin bu gün Azərbaycana səfərə gələcəyini diqqətə çatdırıb.
Konfransın 28 May - Respublika Günü ərəfəsində keçirilməsini əlamətdar hadisə kimi vurğulayan F.Abdullayev demokratik müstəqil Azərbaycan dövlətçiliyinin 1918-ci ildən başlayan çətin və şərəfli yol keçdiyini deyib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa dövrdə dövlətin Əsas Qanunu olan Konstitusiya qəbul edilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi əsasən Respublikamızın SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Sədr sovet dövründə Azərbaycanda dörd dəfə Konstitusiyanın qəbul edildiyini söyləyib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dövrdə - 1978-ci ildə qəbul edilən dördüncü Konstitusiyaya məhz Ümummilli liderin uzaqgörənliyi ilə müstəqil dövlətçilik üçün zəruri olan mühüm müddəalar daxil edilmişdi.
Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Konstitusiyanın hazırlanması üçün Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Azərbaycanın nüfuzlu hüquqşünaslarının, ictimaiyyətin nümayəndələrinin fikirlərinin də nəzərə alındığı Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu - ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. İlk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını müəyyən edib. Diqqətə çatdırılıb ki, hüququn inkişafı, ictimai hüquq münasibətlərində, cəmiyyətdə gedən proseslər Konstitusiyada müəyyən dəyişikliklərin olmasını tələb edirdi. Buna görə də Azərbaycan Respublikasının Konstitusiyasına referendum yolu ilə iki dəfə - 2002-ci və 2009-cu illərdə əlavə və dəyişikliklər edilib.
Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələrinin bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvləri olduğunu qeyd edən Fərhad Abdullayev bildirib ki, qardaş ölkənin Konstitusiya Məhkəməsinin 54 illik zəngin təcrübəsi var. Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrə, dünyada gedən proseslərə, beynəlxalq məhkəmələrin presedentlərinə böyük önəm verir. Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərində hüquq əməkdaşlığı xüsusi yer tutur və iki ölkənin məhkəmələri, hüquqşünasları arasında görüşlərin keçirilməsi çox önəmlidir.
Türkiyə Beynəlxalq Hüquqşünaslar Birliyinin sədri Necati Ceylan 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb, bu mühüm tədbirin təşkilinə görə minnətdarlığını bildirib. O, Türkiyənin hazırkı Konstitusiyasında 17 dəfə dəyişiklik edildiyini vurğulayaraq, ölkəsində prezidentlik sisteminə keçidlə bağlı prosesin başladığını deyib. “Türkiyədə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı müzakirələrin aparıldığı dövrdə belə bir konfransın keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın konstitusiya təcrübəsi bizim üçün nümunədir. Azərbaycan ilə Türkiyə arasında hüquqi əlaqələr xalqımızın rifah səviyyəsinin inkişafına təkan verəcək”, - deyə N.Ceylan qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynlinin moderatorluğu ilə keçən konfransda Türkiyənin Anayasa Hüquqçuları Birliyinin sədri Yusuf Şevki Hakyemezin “Türkiyənin 140 illik konstitusiya tarixi”, Azərbaycanın Avropa Şurasının Venesiya Komissiyasındakı nümayəndəsi, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun “Azərbaycan konstitusionalizminin inkişaf prosesi”, Türkiyə Böyük Millət Məclisinin deputatı Cahit Özkanın “Yeni konstitusiya fəaliyyətləri”, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin “Azərbaycan Respublikasının hüquq sisteminin konstitusionallaşması” mövzularında məruzələri dinlənilib.
Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa və digərləri çıxışlarında 28 May - Respublika Günü ərəfəsində Türkiyə və Azərbaycan hüquqşünaslarının iştirakı ilə belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda bu konfransın qardaş ölkələrimizdə konstitusionalizmin inkişafına mühüm töhfə verəcəyi bildirilib.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın sonunda Azərbaycan və Türkiyə hüquqşünasları ictimai təşkilatlarının qarşılıqlı əməkdaşlığı haqqında protokol imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

