Mehriban Vəzir Əli Kərimlinin çirkin oyununu ifşa etdi
06.05.2016 [10:08]
Oqtay Gülalıyevin gizli qrupdakı statusunu açıqlayan Mehriban Vəzir “Milli şura”dan qovuldu
Bir neçə gün öncə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının iclasında baş verənlər “Milli şura” adlanan qondarma qurumda toplaşanların hansı simaya malik olduqlarını növbəti dəfə üzə çıxardı. Vətəndaş cəmiyyəti institutlarının birliklərindən biri kimi tanınan Koalisiyada nəzarəti ələ keçirmək, bu qurumun fəaliyyətini siyasi istiqamətlərə yönəltmək istəyən Əli Kərimli və Cəmil Həsənov kimiləri bu dəfə də ifşa olundular.
Belə ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının şurasına və monitorinq qrupuna keçirilən seçkilərdə üstünlük qazanmağa çalışan radikal ünsürlər ikinci mərhələdə bundan ölkəmizə qarşı öz maraqları üçün istifadə etməyə niyyətləniblər. “Milli şura” adlanan qondarma qurumun Koalisiyadakı “canfəşançısı” Oqtay Gülalıyevin sosial şəbəkədəki gizli qruplarda paylaşdığı status bu çirkin oyunun bütün konturlarını ifşa etdi. Belə ki, məhz “Milli şura”nın koordinasiya şurasının üzvü (artıq keçmiş üzvü) Mehriban Vəzir deyib ki, O.Gülalıyev öz statusunda “Milli şura” üzvlərinin bu qurumun şurasına və monitorinq qrupuna seçilməsini qələbə adlandırıb və açıq şəkildə də bundan siyasi məqsədlər üçün istifadə edəcəklərini bildirib. Vurğulayaq ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri bununla bağlı O.Gülalıyevdən izahat tələb ediblər. O.Gülalıyev də izahat verməkdən boyun qaçırıb. Baş verənlər isə Ə.Kərimli və yandaşlarının növbəti dəfə hansı siyasi kimliyə malik olduğunu ortaya qoyub.
Bunun ardından isə O.Gülalıyevin, dolayısı ilə Əli Kərimlinin və Cəmil Həsənovun mənfur niyyətlərini ifşa etmiş Mehriban Vəzir qondarma şuranın üzvlüyündən “çıxarılıb”. Bu barədə Mehriban Vəzirin özü məlumat verib. Bildirib ki, “Milli şura”nın Koordinasiya Mərkəzinin növbəti iclasında “qurumun əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə” Koordinasiya Mərkəzi üzvlərinin yekdil qərarı ilə xaric edilib. M.Vəzir özü etiraf edib ki, bu qərar İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında tutduğu mövqe ilə, yəni qondarma “şura”nın və onun rəhbərlərinin niyyətlərinin ifşası ilə bağlıdır: “Milli şura”ya verilən yalan-böhtan hesabatın üstünü açdığım üçün məni oradan uzaqlaşdırdılar”.
Bu addım bir daha radikal ünsürlərin əsl simalarını ortaya çıxarır. Özlərini “demokrat” adlandıran, əslində isə fərqli maraqların xidmətçisi qismində Azərbaycan dövlətinin uğurlarına qarşı mübarizədə “beşinci kolon” qismində iştirak edən belələri üçün milli dəyər adlanan məfhumun olmadığı bir daha sübut olundu. Sosial şəbəkələrdəki qapalı qruplarda mənfur oyunlar hazırlayan, hazırkı həssas dövrdə ermənipərəst dairələrin siyasi aləti rolunda çıxış etməyə can atan bu azsaylı dəstə artıq öz tərəfdarları tərəfindən ifşa edilirlər. İfşa edənlərin isə aqibəti eyni olur. M.Vəzir də Razi Nurullayev, Şakir Abbasov və digərləri kimi Ə.Kərimlinin qəzəbinə “düçar” oldu...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

