"Donuz qripi" təhlükəsi ilə əlaqədar Nazirlər Kabinetində toplantı keçirilib
30.04.2009 [17:35]
APA-nın məlumatına görə, bunu dünən keçirdiyi mətbuat konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov deyib. Onun sözlərinə görə, “donuz qripi” xəstəliyi donuzlar arasında yalnız Meksikada qeydə alınıb. Digər ölkələrdə isə xəstəlik insanlar arasında baş verib. Xəstəliyin Meksikada qeydə alınması ilə əlaqədar DBX aprelin 27-dən Amerika qitəsindən Azərbaycana heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyub. İ.Həsənov deyib ki, aprelin 27-dək ölkəyə gətirilən məhsullar sertifikat alıb, bü məhsulların tam təhlükəsiz olduğu təsdiqlənib. Buna görə də insanlar həmin müddətədək gətirilmiş məhsulları narahatlıq keçirmədən istifadə edə bilərlər.
Rusiyada “donuz qripi”nin aşkarlanması ilə bağlı onlara hələlik təsdiqedici məlumatın daxil olmadığını deyən İ.Həsənov əlavə edib ki, baş nazirin müavini Yaqub Eyyubovun yanında aidiyyəti nazirlik və komitələrin iştirakı ilə iclas keçirilib və “donuz qripi”nin qarşısının alınması üçün lazımi tapşırıqlar verilib. Xidmət rəisi “donuz qripi” ilə mübarizə aparmaq üçün ilkin testlərə və dezinfeksiya avadanlıqlarına malik olduqlarını da söyləyib.
İ.Həsənovun sözlərinə görə, “donuz qripi” ilə əlaqədar aprelin 27-dən Azərbaycandakı donuzçuluq təsərrüfatlarında monitorinq keçirilməsinə başlanılıb. Monitorinqin təxminən 10 günə başa çatması nəzərdə tutulur. Hələlik donuzlar arasında heç bir tələfat qeydə alınmayıb. DBX rəisi hazırda donuzçuluq təsərrüfatı ilə Azərbaycanın Gədəbəy, Ağstafa, Xaçmaz, Abşeron və s. daxil olmaqla, 7-8 rayonunda məşğul olunduğunu, ölkədəki donuzların sayının isə 20-25 mindən çox olmadığını söyləyib.
İ.Həsənov bildirib ki, insanlar arasında müşahidə olunan yeni xəstəlik özündə həm “quş qripi”, həm “donuz qripi”, həm də insan qripinin əlamətlərini cəmləşdirir. Buna görə də “donuz qripi” xəstəliyinin adının dəyişdirilməsi təklifi ilə çıxış edilib. Hər üç qripin virusu eyni antigenlik xüsusiyyətinə malik olaraq, A qrupuna daxildir. İ.Həsənov deyib ki, bütün qrip virusları 70-80, o cümlədən “donuz qripi” 71 dərəcədə 5-10 dəqiqə ərzində məhv olur. Xidmət rəisi onu da əlavə edib ki, “donuz qripi”nin insandan insana keçmə təhlükəsi daha çoxdur. Xəstəliyin donuzdan insanlara keçməsinin mümkünlüyü isə hələ tam təsdiqlənməyib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

