/ / İcbari tibbi sığortanın tətbiqi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib
İcbari tibbi sığortanın tətbiqi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib
19.04.2016 [09:46]
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə maraqlanıb
Dünən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə maraqlanıb. Əli Əhmədov Agentliyin ofisində yaradılan şəraitlə tanış olub, işçilərlə söhbət edib, onlara öz tövsiyələrini verib.
Daha sonra jurnalistlərə açıqlama verən Baş nazirin müavini Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin artıq işə başladığını, ilk addımlarını atdığını bildirib. Agentliyin strukturunun hələ tam formalaşmadığını deyən Əli Əhmədovun sözlərinə görə, növbəti mərhələdə icbari tibbi sığortanın tətbiqi üzrə işlər görüləcək: “Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir. Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib”.
Əli Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas hədəfi əhalinin maddi rifah halının, ümumilikdə sosial vəziyyətinin yaxşılaşdırılmasıdır: “Eyni zamanda, vətəndaşlarımıza göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması da əsas məqsəddir. Bu baxımdan, demək olar ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq. Digər tərəfdən, icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin daha müasir formasının yaranmasına imkan verəcək. Nəticədə səhiyyəyə ayrılan dövlət vəsaiti daha səmərəli istifadə olunacaq. Üçüncüsü, icbari tibbi sığortanın tətbiqi ilə bu sferada sosial ədalət prinsipinin daha əhatəli tətbiqinə nail olacağıq”.
Baş nazirin müavini qeyd edib ki, maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, imkanlı insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Bununla da səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək.
Əli Əhmədov qarşıya qoyulan hədəfə çatmaqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin öz işinin öhdəsindən gələcəyinə əminliyini bildirib. O deyib ki, agentlikdə əsasən hazırlıqlı, bacarıqlı və intizamlı gənclər işə götürülüb: “Gələcəkdə onların sayı artırılacaq. Bununla da Azərbaycanda dayanıqlı icbari tibbi sığorta sistemi fəaliyyət göstərəcək”.
İcbari tibbi sığortanın nə vaxt tətbiq olunması məsələsinə gəlincə Baş nazirin müavini Azərbaycanda bu sistemin ilk dəfə tətbiq olunduğunu və bütün əhalini əhatə etdiyini, ona görə də müəyyən vaxt apardığını bildirib: “Çalışmaq lazımdır ki, hazırlıq işləri başa çatsın. Bundan sonra növbəti ildə icbari tibbi sığortanı mərhələli şəkildə tətbiq edə bilərik. Əsas hədəf odur ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində pilot olaraq icbari tibbi sığorta bir neçə sahədə tətbiq edilsin”.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev isə rəhbərlik etdiyi qurumun iş prinsipləri, ödəmə mexanizmləri, eləcə də dövlət və özəl xəstəxanalarla qurulan əlaqələrdən danışıb. O bildirib ki, Avropa İttifaqının maliyyələşdirdiyi “SOCEİUX” layihəsi çərçivəsində icbari tibbi sığorta və səhiyyə islahatları üzrə ekspertlər Mişel Villak, Erika Riçardson, Andrey Tretyak İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəliblər. Ekspertlər Agentlikdə keçirilən görüşlərdə dünyada səhiyyənin maliyyələşməsi yolları ilə bağlı təqdimat keçiriblər. İcbari tibbi sığorta sistemində ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub. Bir həftə davam edən görüşlərdə Agentliyin mütəxəssisləri MDB və Avropa ölkələrinin icbari tibbi sığorta sistemləri haqqında söhbət açıblar. Azərbaycanın hansı ölkələrin təcrübəsindən yararlana biləcəyini, həmin ölkələrdə icbari tibbi sığorta sistemi qurularkən ortaya çıxan çətinliklər və problemlərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıblar. Ekspertlər “SOCEİUX” layihəsi çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək tədbirlər və mərhələli olaraq aparılacaq islahatlarla bağlı fəaliyyət planı hazırlayırlar. İcbari tibbi sığortanın ayrı-ayrı komponentləri üzrə daha əhatəli araşdırmaların aparılması və Azərbaycana texniki dəstəyin göstərilməsi ekspertlərlə razılaşdırılıb. Z.Əliyev deyib ki, qarşıda beş həftə ərzində beynəlxalq ekspertlərlə birlikdə Azərbaycanda icbari tibbi sığorta sistemi üzrə tətbiq olunacaq modelin müəyyənləşdirilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyev isə əsasən ödəniş mexanizmlərinin tətbiqi məsələsi ilə məşğul olduğunu bildirib. Bu sistemin ölkəmizdə yeni olduğunu deyən İ.Əliyev bu məsələnin xarici ekspertlərlə öyrənildiyini qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

