Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyevin anadan olmasının 86-ci ildönümü münasibətilə geniş konfrans keçiriləcək

Heydər Əliyevin anadan olmasının 86-ci ildönümü münasibətilə geniş konfrans keçiriləcək

28.04.2009 [15:06]

YAP mayın 7-də “Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirəcək. Bu barədə SİA-ya YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, həmin konfransda Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində 70-dən çox müxtəlif məruzələr dinləniləcək. Builki konfransın respublika səviyyəsində nəzərdə tutulduğunu deyən M.Qurbanlı qeyd edib ki, burada xarici qonaqların iştirakı gözlənilmir. ötən il ulu öndər Heydər Əliyevin doğum gününün 85 illiyi ilə əlaqədar keçirilən kofransda 40-dan çox xarici ölkə nümayəndəsinin iştirak etdiyini xatırladan YAP İcra Katibinin müavini gələcəkdə də beynəlxalq konfransların keçiriləcəyini deyib. “Artıq 7-ci ildir ki, bu cür konfrans keçirərək kitab nəşr edirik. Bundan əlavə, ümummilli liderimiz Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edəcəyik. YAP-ın şəhər və rayon təşkilatlarında da çoxsaylı tədbirlər keçiriləcək. YAP Gənclər Birliyi bununla bağlı müxtəlif tədbirlər təşkil edəcək. Bütün bunlar ümummilli liderimizin xatirəsinə həsr olunacaq. Bu, bir tərəfdən də ulu öndərin xatirəsini yad etmək, digər tərəfdən Onun irsini gənc nəslə çatdırmaqdır”, - deyə M.Qurbanlı söyləyib.

Paylaş:
Baxılıb: 1093 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30