Milli Məclisin iclasında cəbhə xəttində baş verən son hadisələr müzakirə olunub
06.04.2016 [09:55]
Millət vəkilləri həmçinin ombudsmanın illik məruzəsini qəbul ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib. Əvvəlcə O.Əsədov cəbhə xəttindəki mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. Spiker deyib ki, Azərbaycan atəşkəsə həmişə sadiq olub: “Lakin Azərbaycan müəyyən uğurlar əldə etdikdə Ermənistan ölkəmizə qarşı təxribatlar etməyə cəhd edir və Azərbaycan da, öz növbəsində, onları cavab atəşi ilə susdurur. Son günlər cəbhə xəttində baş verən hadisələr də bunu sübut edir”.
O.Əsədov bildirib ki, Ermənistan son zamanlar artıq mülki əhaliyə mərmilərdən atəş açmağa başlayıb və ordumuz da düşmənə layiqli cavab verib. Onun sözlərinə görə, Azərbaycan Ordusu erməni tərəfinin növbəti təxribatına layiqli cavab verərək, öz gücünü göstərdi. “Artıq bir sıra yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün əsas yüksəkliklər Azərbaycan Ordusu tərəfindən geri alınıb. Bu dəqiq əməliyyatlara görə ordumuza təşəkkür edirəm. Azərbaycan atəşkəs rejiminə əməl etsə də, Ermənistan buna məhəl qoymaq istəmir. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin rəsmi mövqeyi açıqlanıb. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan imitasiya xatirinə danışıqların aparılmasının tərəfdarı deyil. Ancaq Ermənistan status-kvonu saxlamaq üçün danışıqlar amilindən sui-istifadə edir. Azərbaycan hərbçiləri öz torpağında vuruşur. Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur, biz bunu yaxşı bilirik. Biz bu məsələdə status-kvonun qalmasına razı deyilik. Azərbaycan əlindən gələni edəcək ki, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində, nəhayət ki, bir hərəkət başlasın. Bildiyiniz kimi, bu gün Minsk qrupu toplanır. Ancaq Minsk qrupu toplansa da, onlara bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, əgər yerinə yetirilməsə, bu gərginliyin necə olacağını gələcək göstərəcək”, - deyə spiker vurğulayıb.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda millət vəkilləri də cəbhə xəttindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər. “Həyatını ədalətin bərpası yolunda ləyaqətlə qurban verməyi bacaran Azərbaycan əsgərlərinin, şəhidlərimizin ruhunu yad edirəm, onlara Allahdan rəhmət diləyirəm. Onların başladığı bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova Füzuli bölgəsinə səfər etdiyini, şəhidlərin dəfn mərasimində iştirak etdiyini və əhali ilə görüşdüyünü bildirib. O qeyd edib ki, 1990-cı illərin əvvəli ilə müqayisədə indiki vəziyyət xeyli fərqlidir. “Hazırda mülki əhali tamamilə başqa əhval-ruhiyyədə, döyüş əhval-ruhiyyəsindədir. Bir gözü ağlayan, bir gözü gülən şəhid analarının qüruru var ki, övladları vətən uğrunda şəhid olublar. Mülki əhali bu gün özünü səngərdə hiss edir. Bu bölgədə yaşayan insanlar öz yerlərini tərk etməyib, həyatlarına davam edirlər. Əsas istəkləri də odur ki, başlanan bu iş sona çatsın. Erməni ordusu işğal olunan ərazilərimizi tamamilə tərk etsin. Belə olarsa, onda biz hədəflərə çatmış olarıq”, - deyə B.Muradova vurğulayıb. Vitse-spiker bəzi KİV-lərdə, sosial şəbəkələrdə cəbhədəki vəziyyətlə bağlı dəqiq olmayan məlumatların yayılmasından narahatlığını bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışında deyib ki, cəbhə xəttində baş verən hadisələrlə əlaqədar bütün Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında birləşərək öz mövqeyini ortaya qoyub: “Bu gün xalqımızda böyük ruh yüksəkliyi var və insanlar döyüşmək üçün könüllü şəkildə cəbhə bölgəsinə getmək üçün müraciətlər edirlər. Ordumuzun son günlər qazandığı uğurlar hamıda böyük ruh yüksəkliyi yaradıb”.
S.Novruzov bildirib ki, artıq beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını başa düşdü. Onun sözlərinə görə, dondurulmuş münaqişə sülh demək deyil, bu münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər. Millət vəkili deyib ki, münaqişə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində məqsədli şəkildə uzadılıb. “Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq. Lakin baş verənlər bunun tam əksini göstərdi. Gənclərimiz əllərində Azərbaycan bayrağı tutaraq döyüşə hazır olduqlarını göstərdilər. Bundan başqa, Ermənistan rəhbərliyi əhalinin başını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə qatmağa çalışırdı. İşğalçı ölkə əhalisini arxayın edirdi ki, əgər bizə qarşı hər hansı addım atılarsa, digər dövlətlər bu məsələyə qarışacaq. Lakin həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı. Hazırkı vəziyyət isə ermənilərin nə qədər qorxu içində olduğunu göstərir. Ermənistan Azərbaycanla üz-üzə gəlmək üçün heç bir gücə-qüvvəyə malik olmadığını anladı. Bu məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bəyan edib ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu, bir daha sübut olundu. Əldə olunan nailiyyətlərə görə ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
“Ermənistan tərəfi heç zaman atəşkəs rejiminə əməl etməyib. 1994-cü ildən keçən müddət ərzində hər gün cəhbədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub. Neçə illərdir ki, Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbir etdik, dözdük. Atəşkəs rejimi pozulsa da, danışıqlara gedirdik. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar edirdilər. Bununla da mövcud vəziyyəti uzatmağa cəhd edirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirlər”. Bu fikirləri isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, ATƏT-in Minsk qrupu nə qədər bəyanat versə də, əməldə heç bir iş yoxdur. Onun sözlərinə görə, əslində həmsədrlərin ermənilərə dayaq olduğu aydınlaşır.
“Təəssüf ki, bu, belədir. Halbuki, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Bu halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb və xalqımız ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif sabun köpüyü kimi əriyib getdi. Bir daha sübut olundu ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil ordusu və silahı yoxdur. Onlar, sadəcə, kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki erməni tərəfi hər zaman bizi təhdid edirdi. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu həll olunmalıdır. Beynəlxalq təşkilatların bundan sonrakı fəaliyyətinə baxacağıq və bunun üçün də ayrıca qiymətimiz olacaq”, - deyə birinci vitse-spiker vurğulayıb.
İclasda həmçinin millət vəkillərindən Qüdrət Həsənquliyev, Fəzail İbrahimli, Qənirə Paşayeva, Zahid Oruc, Musa Qasımlı və başqaları çıxış edərək cəbhə xəttindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər.
Sonra Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilib. Ombudsman Elmira Süleymanova ötən il ərzində görülən işlər barədə geniş məlumat verib. Müzakirələr zamanı çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ombudsmanın illik hesabatını yüksək qiymətləndirib. Onun sözlərinə görə, vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində müvəkkilin gördüyü işlər təqdirəlayiqdir.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da ombudsmanın hesabatını yüksək dəyərləndirib. Onun fikrincə, ombudsman Azərbaycanı beynəlxalq tədbirlərdə də layiqincə təmsil edir.
Müzakirələrdən sonra ombudsmanın illik məruzəsi qənaətbəxş qiymətləndirilib.
İclasda həmçinin millət vəkilləri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və digər qanun layihələrini qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

