Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
02.04.2016 [11:35]
Aprelin 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Milli Məclisin İnsan hüquqları komitəsinin 2015-ci ilin payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı müzakirə edilib. Eyni zamanda, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, komitənin 2016-cı ilin yaz və payız sessiyaları üçün tədbirlər planı ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan insan hüquqları, demokratiya, vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm uğurlar əldə edib. Ölkəmizdə insan hüquqları və azadlıqlarının, vicdan azadlığının təmin olunması, hər bir insan üçün hüquqların əlçatan olması istiqamətində bir sıra nailiyyətlər qazanılıb. Bu uğurlar yeni vəzifələr, hədəflər müəyyənləşdirməyə imkan verir. Müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanda əldə olunan nailiyyətlər məhz demokratik cəmiyyət və dövlət quruculuğu istiqamətində gələcəkdə daha mühüm nailiyyətlərimizin təməli kimi çıxış edir.
Sonra Bahar Muradova Milli Məclisin İnsan hüquqları komitəsinin 2015-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim edib. Vurğulanıb ki, 2015-ci ilin payız sessiyası ərzində komitənin iki iclası keçirilib. Həmin iclaslarda 7 məsələ müzakirə olunub. İclaslarda müzakirəyə çıxarılmış 5 qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Bunlar “Dini etiqad azadlığı haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunlardır.
Bildirilib ki, hesabat dövründə komitəyə 253 sənəd daxil olub. Bu dövrdə komitə sədri tərəfindən 68 vətəndaş qəbul edilib. Layihə və ərizələrə baxılması üçün komitənin adından aidiyyəti orqanlara 147 məktub göndərilib.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi barədə məlumat verən Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov deyib ki, hesabatda ombudsmanın illik fəaliyyəti tam əks olunub. Bundan əlavə, ombudsmanın irəli sürdüyü təkliflər, tövsiyələr də burada əksini tapıb. Bu tövsiyələr müxtəlif xarakterlidir. Ombudsman Milli Məclisin qanunvericilik fəaliyyəti ilə bağlı bir sıra təkliflər irəli sürür, hətta bir neçə il ərzində verdiyi təklifləri xatırladır, bu məsələlərə diqqət yetirilməsinin vacibliyini qeyd edir. Məruzədə Azərbaycanın bəzi beynəlxalq müqavilələrə qoşulması, eləcə də bir sıra qanunvericilik aktlarına dəyişikliklər də təklif olunur.
Məruzə ətrafında müzakirələrdən sonra deputatlar onu Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Daha sonra komitənin 2016-cı il yaz və payız sessiyaları üçün tədbirlər planı barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

