/ / 1990-cı ildə Naxçıvanda qəbul olunmuş qərarlar bütövlükdə Azərbaycanın bir dövlət kimi inkişaf istiqamətlərini müəyyənləşdirdi
1990-cı ildə Naxçıvanda qəbul olunmuş qərarlar bütövlükdə Azərbaycanın bir dövlət kimi inkişaf istiqamətlərini müəyyənləşdirdi
22.04.2009 [15:33]
“Dünyanın naxışı”, “Nuhun diyarı”
Naxçıvan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Hətta arxeoloji qazıntılar zamanı bu qədim torpaqda ilk insan məskənlərinə də rast gəlinib. Naxçıvan, eyni zamanda, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb. “Naxçıvan” sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə “Naxçıvan” “Nəqşi-cahan”, yəni “dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən yaranıb. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu, “dünya tufanı” ilə bağlıdır. “Nuhçuvan”-”Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir. O da qeyd olunmalıdır ki, Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir. Bir sıra mənbələrdə isə Naxçıvan sözü “Nakçuana/Naxçuan” - “möcüzəli və yaxşı sular diyarı”, yaxud “müalicəvi mineral sular ölkəsi” kimi də izah olunur.
Tarixi mənbələrdə Naxçıvanın yaranması tarixi ilə bağlı da məlumatlar müxtəlifdir. Bir çox mənbələrdə göstərilir ki, Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunan bu qədim məkanın əsası e.ə. 1539-cu ildə qoyulub. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı var.
Tarixin müxtəlif dövrlərində böyük istilalara məruz qalan Naxçıvan bu hücumlardan ciddi zərər çəkib. E. ə. 633-cü ildə skiflərin hücumuna məruz qalan Naxçıvan sonrakı dövrlərdə ərəblərin və digər istilaçıların hücumları ilə qarşı-qarşıya qalıb. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan öz iqtisadi, mədəni inkişafını davam etdirib və Şərqin əsas mərkəzlərindən biri hesab olunub. Elə bu səbəbdən də ölkəmizdə bir-birini əvəz edən tarixi dövlətlərin bir çoxunun mərkəzi elan olunub.
Və nəhayət, 1826-28-ci illər Rusiya-Iran müharibəsi zamanı Naxçıvan rus qoşunları tərəfindən işğal olunub (1827-ci il, 27 iyun), Türkmənçay müqaviləsinə (1828) əsasən, Rusiyanın nəzarətinə keçib.
Təəssüf ki, Azərbaycanın bütün digər şəhər və rayonlarının keçmişdə yaşadığı acı hadisələri Naxçıvan da yaşayıb. ötən əsrin əvvəllərində Azərbaycanda hakimiyyətə gələn bolşeviklərin dəstəyi ilə erməni millətçilərinin həyata keçirdiyi soyqırımı siyasəti Naxçıvanda da qanlı, böyük qırğınlarla müşahidə olunub. 1917-ci ilin sonlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrilib, nizami daşnak silahlı dəstələri Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutub. 1918-ci il mayın 26-28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə divan tutmağa başlayıb. Lakin ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini uzun müddət davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti və türk əsgərlərinin bölgəyə daxil olması onların bu məkrli niyyətlərini həyata keçirmələrinə imkan verməyib.
1924-cü il 9 fevral - Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikası yaradıldı
1918-ci ildə imzalanmış Mudros barışığına əsasən, türk qoşunları bölgədən çıxarıldıqdan sonra, noyabrda erməni-daşnak quldurlarından qorunmaq məqsədilə Araz-Türk Respublikası yaradılıb və Naxçıvan şəhəri onun mərkəzi elan olunub. Lakin bu da çox davam etmir. 1919-cu ilin əvvəllərində Naxçıvanı tutan ingilislər Araz-Türk Respublikasını tanımaqdan imtina ediblər. Daşnaklar iyulda ingilislərin yardımı ilə Naxçıvanı tutsalar da, ingilislərin Naxçıvanı tərk etməsilə Naxçıvan Milli Komitəsinin hərbi hissələri erməni-daşnak qüvvələrini qovmağa nail olub. Lakin 1920-ci ilin aprel aynın 28-də Bakıda sovet hakimiyyətinin elan edilməsi həmin il iyulun 28-də Naxçıvanın da sovetlərin nəzarətinə keçməsinə səbəb olub. Bütün bu proseslər isə yeni bir siyasi durumun meydana gəlməsini şərtləndirirdi. Artıq Azərbaycan sovet hakimiyyətinin tərkibində idi, Zəngəzur isə Ermənistana verilmişdi. Naxçıvan tamamilə Azərbaycandan ayrı salınmışdı. Bu isə, təbii olaraq, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. Qeyd etmək yerinə düşər ki, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyat statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il martın 16-da bağlanmış Moskva və 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. Və nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi. Naxçıvan Muxtar Respublikası yaradıldıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin 5988 km2 -ni əhatə edirdi. 1929-1930-cu illərdə və sonra Muxtar Respublikanın ərazisinin bir hissəsi sovet hakimiyyəti tərəfindən ermənilərə verildi. Nəticədə Naxçıvan Muxtar Respublikasının ərazisi 5365 km2-ə qədər azaldıldı.
Heydər Əliyevin və Naxçıvanın qərarları
Sovet hakimiyyəti dönəmində Naxçıvan MR Azərbaycan Respublikasının tərkibində özünəməxsus inkişaf yolu keçib, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında böyük nailiyyətlər əldə edib. Lakin bunlarla yanaşı, Naxçıvan sovet bolşevik terrorunun, zorakı kollektivləşmənin, 30-cu illər repressiyalarının ağır fəsadlarını yaşayıb. Xüsusilə, 60-cı illərin ortalarınadək Naxçıvanda vəziyyət daha ağır olub. Amma 70-ci illərin əvvəllərindən başlayaraq, Naxçıvan inkişaf etməyə başladı. Naxçıvan MSSR qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyətə malik güclü diyara çevrildi. Bu dövrlər ərzində Naxçıvanda 45 min nəfərlik yaşayış massivləri tikildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olması, bütün digər regionlar kimi Naxçıvanda da böyük inqilabi inkişafa zəmin yaratdı. Ulu öndərin apardığı siyasət, milliləşdirmə nəticəsində Naxçıvanın görkəmi, çöhrəsi tamamilə dəyişdi.
Amma 80-ci illərin sonlarında Respublikada mürəkkəbləşən siyasi vəziyyət fonunda Naxçıvanda da proseslər ürəkaçan səviyyədə deyildi. Sovet imperiyasının süqut etdiyi bir ərəfədə ittifaq rəhbərlərinin ikiüzlü siyasəti, erməniləri müdafiə etmələri, milli münaqişələrə rəvac verirdi. 1990-cı il yanvar ayının 19-da ermənilər işğal etdikləri ərazilərdən Naxçıvan MR-in Sədərək qəsəbəsinə təcavüzə başladılar. SSRİ-nin başında duranların riyakarlığı səbəbindən Naxçıvan MSSR o zaman üçün misli-bərabəri olmayan qərar qəbul edərək SSRİ-nin tərkibindən çıxdığını elan etdi. Naxçıvan Muxtar Respublikasının Ermənistan təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər irəli sürərək qərarlar qəbul etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. O zaman Muxtar Respublika rəhbərliyinin milli istiqlaliyyət yollarında atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi. 1990-cı ilin noyabr ayının 17-də keçirilmiş Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə “Sovet”, “Sosialist” sözləri Muxtar Respublikanın adından çıxarıldı, Ali Sovetin adının dəyişdirilib Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının da bayrağı kimi qəbul olundu. Ali Məclis eyni addımın Azərbaycan Respublikasında da atılması barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Elə həmin vaxtdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı Qarabağda, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə, 1990-cı il 19-20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi. Muxtar Respublika ərazisində Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRI-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, dekabrın 31-i tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə mühüm qərarlar qəbul olundu.
Təsadüfi deyil ki, Naxçıvan Muxtar Re
spublikası bu gün mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990-93-cü illərdə ümummilli lider Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, 1990-93-cü illərdə burada yaşayıb fəaliyyət göstərməsi bu bölgəni erməni təcavüzündən xilas etdi. Sovet İttifaqının dağılmasından sonra Naxçıvan MR-in Ermənistanın təcavüzündən müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə bölgənin idarə olunmasında Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, müstəsna əhəmiyyət kəsb edən qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələrindəndir.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra da onun fəaliyyətində Naxçıvan MR-in inkişafı, təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdən olub. Ulu öndər mütəmadi olaraq, Naxçıvana səfərlər edir, burada görülən işlərlə bağlı yerində tanış olur, qısa müddət ərzində böyük inkişafa nail olurdu.
Böyük yolun davamı
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs hazırda da uğurla davam etdirilir. Biz bunu Naxçıvan MR-ə dövlətin diqqət və qayğısında da görürük. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev öz fəaliyyətində Muxtar Respublikanın inkişafını, təhlükəsizliyinin təmin olunmasını prioritet olaraq müəyyənləşdirib. Naxçıvan Muxtar Respublikasında yeni obyektlərin istifadəyə verilməsi, yeni tikililərin ucaldılması bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin quruculuq xətti inamla davam etdirilir. ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həyatın bütün sahələrində sürətli inkişafa rəvac verib, regionlarda canlanma yaradıb. Biz bu inkişafı Naxçıvan Muxtar Respublikasında açıq-aşkar görə bilirik. Son bir neçə il ərzində Muxtar Respublikada böyük sənaye obyektləri, səhiyyə ocaqları, təhsil müəssisələri, məktəblər, diaqnostika mərkəzləri, idman-sağlamlıq kompleksləri tikilib istifadəyə verilib. Son 5 ildə Naxçıvan MR-də, ümumilikdə, 1236 müəssisə yaradılıb. 5 ildə açılmış iş yerlərinin sayı isə 37 mindən artıqdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın ikinci mərhələsinin icrası isə Muxtar Respublikanın inkişafını daha da sürətləndirəcək, bunun üçün yeni imkanlar açacaq.
Naxçıvan dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi. Yeni Konstitusiya əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanıb, 1998-ci il aprelin 28-də Muxtar Respublikanın Ali Məclisində qəbul edilərək, həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi. Konstitusiyaya əsasən, muxtar dövlətin özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi var. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Konstitusiyaya əsasən, Muxtar Respublikanın Ali vəzifəli şəxsidir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Naxçıvan Muxtar Respublikasının qanunları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır. Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
Naxçıvan Muxtar Respublikasında idarəetmə sistemi Azərbaycan Respublikası ilə eyniyyət təşkil edir. Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə olunur. İcra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
