Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsiplərinə uyğun həll olunmalıdır
18.04.2009 [15:09]
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses yenidən sürətlənir. 2008-ci ilin hər iki ölkədə seçki ili olduğunu nəzərə alsaq, 2009-cu ildə problemin nizamlanması prosesində hansısa uğura imza atılacağı ümidli görünür. Hələ ötən il həm Bakıya, həm də Yerevana səfərləri zamanı münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) mətbuata açıqlamalarında problemin həlli ilə bağlı ortaq məxrəcə gəlməyin vacibliyini ortaya qoyublar. Münaqişənin Praqa və ya Madrid prinsipləri üzrə həllinin mümkünlüyündən bəhs edən nümayəndələr tərəflərin kompromis mövqeyi tutmasının da əsas rol oynaya biləcəyini vurğulayıb. Təbii ki, torpaqları işğal altında olan Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdar olmaqla, o cümlədən, hələ də işğalçı tərəfi sülhə dəvət etməklə öz konstruktiv mövqeyini nümayiş etdirir.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən il imzalanan “Moskva bəyənnaməsi” 2009-cu ildə məsələ ilə bağlı real addımların atılacağına ümidi daha da artırır. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın mövqeyi birmənalıdır. Rusiya prezidentinin İnformasiya və Mətbuat Xidməti İdarəsinin yaydığı məlumatda bir daha qeyd olunur ki, yüksək səviyyəli danışıqlarda adətən aktual beynəlxalq və regional problemlərin müzakirəsi xüsusi yer tutur: “Bu baxımdan əsas mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında imzalanan Bəyannamədə tərəflər münaqişənin siyasi yolla həllinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi iki tərəf arasında kompromis razılaşmanın axtarışına öz köməyini davam etdirir”.
Ermənistan tərəfi danışıqlar prosesində qeyri-konstruktiv mövqedən çıxış etsə də, məsələnin ATƏT çərçivəsində həllinin tərəfdarıdır. Bir neçə gün öncə məsələyə münasibət bildirən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan Minsk Qrupu həmsədrlərindən başqa Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir vasitəçinin olmadığını dilə gətirib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində və onun həmsədrlərinin köməyi ilə aparılır. Başqa format yoxdur”.
İki gün öncə Bakıda olan Qrupun amerikalı həmsədri Metyu Brayza da ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair səylərini gücləndirməyi qərara aldığını önə çəkib. Hələ ötən ilin avqustunda ABŞ-ın keçmiş vitse-prezidenti Dik çeyni Azərbaycana səfəri zamanı bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhün bərqərar olmasında ən böyük maneədir və təhlükə mənbəyidir. O baxımdan münaqişənin həllinə bu ölkənin 2009-cu ildə daha isti münasibət bəsləyəcəyi mümkündür. M.Brayza bir-biri ilə təmas quran Azərbaycan və Ermənistan rəhbərlərinin addım-addım əks tərəfin mövqeyini öyrəndiklərini diqqətə çatdırıb. Brayzanın sözlərinə görə, indiyədək prezidentlərin keçirdikləri üç görüş nə kimi ağrılı güzəştlərə gedilməsinin vacibliyi haqda dolğun təsəvvür yaradır: “Onlar tədricən razılığa gəlmək üçün nə kimi mübadilələrin aparılması kontekstində düşünməyə başlayırlar. Görüləsi çox iş var. ümid edirəm ki, qarşıdan gələn aylarda, ola bilsin may və ya iyun aylarında biz sıçrayış əldə edə biləcəyik. Biz öz tərəfimizdən prezidentləri razılığa gətirmək üçün əlimizdən gələni edəcəyik”.
ABŞ-da hakimiyyətə gələn yeni prezident administrasiyasının da Cənubi Qafqazla bağlı siyasətində mahiyyətcə ciddi dəyişiklik baş verməyib. Respublikaçılar Partiyasından olan Brayzanın öz vəzifəsində saxlanılması da bunu deməyə əsas verir. Minsk Qrupunun həmsədri qismində vasitəçilik səylərində cərəyan edən intensivləşməni vurğulayan M.Brayza ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlanmasının da regionda dondurulmuş münaqişələrin həllində rol oynayacağına ümidvar olduğunu deyib.
Bir müddət öncə Fransadan olan həmsədr Bernar Fasyenin də mətbuata açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi ilə bağlı fikirlərini əsas götürsək, problemin nizamlanması istiqamətində aparılan işin beynəlxalq hüquq prinsiplərinə uyğun olacağına ümidi artırır. Beynəlxalq hüquq prinsipləri isə Azərbaycanın ədalətli, haqlı mövqeyi ilə üst-üstə düşür.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17

