Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
30.01.2016 [10:29]
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Komitənin sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O, həmin iclasda dövlətimizin başçısının 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini və bununla bağlı Sərəncam imzaladığını xatırladıb. O, “Multikulturalizm ili” çərçivəsində Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq görüləcək işlərdən danışıb.
Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2015-ci ildə respublikada dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə proseslərin izlənilməsi, informasiya fondunun zənginləşdirilməsi, maarifləndirmə işinin aparılması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, onların fəaliyyəti üçün lazımi kömək göstərilməsi və dövlət qeydiyyatına alınmaları, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Daxili işlər, Ədliyyə, Təhsil nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Tədbirlər Planı imzalanıb və il ərzində icra olunub.
Dini maarifləndirmə istiqamətindəki işlər dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib. Respublikanın bölgələrində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfranslar keçirilib. Ümumi sayı 19-a çatan və təxminən 8 min nəfərin iştirak etdiyi regional konfranslarda maarifləndirici mövzularda tanınmış mütəxəssislərin çıxışları da təşkil edilib. Dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, neqativ meyillərin, xüsusilə dini radikalizmin qarşısının alınması məqsədilə respublikanın bütün bölgələrində təhsil ocaqlarını, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də hüquq mühafizə orqanları kollektivlərini əhatə edən 87 seminar-treninq, görüş və konfrans keçirilib. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün 2014-cü il 27 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində intensiv tədbirlər görülüb. Ölkənin bütün bölgələrini əhatə edən 87 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 300-ə çatan tədbirlərdə 10 mindən artıq insanın iştirakı təmin olunub.
Diqqətə çatdırılıb ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 52 dini icma dövlət qeydiyyatından keçib. Onlardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. Qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Mübariz Qurbanlı radikalizmlə mübarizə, dövlət-din münasibətləri, tolerantlıq, İslam maarifçiliyi və işğal altında qalmış dini abidələrimizlə bağlı tanınmış ilahiyyatçı alimlərin müəllifi olduğu kitablar, eləcə də ölkəmizin tolerantlıq ənənələri, multikultural dəyərləri barədə buraxılan nəşrlər haqqında da məlumat verib. Respublikada ilk dəfə gözdən əlillər üçün Qurani-Kərimin brayl əlifbası ilə Azərbaycan dilində tərcüməsinin nəşr edildiyini diqqətə çatdırıb.
Komitə sədri, həmçinin Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər barədə söhbət açıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək, muxtar respublikadakı dini durum, milli mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi üçün, eləcə də dini icmaların fəaliyyətinə şərait yaratmaq məqsədilə yüksək səviyyədə müxtəlif maarifləndirici tədbirlər keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bu sahədə daha böyük uğurlara nail olmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha gücləndirilməsinin, birgə tədbirlər həyata keçirilməsinin önəmini vurğulayıb.
Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıqlarını vurğulayan Kamal Abdullayev ölkəmizdə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib. O, multikultural dəyərlərin təbliğində və inkişafında Heydər məscidi kompleksinin rolunu vurğulayıb. Bildirib ki, bu məscid getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır. Ölkəmizdə tolerantlıq mühitini daha da genişləndirmək üçün məsciddə müxtəlif kursların, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimlərinin görüşlərinin təşkil olunması nəzərdə tutulur.
Dövlət müşaviri Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Qeyd edilib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir.
İclasda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

