Milli Məclisin yeni komitələri yaradılacaq
15.04.2009 [17:13]
Milli Məclisin dünənki iclasında bəzi qanunlara əlavə və dəyişikliklər edildi. Qeyd edək ki, parlamentin daimi komissiyaları bundan sonra komitə adlanacaq. ölkə Konstitusiyasına edilmiş bu dəyişikliyin icrası məqsədilə hazırlanmış qanun layihəsi parlamentin dünənki iclasında müzakirə olundu. Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, Avropa ölkələrinin əksəriyyətində parlamentlərin daimi komissiyaları komitə adlandırılır. Bu baxımdan Azərbaycanın da bu praktikadan istifadə etməsi normaldır. Bununla yanaşı, Milli Məclisin komissiyaları anlayışı da Konstitusiyada saxlanılır. Belə ki, Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları, eləcə də, bu və ya digər məsələnin araşdırılması üçün yaradılan tərkibi, vəzifələri, səlahiyyətləri və fəaliyyət müddəti parlament tərəfindən müəyyənləşdirilən müvəqqəti komissiyaları da olacaq. Müzakirəyə çıxarılan qanun layihəsində isə ölkənin qanunvericilik toplusunda daimi komissiya sözlərinin komitə sözü ilə əvəz olunması təklif olunur. ümumilikdə, 9 qanunda və qanunla təsdiq olunmuş 9 əsasnamədə bununla bağlı dəyişiklik nəzərdə tutulur.
Millət vəkilləri geniş müzakirələr açmadan qanun layihəsini qəbul etdilər. Bundan sonra Milli Məclisin komitələrinin təşkil edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Bu barədə məlumat verən Ə.Hüseynov bildirdi ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri fəaliyyət göstərəcək. Yəni parlamentin daimi komissiyalarının adlarındakı “məsələləri” sözü komitələrə şamil edilməyəcək. “Məsələləri” sözü yalnız Regional məsələlər komitəsinə şamil ediləcək: “çünki bu komitəni Regional siyasət adlandırsaydıq, bu ad komitənin işinin mahiyyətinə uyğun gəlməyəcəkdi. Ona görə də bu komitənin adında “məsələlər” sözünün saxlanılması qərara alınıb”.
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin daimi komissiyalarının komitə adlandırılmasının təqdirəlayiq olduğunu bildirdi. Onun sözlərinə görə, gələcəkdə bəzi daimi komitələrin birləşdirilməsi və yeni komitələrin yaradılması məsələsinə də baxılmalıdır: “Dünya ölkələrinin əksəriyyətində olduğu kimi bizdə də avroatlantik məkana inteqrasiya ilə bağlı komitə yaradılmalıdır. Gürcüstanda bununla bağlı həm parlament komissiyası, həm də dövlət komissiyası fəaliyyət göstərir. Digər MDB ölkələrində də belə komitələr var”.
S.Novruzov qeyd etdi ki, bundan sonra Milli Məclisə daxil olan bütün qanun layihələri hüquqi ekspertizadan keçirilməlidir. Bundan əlavə Gənclər və idman üzrə də parlament komitəsi yaradıla bilər. Məsələn, Rusiyada belə bir komitə var.
Milli Məclisin sədri Oqtay Əsədov qeyd etdi ki, hazırda Azərbaycan parlamenti Avropa İttifaqının xüsusi proqramında iştirak edir. Bu proqramın icrası ilə bağlı Azərbaycan və Litva arasında razılaşma imzalanıb. Bu proqramın icrası çərçivəsində parlamentin yeni komitələri də yaradılacaq.
Müzakirələrdən sonra millət vəkilləri komitələri və onların tərkiblərini də təsdiq etdilər.
İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edildi
Daha sonra İctimai Televiziya və Radio Yayımı Şirkətinin Yayım Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxıldı. Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, İTV-nin Yayım Şurasının üzvləri 2, 4, 6 illik müddətə seçilir. Şuraya sahibkarlar təşkilatlarından, gənclər təşkilatlarından və qadın təşkilatlarından olan namizədlər artıq parlamentə təqdim olunublar.
Məsələ müzakirə edildikdən sonra sahibkarlar təşkilatlarından “Kapsel” şirkətinin direktoru Namiq Məmmədov, gənclər təşkilatlarından Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin sədri, millət vəkili Fuad Muradov, qadın təşkilatlarından isə Azərbaycan Qadınlarının Bakı Assosiasiyasının sədri Zərifə Salahova Yayım Şurasının üzvü kimi təsdiqləndilər. Onlar Sahibkarlar Şurası tərəfindən 2, gənclər təşkilatları tərəfindən 2, qadın cəmiyyətləri tərəfindən isə irəli sürülmüş 3 namizəd arasından seçildilər.
Naftalan şəhərinin inzibati ərazi vahidində dəyişiklik olundu
İclasda Naftalan şəhərinin inzibati ərazi vahidində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirə olundu. Parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirdi ki, kurort-sanatoriya sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar Naftalan şəhərinin inzibati ərazisi genişləndirilir. Bu məqsədlə Goranboy rayonunun inzibati ərazisindən Naftalan şəhərinə 574,82 ha torpaq sahəsinin verilməsi təklif olunur. Həmin torpaq sahələri bələdiyyələrin mülkiyyətinə aiddir. Belə ki, bu bölgüdə 26,4 ha Qaşaltı-Qaraqoyunlu, 11,9 ha Qasımbəyli və 2,5 ha torpaq sahəsi Tatarlı kəndinin payına düşür. Meşə fondunun 534,02 ha ərazisi də Naftalan şəhərinin inzibati ərazisinə verilir.
İclasda, həmçinin, “Dərman vasitələri haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər edildi.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10

