Lyudmila Kozlova: Çox ölkələri gəzib görəndən sonra Azərbaycana qayıdıram..
14.01.2016 [09:32]
Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova istirahət etmək üçün çox vaxt Azərbaycana üstünlük verməsinin səbəbləri barədə danışıb.
Yeni şəraitdə Rusiyanın turizm bazarının inkişafı keçən il əsas müzakirə mövzularından biri olub. Çox ehtimal ki, cari ildə daxili turizmə meyl daha da güclənəcək, yeni istiqamətlər, ilk növbədə MDB ölkələrində mövcud imkanlar mənimsəniləcək. Bu baxımdan Rusiyanın son illərdə rekreasiya infrastrukturu yaradılmasına külli məbləğdə sərmayə qoymuş Azərbaycanla əməkdaşlığı ən perspektivli istiqamətlərdən biridir. Müasir Bakını görənlərin hamısı bir səslə deyir ki, bu qədim şəhər çox cəhətdən Avropa paytaxtlarından daha baxımlıdır. Bakının sovet dövrünü xatırlayanlar isə qeyd edirlər ki, şəhərimiz inanılmaz dərəcədə inkişaf edib, qəşəngləşib və eyni zamanda, xüsusən rusiyalılara münasibətdə, qonaqpərvərlik və səmimiyyət keyfiyyətlərini qoruyub saxlayıb.
Belə insanlardan biri də əslən Bakıdan olan Lyudmila Kozlovadır. O, SSRİ dövründəki Azərbaycanı xatırlayaraq deyir ki, bu diyar həmin dövrdə də insanları maqnit kimi özünə cəlb edirdi. Lyudmila Kozlova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Gözəl yerlərdir. Əla iqlim, dəniz, hər zaman, hətta ən çətin vaxtlarda da səmimi qəbul... Başqa yerlərdə belə münasibəti az-az görərsiniz. Buna görə də, əlbəttə, insanlar buraya can atırdı. Bakıda rusdilli əhali həmişə çox olub. Sovet dövründə bu şəhərin özəl xüsusiyyətlərindən biri də bu idi ki, yerli sakinlərdən onların hansı millətə mənsub olduqlarını soruşanda həmişə belə cavab verirdilər: “Mən bakılıyam”. İstər həmin şəxs rus olsun, istər azərbaycanlı, yəhudi yaxud belorus - bunun fərqi yoxdur. Əgər sən burada yaşayırsansa, deməli bakılısan”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) direktoru Nataliya Krasovskaya isə öz növbəsində qeyd edir ki, Bakı bu gün də beynəlmiləl şəhər kimi qalıb. Ekspert vurğulayır: “Bütün dinlərə və bütün millətlərə hörmət bu ölkənin dövlət siyasətinin əsasıdır. Burada multikulturalizmin əsasları məktəblərdə tədris edilir. Bundan əlavə, Azərbaycanda rusiyalı qonaqlara xoş münasibət ənənə halı alıb. Məsələn, birinci Avropa Oyunları zamanı Azərbaycana gələn Rusiya vətəndaşlarının hər biri bunun şahidi olub. Yeri gəlmişkən, Bakının və bütövlükdə Azərbaycanın bu qədər dəyişməsi, onun bu dərəcədə gözəl və müasir ölkə olması çoxlarını heyran etmişdi”.
Lyudmila Kozlova RAD Mərkəzinin direktorunun dediklərini tamamilə təsdiqləyir. Federasiya Şurasında peşə fəaliyyəti ilə əlaqədar tez-tez Azərbaycanda olan Lyudmila Kozlova fərəhlə qeyd edir ki, uşaqlıq illərini keçirdiyi Bakı şəhəri inanılmaz dərəcədə yaxşılaşıb. Senatorun fikrincə, bu fakt həm Azərbaycan rəhbərliyinin, həm də ölkənin bütün sakinlərinin Vətənə olan sevgisinə ən yaxşı sübutdur. Xüsusən ona görə ki, paytaxtla yanaşı, ölkənin başqa şəhərləri də günbəgün müasirləşir və gözəlləşir.
Lyudmila Kozlova deyib: “Paytaxt həmişə qəşəng olur, mərkəzə pul xərcləmək adi haldır - bunları başa düşürəm. Amma yaxın vaxtlarda mən Qəbələdə keçirilən iqtisadi forumda oldum. Sovet dövründə bu şəhər demək olar ki, heç nə ilə seçilmirdi. Oranın yaxşı təbiəti vardı - lakin Azərbaycanın hər yerinin təbiəti gözəldir. Qəbələ isə 13 min əhalisi olan kənddən sözün hərfi mənasında mikropaytaxta çevrilib. Orada gözəl aeroport var, sakinlərin evləri göz oxşayır. Bilirsiniz, vaxtilə Motsartın vətəni- balaca, yığcam, demək olar ki, nağıllar aləmini xatırladan Zalsburq şəhəri məni məftun etmişdi. Qəbələ də məni eyni dərəcədə heyran etdi. Adətən biz hər şeyi Avropa ilə müqayisə edirik. Bu baxımdan deyə bilərəm ki, indi Qəbələ Avropadan da yuxarı səviyyədədir. Bütün bunlardan əlavə, dünyadakı 11 iqlim zonasından 9-u Azərbaycanda mövcuddur. Mən Qəbələni tanımadım”.
Lyudmila Kozlova həmişə vurğulayır ki, onun iki Vətəni var: biri doğulub boya-başa çatdığı Azərbaycan, biri də ailə qurduğu, bütün həyatını bağladığı həkim ixtisasına yiyələndiyi Rusiya. Senatorun fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi hələ SSRİ dövründə yaranmış və xoşbəxtlikdən, müasir dövrdə nəinki qırılmamış, hətta ilbəil daha da möhkəmlənən əlaqələrlə müəyyən edilir. Lyudmila Kozlova əmindir: “SSRİ-nin dağılmasına görə kədərlənməyə dəyməz - bu, artıq baş verib. Lakin o dövrdən bizə miras qalan yaxşı cəhətləri, xalqlarımız arasında əlaqələri qoruyub saxlamaq lazımdır”. Senatorun bu məsələyə şəxsi münasibətinə gəldikdə isə, onun sözlərinə görə Azərbaycan tez-tez onu cəlb etməsi təkcə işi ilə bağlı deyil: “Doğulub boya-başa çatdığım Bakıda evim yoxdur, orada qohumlarım demək olar ki yoxdur, amma o dövrün mühiti, o illər barədə xatirələrim məni cəzb edir. Çox ölkələri gəzib görmüşəm, amma istirahət etmək üçün yenə buraya, doğulduğum yerə qayıdıram”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

