Musa Quliyev: Manatın devalvasiyası birbaşa Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələ deyil
12.01.2016 [09:42]
“Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının keçirilməsini ölkənin sosial-iqtisadi həyatı üçün çox önəmli hesab edirəm. Burada təkcə 2015-ci ildə görülən işlərə yekun vurulmadı, həm də 2016-cı ildə qarşıda duran vəzifələr, xüsusilə ümumdünya maliyyə-iqtisadi, hərbi-siyasi böhranı, neftin qiymətinin aşağı düşməsi, dünyada iqtisadi-sosial gərginliyin olduğu dövrdə Azərbaycanın yeni hədəfləri müəyyənləşdi”.
Bu fikirləri “SİA”ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin iclasdakı inamlı çıxışı, hadisələrə soyuqqanlı qiymət verməsi, Azərbaycan hökumətinin görəcəyi işləri açıqlaması son günlər manatın devalvasiyası ilə bağlı yaranmaqda olan ajiotajın aradan qaldırılmasına, xalqın rahat həyat şəraitinin davam etdirilməsinə ciddi bir təkan oldu: “Manatın devalvasiyası ilə bağlı əsassız ajiotaj yaranmaqda idi. Bunu da ən çox KİV və səriştəsiz ekspertlər yaradırlar. Ölkə başçısının iclasdakı çıxışı bütün bu ajiotaja son qoydu.
Manatın devalvasiyası birbaşa Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələ deyil. Bu, dünyadakı iqtisadi proseslərin, bu proseslərə təsir edəcək siyasi və hərbi vəziyyətin təsirindən doğan məsələdir. Amerikanın özündə dollar qalxırsa, başqa dövlətlərdə onun qalxması tamamilə təbiidir. Bu, əsasən iqtisadiyyatı neft üzərində qurulan dövlətlərdə daha kəskin şəkildə öz təsirini göstərir. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxlu potensialı var. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan xarici investorlar üçün maraqlı və cəlbedici ölkədir. Ona görə biz istər daxili, istərsə də xaricdən cəlb olunacaq investisiyaların hesabına qeyri-neft sektorunu daha da inkişaf etdirəcəyik. Yəqin ki, bu gərginlik və çətinlik yaxın müddətdə aradan qalxacaq və Azərbaycan uğurlu inkişafını yenə də davam etdirəcək”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin öncədən uzaqgörənliklə müəyyən etdiyi qeyri-neft sektorunun inkişafının nə qədər önəmli olduğu bu gün göz qabağındadır: “Cənab Prezident 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramın qəbul olunması ilə əlaqədar Sərəncam imzalayanda artıq qeyri-neft sektorunun inkişafının Azərbaycan üçün önəmi və dövlətin strateji xətti olduğu üzə çıxmışdı. Ötən illər ərzində qeyri-neft sektoru inkişaf etdi. Bu gün Azərbaycanda İKT, kənd təsərrüfatı, nəqliyyat və turizm, inşaat və tikinti və s. sektorlarda böyük inkişaf var. Cənab Prezidentin dediyi kimi, bunlar bizə əsas verir ki, gələcək illərdə Azərbaycan tam neftdən asılı olmayan bir ölkəyə çevrilsin”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin göstərişləri cari dövr üçün olduqca aktualdır: “Xüsusilə, cənab Prezidentin pensiya və əməkhaqlarının artırılması ilə bağlı göstərişlərini qeyd etmək istəyirəm. Dövlət başçısı onların xaotik şəkildə deyil, bazarı, gələcək proqnozları öyrənməklə artırılmasının vacibliyini vurğuladı və hökumətə tapşırığını verdi. Cənab Prezidentin son aylarda imzaladığı Sərəncam və fərmanlar da dünənki (yanvarın 10-dakı) iclasın ruhuna uyğundur. Ölkə başçısı istəyir ki, kiçik və orta sahibkarlıq inkişaf etdirilsin, korrupsiya, monopoliyalar aradan qaldırılsın, iqtisadi sahədə islahatlar aparılsın, vətəndaş-məmur münasibətləri tam yüksək hüquqi müstəvidə qurulsun, “ASAN xidmət”in təcrübəsi yayılsın və s. Dünənki iclas da bunları bir daha sübut etdi”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

