Azərbaycanda həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır
19.12.2015 [09:06]
Prezident İlham Əliyev: Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, sosial rifahın yaxşılaşdırılmasını və iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz XXI əsrdə uğurlu milli inkişaf strategiyaları bu komponentləri özündə ehtiva edir...
Davamlı institusional islahatlar milli inkişafın strateji komponenti kimi...
Sirr deyil ki, hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Beləliklə, ilk növbədə, iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Nəticə etibarilə, inkişafın milli modelini formalaşdıran Azərbaycanın dinamik tərəqqisi uğurla davam edir və bunun əsasında, qeyd etdiyimiz kimi, praqmatik, milli maraqlara söykənən strateji kurs, davamlı institusional islahatlar dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “...İslahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində, əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq”.
Digər bir nüans ondan ibarətdir ki, Azərbaycan dövlətinin sistemli inkişaf strategiyası bütün sahələrin paralel tərəqqisini nəzərdə tutur və təmin edir. Xüsusilə də, institusional islahatlara paralel olaraq ölkəmizdə müxtəlif sahələri əhatə edən Dövlət proqramları uğurla həyata keçirilir. Təhsil, səhiyyə, regionların sosial-iqtisadi inkişafı, mədəniyyət sahələrində, eləcə də gəncliyin inkişafı istiqamətində və digər sahələrdə güclü maddi-iqtisadi bazaya malik olan Dövlət proqramlarının müvəffəqiyyətlə reallaşdırılması Azərbaycanın dinamik inkişafına fundamental töhfələr verir. Beləliklə, spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi müasir çağırışlara cavab verir və paralel islahatlar uğurla davam etdirilir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir”.
İnstitusional islahatlar idarəetmə mexanizmini olduqca təkmilləşdirib
Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistemli işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edib.
Bunlarla yanaşı, ölkəmizdə hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın daha dolğun şəkildə təmin edilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilir, qanunvericilik bazası müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilir. Prezident İlham Əliyevin bir müddət öncə imzaladığı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Fərman da respublikanın dövlət orqanlarında müraciətlərə baxılması qaydalarının optimallaşdırılması, bu sahədə səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Haqqında bəhs edilən qanun ölkə Konstitusiyasına uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, həmçinin vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanunda qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Eyni zamanda, qanunda belə bir müddəa öz əksini tapıb ki, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. Dövlət başçısının imzaladığı Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini, həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Ümumiyyətlə, Fərmanda vətəndaşların müraciətləri ilə bağlı məsələlərin geniş spektri əhatə olunub.
Vətəndaşların keyfiyyətli xidmətlə təmin olunması dövlətin diqqət mərkəzindədir
Azərbaycan öz iqtisadi inkişaf tempinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard mövqedə qərarlaşıb. Şübhəsiz, dinamik sosial-iqtisadi tərəqqinin əsasında rasional və dəqiqliklə proqnozlaşdırılmış siyasət dayanır. Milli maraqlarımıza müvafiq olan təkmil inkişaf modellərinin uğurla tətbiq olunması və adekvat nəticələrin əldə edilməsı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına və rahatlığına xidmət edən islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər dövlətimizin inkişafını dinamik və intensiv surətdə təmin edən faktorlar qismində çıxış edir.
Bunlarla yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də hökumətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb, konkret əməli tədbirlər görülüb. Bu kontekstdə, heç şübhəsiz, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin, rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” (Azerbaijan Service and Assessment Network) mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Azərbaycanda idarəetmə sistemində yeni mərhələnin başlanğıcı...
Ümumiyyətlə, “ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycana məxsus olan bu yenilik, əslində, dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Bu, təsadüfi deyil, çünki “ASAN xidmət”, ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma əsasında formalaşdırılıb. Bu mərkəzlərdə vətəndaşlara ən müasir və rahat texnologiyalar əsasında yüksək keyfiyyətli xidmət göstərilir. Vətəndaş yalnız daxil olduğu bir mərkəzdən, inzibati binadan ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni anda faydalana bilir.
“ASAN xidmət” innovasiyayönümlü və çoxfunksiyalı xidmət modelidir
Əlbəttə, belə bir mütərəqqi modelin yaradılmasında məqsəd çoxfunksiyalı xidmətin həyata keçirilməsidir. Müasir dövrdə təkmil idarəetmə sisteminə malik olan ölkələr vətəndaşlara xidmətin çoxfunksiyalı proseslər əsasında davam etdirilməsi tərəfdarı kimi çıxış edirlər. Tətbiq edilən yeni yanaşmalar idarəetmənin təkmilləşdirilməsində axtarışların davam etdiyini göstərir. Ölkəmizdə isə innovasiyayönümlü, çoxfunksiyalı xidmət modeli olan “ASAN xidmət” digər ölkələr üçün də nümunə ola bilər. Bu, vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin qarşısını almaq, eləcə də bürokratiyaya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaq istiqamətində analoqu olmayan avanqard örnəkdir.
Neqativ hallara qarşı mübarizədə effektiv üsul və vasitələrdən istifadə edilir
Digər bir vacib məqam odur ki, “ASAN xidmət”in yüksək standartlara söykənən fəaliyyəti Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılmasına yüksək töhfə verən mühüm amillərdən biridir. Agentliyin ötən zaman ərzindəki fəaliyyəti deməyə əsas verir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması kimi nəticələr qeydə alınıb ki, bu da bəzi hallarda yol verilən neqativ hallara qarşı ən məqbul mübarizə formasıdır.
Bununla yanaşı, ötən zaman müddətindəki təcrübə göstərdi ki, yeni sistem dövlət orqanlarının fəaliyyətində, vətəndaşlara göstərilən xidmətdə qanunçuluq və şəffaflığı ən yüksək səviyyədə təmin etmək gücündədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: “ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm... Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət”, əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir”.
Dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunması müstəsna əhəmiyyət kəsb edir
Ümumiyyətlə, Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən faktorlardan biri məhz davamlı islahatların həyata keçirilməsi və dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət mexanizmi də bu prosesdə müstəsna rol oynayır. Bir sözlə, “ASAN xidmət”in yaradılması və nümunəvi fəaliyyəti, əslində, Azərbaycanda son dövrlərdə dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində görülən işləri sistemləşdirməyə və genişləndirməyə xidmət edən mütərəqqi yanaşma nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır: “Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır”.
Göründüyü kimi, Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.
Nəticə etibarilə, Azərbaycanda həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30

