Nardaran qəsəbəsinin abadlaşdırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir
16.12.2015 [09:53]
Qəsəbədə sakinlərin sosial rifahının yaxşılaşdırılması, o cümlədən abadlıq-quruculuq işləri diqqət mərkəzindədir
Yüksək beynəlxalq nüfuza və əsaslı ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın dinamik tərəqqisini təmin edən başlıca amil praqmatik inkişaf strategiyasının həyata keçirilməsidir. Bu strategiya bütün sahələrin inkişafının təmin olunmasını nəzərdə tutmaqla yanaşı, həm də özündə kompleks islahatları ehtiva edir. Yəni iqtisadi inkişaf strategiyası siyasi islahatlarla paralel həyata keçirilir. Eyni zamanda, etibarlı təhlükəsizlik mühitinin formalaşdırılması da bu kontekstdə xüsusi yer tutur. Əlbəttə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, dinamik inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Bu baxımdan, Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.
Məlumdur ki, Nardaran qəsəbəsi uzun müddət spesifik “qanunlar”la yaşayıb, ümumazərbaycan sosio-mədəni mühitindən təcrid olunub, orta əsrlər “anklav”ı təəssüratı bağışlayıb. Azərbaycan ictimaiyyətinin mövqeyi belədir ki, dövlət, hüquq-mühafizə orqanları Nardaranı İŞİD tipli istehkama döndərənlər barədə sərt ölçü götürməli, qəsəbədə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidir. Elə buna görə də bir müddət öncə ölkənin müvafiq qurumları uzun illərdir Nardaranı orada yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etmək məqsədi ilə uğurlu əməliyyat keçiriblər. Görülən tədbirlər nəticəsində qəsəbədə küçə və meydanlar radikal dini simvollardan, ekstremist və terrorçuların qurduğu “barrikada”lardan təmizlənib. Əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində müvafiq tədbirlər görülüb. Əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizlənsələr də, onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində konkret tədbirlər həyata keçirilib. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb.
Hazırda isə, qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub. Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub. Qəsəbənin bütün küçələrinə yeni işıq dirəkləri quraşdırılır, telekommunikasiya və elektrik xətləri yenilənir. “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” ASC-nin briqadaları qəsəbədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər, mənzillərə yeni elektrik və qaz sayğacları quraşdırılır və qəsəbənin xeyli hissəsinə artıq elektrik enerjisinin verilişi bərpa edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq.
Nardaranın mərkəzi meydanında polis bölməsi üçün inzibati binanın tikintisi davam edir. Binanın inşasının dekabrın 24-dək başa çatacağı bildirilir. Bununla yanaşı, qəsəbədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti üçün Yanğından Mühafizə Deposunun inşasına da başlanıb.
Göründüyü kimi, Nardaranda sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür, o cümlədən quruculuq işləri ardıcıl olaraq davam etdirilir.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

