Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sərhədlərin açılması türk dünyasına vurulan zərbə olar

Sərhədlərin açılması türk dünyasına vurulan zərbə olar

11.04.2009 [14:42]

Azadlıq Hərəkatçıları Birliyi sərhədlərin açılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Hələ 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycanla yanaşı, qonşu Gürcüstana da sərhəd qapılarını açan, bu ölkə ilə hərtərəfli iqtisadi, mədəni və diplomatik əlaqələr quran Türkiyə, məhz bu qardaşlığın sarsılmazlığını bir daha sübut edərək, Azərbaycana qarşı ərazi iddiasında olan, onun torpaqlarını işğal edən Ermənistanla hər hansı əlaqələr qurulmasından qətiyyətlə imtina etdi və sərhədlərini işğalçı ölkənin üzünə qapadı. Danılmaz həqiqətdir ki, qardaş Türkiyə 15 ildən artıq bir müddətdə Qərb ölkələrinin təzyiq və hücumları qarşısında qətiyyət nümayiş etdirdi, Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla sərhədlərin açılmasının mümkünsüzlüyünü dəfələrlə bəyan etdi. Türikyənin bu qətiyyətli və prinsipial mövqeyi, etiraf olunmalıdır ki, Azərbaycanın beynəlxalq aləmdə təklənməsinin qarşısının alınmasında və dünya ölkələri sırasında nüfuzunun ilbəil artmasında əvəzsiz rol oynayan amillərdən biri olmuşdur. Azərbaycanın hər bir vətəndaşı qardaş ölkənin sərgilədiyi bu qətiyyətdən daim qürur duymuş və qürur duymaqdadır. Təəssüflər olsun ki, əvvəlki Türkiyə hökumətlərinin göstərdikləri bu qətiyyət, sanki sarsılmağa başlamış, işğalçı Ermənistanla yaxınlaşma siyasəti ön plana keçmişdir... Qafqazda sülh və əmin-amanlıq yaratmaq istəyi ilə işğalçılıq siyasəti nəticəsində boğulmaqda olan Ermənistana nəfəs verib onu ayağa qaldırmaq cəhdinin Türkiyə üçün hansı əhəmiyyət kəsb etməsi anlaşılmazdır. Qazanacağı ilə itirəcəklərini ciddi ölçüb-biçmədən bu addımı atan indiki Türkiyə iqtidarı bununla təkcə Türkiyə-Azərbaycan siyasi əlaqələrinə deyil, bütövlükdə türk dünyasına vurulacaq zərbənin fərqindədirmi görəsən?”.

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30