Amerikalı ekspert Azərbaycanda qadın azadlığı və qadınların uğurları barədə
10.12.2015 [10:13]
Amerikada çıxan “Independent Journal Review” nəşrində beynəlxalq ekspert, əvvəllər “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin redaktoru olmuş xanım Maayan Caffenin “Müsəlman ölkəsi olan Azərbaycanda qadınların nüfuzlu vəzifələrə yiyələnməsi Birləşmiş Ştatlarla müqayisədə daha sürətlə baş verir” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif qadınların parlament üzvləri seçilməsinin üstünlüyündən söhbət açaraq qeyd edir ki, dünyada ölkə parlamentinə seçilmiş şəxslər arasında qadınların sayının 33 faizdən çox olduğu cəmi bir neçə dövlət var. Parlamentlərarası İttifaqın hesabatına görə, ölkə parlamentində qadınların sayının ən az olduğu dövlətlər İran və Livan kimi müsəlman ölkələridir. Həmin ölkələrdə bu göstərici cəmi 3 faiz təşkil edir. İspandilli ölkələrin çoxunda isə parlament üzvləri arasında qadınların sayı yetərincə yüksəkdir. Məsələn, Kubada bu göstərici 48,9 faizə, Meksikada 42,4 faizə, Ekvadorda 41,6 faizə bərabərdir. ABŞ parlamentində qadınların sayı 19,4 faiz təşkil edir. Qadınların parlamentə seçilməsi həmin ölkədə demokratiyanın inkişafı əlamətidir. M.Caffe yazır ki, belə ölkələrdən biri də Azərbaycandır. Burada parlament üzvlərinin təxminən 16 faizi qadınlardır. Yeri gəlmişkən, 2015-ci ilin noyabr ayında keçirilmiş sonuncu parlament seçkilərindən sonra bu ölkənin qanunvericilik orqanlarında qadınların sayı 17 faiz olub. Başqa sözlə, 2005-ci ildən bəri Azərbaycan parlamentində qadınların sayı 12 faiz artıb.
Məqalə müəllifi vurğulayır ki, Azərbaycanı çox vaxt tənqid edirlər, lakin qadınların imkanlarının genişləndirilməsi məsələsinə gəldikdə Azərbaycandan öyrənməli məsələlər var. Bu il noyabr ayında seçicilər Azərbaycan parlamentinə 125 deputatı 767 namizəd arasından seçiblər. Avropa Parlamentinin üzvü Frans Obermayer qadınların ölkə parlamentinə seçilməsi və bu orqanda iştirakı üçün imkanların təmin edilməsi səylərini yüksək qiymətləndirib.
Azərbaycanın sosial-siyasi həyatında qadınların rolunun artması əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkəmizin mühüm uğurlarından biridir. Bu uğurlar qadınların ölkənin siyasi həyatına cəlb edilməsi sahəsində zəngin ənənələr əsasında qazanılıb.
Azərbaycan vətəndaşlarına ümumi səsvermə hüququ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. O vaxtdan bir neçə qadın ən yüksək vəzifələr, o cümlədən parlamentin vitse-spikeri və Mərkəzi Seçki Komissiyası sədrinin müavini, habelə nazir müavinləri vəzifələrində çalışıblar. İndiki administrasiyada bələdiyyələrdə rəhbər vəzifələrdə çalışan qadınların sayı 35,6 faiz artıb.
Beləliklə, Azərbaycanda qadınlar hökumətdə və digər mühüm hakimiyyət orqanlarında təmsil olunublar. Ölkə parlamentində və bələdiyyələrdə qadınların sayı artır. Maayan Caffe məqaləsini maraqlı bir fikirlə tamamlayır: müstəqillik tarixi 239 ilə bərabər olan Amerikanın qanunverici orqanında yerlərin yalnız 19,4 faizini qadınlar tutursa, bu o deməkdir ki, Azərbaycandan öyrənməli məsələlər var.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

