Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı davam edir
08.12.2015 [09:42]
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak ediblər
Xəbər verdiyimiz kimi, Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) keçirilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də konfransda iştirak ediblər.
Birinci xanım Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21 Konfransının baş katibi, səfir Pier Henri Quiqnard qarşılayıb.
Noyabrın 30-da başlayan bu Konfransın əhəmiyyətini və müzakirəyə çıxarılan məsələlərin aktuallığını tədbirdə 150-dək dövlət və hökumət başçısının iştirak etdiyi bir daha təsdiqləyir. Konfransda müzakirəyə çıxarılan mövzulardan biri dünyada istixana qazlarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində diskussiyaların keçirilməsidir.
Mehriban Əliyeva və Leyla Əliyeva tədbirin keçirildiyi məkanla tanış olublar.
Dekabrın 11-dək davam edəcək Konfransın təşkil olunduğu məkanda müxtəlif ölkələrin pavilyonları qurulub.
Mehriban Əliyeva və Leyla Əliyeva pavilyonları gəziblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi “Az karbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.
Bu tədbir Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində davamlı inkişafın təmin edilməsi, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunub. Tədbirə xüsusi qonaq qismində dəvət olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb və təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən danışıb.
Leyla Əliyeva çıxışında bəşəriyyətin qarşılaşdığı aktual ekoloji problemlərə toxunub və onların həlli yolları barədə təkliflərini bildirib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin gələcək nəsillər qarşısında mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün şərait yaratmaqdan ibarətdir. Bu hədəfə çatmaq bizim imkanlarımız xaricində deyil, əksinə bu, bizim əlimizdədir. Belə ki, ətraf mühitin deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir.
Leyla Əliyeva deyib: “Təbiətdən qiymətli və füsunkar heç nə yoxdur. Təbiət heç kəsə məxsus deyil. O bizə verilib və bizim də vəzifəmiz onu növbəti nəsillərə ötürməkdir. Ətraf mühiti qorumaq məqsədilə yeni həll yollarını tapmaq üçün əməkdaşlıq etməliyik. Heç bir ölkə bu problemi təklikdə həll edə bilməz.
Əziz dostlar, bu gün sizə öz təşkilatımız IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi haqqında məlumat vermək istəyirəm. Təşkilat 4 il bundan əvvəl Azərbaycanda təsis edilib. Azərbaycan qədim ənənələr və zəngin tarixə malik, Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkədir. Azərbaycan, həmçinin başı qarlı dağlar, çaylar, göllər, böyük meşələr, çəmənliklər və ovalıqlar diyarıdır. Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Bu da ölkəmizə zəngin biomüxtəliflik verir. IDEA-nın əsas məqsədi gənc nəslin nümayəndələrini həm ölkə daxilində, həm də xaricində ətraf mühiti qorumağa cəlb etməkdir”.
Çıxışda, həmçinin ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən sığortalanmadığı xüsusi vurğulanıb. Bu səbəbdən dünya birliyinin əlaqəli fəaliyyəti vacibdir.
Leyla Əliyeva tədbir iştirakçılarına Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə ətraflı məlumat verib. Bu xüsusda, ölkəmizdə təbiətin və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb. Çıxış zamanı IDEA İctimai Birliyinin fəaliyyəti, o cümlədən ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edilib.
Bu yaxınlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun xoşməramlı səfiri təyin olunduğunu bildirən Leyla Əliyeva IDEA-nın xətti ilə həyata keçirilən layihələr haqqında danışıb. Bildirib ki, təşkilatın son iki ildə fəaliyyətinin əsas istiqamətlərindən biri nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Azərbaycanda biz özümüzün Qafqaz beşliyini yaratmışıq. Bunlar qonur ayı, qartal, boz qurd, ceyran və Qafqaz bəbiridir. Nəsli kəsilməkdə olan bu heyvan növlərinin davamlı mühafizəsi təşkilatımızın əsas məqsədlərindəndir. Ötən bir neçə ildə ceyranın regionumuzda vəhşi təbiətə buraxılması yolları üzərində çalışmışıq, birinci Qafqaz Biomüxtəlifliyi Sammitini Bakıda təşkil etmişik və burada məqsədimiz pələngin ardınca Qafqaz bəbirinin nəslinin kəsilməsinin qarşısını almaq idi. Nərə balığının yetişdirilməsi və Xəzər dənizinə buraxılması layihəsi üzrə Blue Marine Fondu ilə əməkdaşlığa başlamışıq. Bu, çox maraqlı layihə olacaq. Başlıca vəzifəmiz bütün bu gözəl heyvan növlərini mühafizə etməkdir. Biz nə qədər texnoloji təşkilat, tarixi abidə və mədəni artefakt ortaya çıxarsaq da, heç nə təbiət qədər gözəl və müqəddəs ola bilməz. Təbiətin müalicəvi gücü var və o bunu bizə qarşılıqsız olaraq verir. Hər kəs təbiətin və planetimizin mühafizəsinə kömək etmək üçün əlindən gəldiyi qədər töhfə verə bilər. Hər kiçik addım müsbətə doğru dəyişikliyə səbəb ola bilər”.
Çıxış tədbir iştirakçılarının geniş marağına səbəb olub və Leyla Əliyeva ölkəmiz və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.
Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert də IDEA-nın fəaliyyətini yüksək dəyərləndirib və digər təşkilatların IDEA ilə birgə fəaliyyətinin faydalı olacağına əminliyini bildirib.
Marta Jiqeti Bonifert deyib: “Bu masa ətrafında əyləşən bir çox tərəflərlə, həmçinin IDEA ilə işləməkdən məmnunuq. Mən ümid edirəm ki, Leyla Əliyeva gələcəkdə vacib təşəbbüs kimi bu işləri davam etdirəcək və burada toplaşanlar da bu təşəbbüsə qoşularaq yerlərdə uşaqlarla və gələcək nəsillərlə bağlı müəyyən nailiyyətlər əldə edəcəklər. Çünki biz planetimizi yalnız birlikdə daha yaxşı məkana çevirə bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

