Sevinc Fətəliyeva: Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoq çox önəmlidir
05.12.2015 [11:04]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkil etdiyi “Lissabon Forumu-2015”də “Radikallaşmanın qarşısının alınmasında təhsil və dialoqun rolu” mövzusunda çıxış edib.
S.Fətəliyeva deyib ki, təhsil və dialoq radikallaşmanın qarşısının alınması üçün görülən tədbirlərin ən önəmlisidir. Radikallaşma müxtəlif formalarda ola bilər: gənclər ekstremist siyasi hərəkatlara və ya dini xarakterli hərəkətlərə cəlb edilə bilərlər. Bu iki anlayış bir-birinə bağlıdır. Gənclərin radikallaşmasının, ekstremizm və terrorizmə qoşulmasının səbəbi odur ki, onların həyatlarında və ya şüurlarında hansısa boşluq əmələ gəlir. Müəyyən ekstremist qruplar bəzilərinin həssas vəziyyətlərindən istifadə edərək onları mənfi istiqamətə yönəldirlər. Radikallaşmanın qarşısını almaq üçün bir neçə məqam nəzərə alınmalıdır:
- Təhsil, ölkədə mühit, dialoq təşkil edilməsi imkanı, uşaqların internetdə təhlükəsizliyi;
- Şəxsiyyətin formalaşması və biliklərin dərinləşməsində keyfiyyətli təhsil və təlimləri təmin etməklə iş bazarlarında bərabər hüquqların təmin olunması, gənclərin məşğulluğuna diqqət yetirilməsi;
- Mədəniyyətlərarası və dinlərarası dialoq yaradaraq müxtəlif sistemli dəyərlər arasında qarşılıqlı anlayış və hörmətə nail olmaq;
- Təhlükəsiz internet siyasəti;
- Ailələr və məktəblər tərəfindən internetdə uşaqların fəaliyyətinə nəzarət edilməsi;
- Radikal təbliğat və internetdə radikal hərəkətlərə qarşı mübarizə (bir çox gənclər yeni texnologiyalar vasitəsilə radikal hərəkatlara cəlb olunur).
Komitə sədrinin müavini deyib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməyib, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşayırlar.
Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir. Digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli mənəvi sərvətidir.
Bu gün dini radikalizm demək olar ki, dini inancından asılı olmayaraq bütün dünyada təhdid doğurur və hazırda terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Azərbaycanda isə xalq ənənəvi İslam dəyərlərinə önəm verdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir. Cəmiyyət birmənalı olaraq radikal qrupları qəbul etmir və bu sahədə aidiyyəti qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır.
S.Fətəliyeva deyib: “Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya sonsuz dairə təşkil edən, bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz heç olmasa dairənin bir bəndini həll etməkdir. Bunun müsbət həllinə isə birlikdə addımlayaraq və öz təcrübələrimizi bölüşərək nail ola bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

