Brüsseldə keçirilən beynəlxalq simpoziumda Azərbaycanın tolerantlıq modelindən bəhs edilib
02.12.2015 [10:07]
Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd Avropa məkanında uzun əsrlik dini və milli qarşılıqlı hörmətə əsaslanan Azərbaycan tolerantlıq modelini təbliğ etməkdir.
Simpoziumda Azərbaycandan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev iştirak ediblər.
Tədbirdə Avropa Şurasının Brüssel ofisinin rəhbəri səfir Torbyorn Froynes konfransın aktuallığından danışarkən qeyd edib ki, qəbul edilən beynəlxalq konvensiya və hüquqi normaların işləmə mexanizmlərində ciddi problemlər mövcuddur. Məhz buna görə də hazırda Avropa məkanı ciddi sınaqlarla üz-üzədir. Belə müzakirələr Avropanın bu sınaqlardan uğurla çıxması və yeni modellərin axtarışı üçün xüsusi rol oynayır.
Simpoziumda çıxış edən komitə sədrinin müavini Səyyad Salahlı Azərbaycanda formalaşmış və mövcud olmuş tolerantlıq ənənələrindən, müxtəlif dinlərin və millətlərin ölkəmizdə dinc yanaşı yaşamasından, Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyindən, həmçinin dövlət-din münasibətlərindən, Azərbaycan dövlətinin mövcud tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.
Milli Məclisin deputatı Sahibə Qafarova isə Azərbaycanda tolerantlığın möhkəmlənməsi və radikal meyillərin qarşısının alınması istiqamətində görülən tədbirlərdən və bu istiqamətdəki fəaliyyətdən söz açıb.
Simpoziumun sonunda Azərbaycanda tolerantlığı əks etdirən kitablar səfir Torbyorn Froynesə və digər iştirakçılara təqdim olunub.
Tədbir işini panellərlə davam etdirib. Birinci paneldə Avropanın müxtəlif ölkələrindən gəlmiş ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənc fəallar müasir Avropanın üzləşdiyi islamofobiya, milli, dini, irqi ayrı-seçkilik məsələlərini və bu problemlərdən çıxış yollarını müzakirə ediblər.
İkinci panel isə Avropanın bəzi ölkələri ilə Azərbaycanın tolerantlıq modelinin əyani müqayisəsi üzərində qurulub. Bolqarıstanın baş müftisi Mustafa Hacı və Yunanıstanın Ksanti bölgəsinin müftisi Ahmet Mete Avropada müsəlman azlığının üzləşdiyi ciddi problemlərdən danışıblar.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Avropadan fərqli olaraq yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmlə üzləşmədiklərini, müsəlmanlar və digər dinlərin nümayəndələrinin əsrlər boyu qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev isə Azərbaycanda xristianlığın qədim tarixindən danışaraq bu gün mövcud olan pravoslav kilsələrinin məhz azərbaycanlı müsəlmanlar tərəfindən tikilib bərpa edildiyini və bunun dünyada nadir hallardan biri olduğunu qeyd edib.
Simpoziumun yekununda Azərbaycanın nadir tolerantlıq modelinin digər ölkələrdə də tətbiqinin mümkünlüyü və zəruriliyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

