Siyavuş Novruzov: Nardaran hadisəsində xarici qüvvələrin rolu var
28.11.2015 [11:27]
“İslamın ən düzgün forması Azərbaycandadır”
“Nardaran hadisəsində xarici qüvvələrin rolu var”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin verdiyi məlumatlardan da görünür ki, bir qrup insan Azərbaycanda dövlət quruluşunu dəyişmək, dini dövlət qurmaq, dövlət nümayəndələrinə qarşı terror aktlarını törətmək üçün istər Bakı, istərsə də regionlarda xüsusi dəstələrinin yaradılması ilə məşğul olub: “Bu əməl ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyırdı. Bu məsələ hüquq-mühafizə orqanlarına bəlli olduqdan sonra o insanlar dəfələrlə izahat vermək üçün dəvət olunmalarına baxmayaraq, gəlməyiblər. Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən polisə silahlı müqavimət və tabesizlik göstərilib. Nəticədə iki polisimiz qəhrəmancasına şəhid olub”.
S.Novruzovun sözlərinə görə, bütün ölçülər götürülməlidir ki, bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınsın: “Çünki Azərbaycanda bugünkü ictimai-siyasi sabitliyin yaranması üçün böyük əziyyət çəkilib. Ulu öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışından sonra bir neçə il Azərbaycanda qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və ictimai-siyasi sabitliyin yaranıb, möhkəmlənməsi üçün böyük işlər görüb, addımlar atıb. Bu gün Prezident İlham Əliyev tərəfindən də bu yol davam etdirilir. Ona görə də kim Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ayrı-ayrı dövlətlərin təhriki ilə Azərbaycan dövlətinə, dövlət quruluşuna və xalqına qarşı addımlar atmaq istəyəcəksə, onların qarşısı qətiyyətlə alınacaq”.
S.Novruzov qeyd edib ki, Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur, din pərdəsi altında törədilən əməllər var: “Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq. Azərbaycanda bir dənə də məscid təmirsiz qalmayıb, ən yüksək səviyyədə təmir olunaraq insanların istifadəsinə verilib. Buna misal olaraq Qafqazda ən qədim məscid olan Şamaxı məscidini, Gəncədə İmamzadə kompleksini göstərmək olar. Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi tikilib, insanların istifadəsinə verilib. Hər bir kəs dini ayinləri azad şəkildə yerinə yetirə bilər. Biz hansısa dövləti təkrar edə bilmərik, öz adət-ənənələrimiz, dinə öz baxışımız var. İslam Azərbaycanda olduğu qədər heç bir yerdə yoxdur və ən düzgün forması da Azərbaycandadır. Hansısa xarici kəşfiyyat orqanları Azərbaycanda nə isə etmək, nələri isə qarışdırmağa cəhd etmək istəyəcəklərsə, bunların qarşısı alınacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

